Month: October 2025

  • “Sovetski”də tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülür

    Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.

    Bu barədə Baki şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır:

    “Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır”.

    Məlumata əsasən, qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.

    “Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir. “Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir”, – məlumatda qeyd olunub.

  • Нидерланды выделят на поддержку Украины через Всемирный банк 55 млн евро

    Нидерланды выделят 55 млн евро для покрытия расходов на восстановление и реформы Украины через Всемирный банк (ВБ).

    Об этом заявил премьер-министр страны Дик Схоф во время пресс-конференции совместно с президентом Украины Владимиром Зеленским в Киеве.

    По его словам, с “2022 года Нидерланды выделили 20,6 млрд евро на поддержку Украины, из которых 13,6 млрд евро составила помощь правительства”.

    “Вместе с нашими финансовыми и юридическими взносами это говорит о том, что Нидерланды делают все возможное, чтобы поддержать Украину и Ближний Восток, а также работают над этим. В этом духе мы сегодня объявляем, что Нидерланды внесут 55 млн евро во Всемирный банк, для того чтобы ВБ мог помочь Украине покрыть расходы на восстановление и реформы”, – добавил Схоф.

  • Niderland Ukraynaya 55 milyon avro ayıracaq

    Niderland Ukraynanın bərpası və islahatları üçün xərcləri qarşılamaq məqsədilə Dünya Bankı vasisətilə 55 milyon avro ayıracaq.

    Bu barədə ölkənin Baş naziri Dik Şof Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən birgə mətbuat konfransında bildirib.

  • Bakıda həyətdən 35 min manatlıq məişət əşyaları oğurlanıb

    Bakıda həyətdən 35 min manatlıq məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakının Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 min manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

    Araşdırma aparılır.

  • Потребителям в Азербайджане в январе-сентябре возвращено НДС на около 140 млн манатов

    Потребителям в Азербайджане в январе-сентябре 2025 года возвращено 140 млн 216 тыс. манатов от налога на добавленную стоимость (НДС), уплаченного за приобретенные товары и услуги.

    Об этом Median.Az сообщает со ссылкой на Государственную налоговую службу.

    Возврат части НДС выплачивался через уполномоченные банки за товары, приобретенные в сфере розничной торговли и общественного питания (за исключением нефтепродуктов, автомобилей, алкогольной продукции и табачных изделий), а также за медицинские услуги, предоставленные физическими лицами и учреждениями частной медицины.

    За 9 месяцев сумма НДС, возвращенного из государственного бюджета за товары, приобретенные иностранными гражданами для личного потребления внутри страны, составила 7 млн 928,2 тыс. манатов.

  • Azərbaycanda 9 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 216 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    9 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 7 milyon 928,2 min manat təşkil edib.

  • В Шабране автомобиль врезался в дерево, водитель погиб

    В селе Шахназарли Шабранского района автомобиль марки Mercedes съехал с дороги и врезался в дерево.

    Водитель иномарки житель села Келенов Губинского района Эльшан Рзагулиев погиб на месте ДТП.

    По факту ведется расследование.

  • Şabranda avtomobil ağaca çırpılıb, sürücü ölüb

    Şabran rayonunun Şahnəzərli kəndində “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

    Nəticədə Quba rayonunun Kələnov kənd sakini, sürücü Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda 9 musiqi məktəbinin adı dəyişdirilib – FOTO

    Naxçıvan Muxtar Respublikasında (MR) bir sıra musiqi təhsili müəssisələrin adları dəyişdirilib.

    Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.

    Muxtar respublika mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Naxçıvan MR Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:

    1. “Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi”;

    2. “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi”;

    3. “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi”;

    4. “Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi”;

    5. “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Ordubad Şəhər İncəsənət Məktəbi”;

    6. “Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Qıvraq Qəsəbə İncəsənət Məktəbi”;

    7. “Şahbuz Rayon Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Şahbuz Şəhər İncəsənət Məktəbi”;

    8. “Babək Rayon Uşaq Musiqi Məktəbi” adı dəyişdirilərək “Babək Şəhər İncəsənət Məktəbi”;

    9. “Culfa Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Culfa Şəhər İncəsənət Məktəbi” adlandırılıb.

  • Pendir sexindəki partlayışla bağlı cinayət işi açıldı

    Bərdədə baş vermiş partlayışla bağlı cinayət işi açılıb.

    Median.Az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.