Month: October 2025

  • Bakıda sərxoş kişi yıxılaraq ölüb

    Bakıda sərxoş kişi yıxılaraq ölüb.

    Xətai rayonu Xocalı prospekti 21-in qarşısında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Jurov sərxoş vəziyyətdə yıxılıb.

    Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • МЧС: За минувшую неделю произошло 201 возгорание

    За минувшую неделю в Азербайджане произошло 201 возгорание.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, на основании звонков, поступивших на горячую линию “112”, сотрудники ведомства совершили 201 выезд на тушение пожаров, провели 33 спасательные операции по оказанию помощи людям, оказавшимся в беспомощном положении, а также ликвидировали последствия 5 дорожно-транспортных происшествий. В результате принятых срочных и неотложных мер обеспечено оперативное тушение пожаров и спасение человеческих жизней.

    Всего за прошедшую неделю силами МЧС были спасены 56 человек, включая 18 детей, эвакуированы 14 человек, а тело одного погибшего было передано по назначению.

  • FHN: Ötən həftə 201 yanğına çıxış olub, 14 nəfər təxliyə edilib

    Ötən həftə 201 yanğına çıxış olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyatı qurumları tərəfindən ötən həftə ərzində 201 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 56 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • İngiltərədə futbolçu 22 yaşında ürəktutmasından vəfat edib

    İngiltərənin yarıpeşəkar “Heşteq Yunayted” komandasının futbolçusu Raman Sidhu 22 yaşında vəfat edib.

    Klub oyunçunun ürəktutmasından həyatını itirdiyini açıqlayıb.

    İki saatdan çox davam edən tibbi müdaxiləyə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.
    //report

  • Avstraliyada kişi evinin pəncərəsindən insanlara 100-dən çox atəş açıb

    Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb.

    Bu barədə “Sky News Australia” xəbər yayıb.

    Qeyd olunub ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb, bir neçə avtomobilə, o cümlədən taksi və polis maşınına ziyan dəyib.

    İri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açan kişi artıq həbs edilib. Onun evindən bir neçə odlu silah götürülüb. Atəş açan şəxs hazırda polis nəzarəti altında xəstəxanadadır.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    11. Babək prospekti, mərkəz istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Президент Узбекистана Шавкат Мирзиёев находится с визитом в Азербайджане – ФОТО

    6 октября Президент Республики Узбекистан Шавкат Мирзиёев прибыл с визитом в Азербайджан для участия в 12-м Саммите Совета глав государств Организации тюркских государств (ОТГ).

    Как сообщает АЗЕРТАДЖ, в Габалинском международном аэропорту в честь высокого гостя был выстроен почетный караул.

    Президента Узбекистана Шавката Мирзиёева в аэропорту встречали министр культуры Азербайджана Адиль Керимли и другие официальные лица.



  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanda səfərdədir – FOTO

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

  • Минздрав объявил о начале сезона вакцинации против гриппа

    Минздрав Азербайджана объявил о начале сезона вакцинации против гриппа с 8 октября.

    Как сообщили в ведомстве, в страну завезена вакцина французской компании Sanofi Pasteur, отличающаяся высокой эффективностью и безопасностью.

    Прививки будут бесплатными и проводиться в государственных поликлиниках по месту жительства или работы.

    Министерство рекомендует вакцинацию медицинским работникам, беременным женщинам, и всем гражданам, страдающим хроническими заболеваниями дыхательных путей.

  • Azərbaycanda oktyabrın 8-dən qrip əleyhinə vaksinasiyaya başlanılacaq

    Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.

    Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılacaq.

    Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

    Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

    Nazirlik əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.