Month: October 2025

  • 11 ilə qədər həbs oluna bilər

    Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə istintaq tamamlanıb.

    Bu barədə Türkiyə KİV məlumat yayıb.

    Bildirilir ki, Ufuk Bayraktar və dostu Volkan Akbaş İstanbulda restoran biznesi məşğul olan iş adamının obyektinə gələrək əvvəlcə ondan obyektin təhlükəsizliyi adı altında həftəlik 25 min lirə tələb edib. Daha sonra bu məbləğ 10 min lirəyə endirilsə də, sahibkar tələbi qəbul etməyib və polisə müraciət edəcəyini bildirib.

    Sözügedən hadisədən sonra isə U. Bayraktarın iş adamını təhdid etməsi və ona hücum edərək yumruq vurduğu iddia olunub. Şikayətçinin ərizəsini geri çəkməsinə baxmayaraq, İstanbul Baş Prokurorluğu şübhəlilərin 7 il 6 aydan 11 il 3 aya qədər həbs cəzası ilə cəzalandırılmasını tələb edib.

    Xatırladaq ki, bundan 6 il öncə U. Bayraktar qanunsuz silah gəzdirdiyinə görə də 6 aylıq həbs edilmişdi.

  • Sürücü sükan arxasında öldü, avtomobil qəzaya düşdü

    Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

    Median.Az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, 44 yaşlı Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

    Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.

    Fakta bağlı araşdırma aparılır.

  • Ərdoğanın nəvəsinin çıxışı gündəm oldu – Video

    Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın nəvəsi Ömər Tayyib Ərdoğanın Bosfor Diplomatiya Forumundakı çıxışı maraqla qarşılanıb.

    “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ömərin tədbir iştirakçıları qarşısında özünəinamlı şəkildə çıxışı tamaşaçıların diqqətini çəkib.

    Gənc Diplomatiya Assosiasiyasının vitse-prezidenti olan Prezidentin nəvəsi çıxışında qlobal məsələlərdə gənc siyasətçilərin rolunu xüsusilə vurğulayıb.

    Sosial şəbəkələrdə onun çıxışına rəy bildirən şəxslər yaxın gələcəkdə peşəkar siyasətçi kimi siyasi meydanlarda olacağını deyiblər.

    Qeyd edək ki, 18 yaşlı Ömər Tayyib Ərdoğan Nəcməddin Bilal Ərdoğan və Reyyan Uzuner cütlüyünün övladıdır.

    Həmin görüntüləri təqdim edirik:

  • Evlərin qiyməti 50 faizə yaxın artıb

    Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar mənzil bazarında qiymətlər 46% artıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

    Statistika Komitəsinin məlumatları əsasında tərtib edilən hesabatdan məlum olur ki, ən yüksək artım bu il qeydə alınıb.

    Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri, demək olar ki, paralel şəkildə artmaqda davam edir.

    “2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib. Bu ilin birinci yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənib və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.

    Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezidentin Sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir”, – hesabatda qeyd edilib.

  • Синоптики предупредили о сильном ветре в Азербайджане

    В Баку и на Абшеронском полуострове, а также в некоторых регионах объявлено желтое предупреждение в связи с ветреной погодой, ожидаемой 5-6 октября.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове, в Хачмазе, Шабране, Хызы, Сиязане, Гусаре, Гобустане, Нефтчале, Дашкесане, Геранбое будет преобладать юго-восточный ветер, скоростью которого будет достигать 13,9-20,7 м/с, что соответствует желтому уровню погодной опасности.

  • Bakıda və rayonlarda külək güclənəcək

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

  • Cəbrayılda Şəhər günü qeyd edilir

    Bu gün Cəbrayılda Şəhər günü qeyd edilir.

    “Report” xəbər verir ki, Cəbrayıl şəhərində sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.

    Tədbirin əvvəlində Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.

    Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.

    Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilib.

    Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

  • ЦБА: Финансовые потоки в Азербайджане за II квартал увеличились на 7,3%

    Объем финансовых потоков в Азербайджане во II квартале этого года составил 28,9 млрд манатов, что на 7,3% больше по сравнению с аналогичным периодом 2024 года.

    Об этом сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана (ЦБА).

    Согласно информации, в апреле-июне наиболее высокую долю в общих платежных поступлениях имели такие сферы экономической деятельности, как государственное управление и оборона (25,6 %), оптовая и розничная торговля (14,7 %) и строительство (12,6 %).

    За последний год наибольший вклад в рост поступлений внесли такие сферы экономики, как строительство (рост на 504,7 млн манатов) и горнодобывающая промышленность (рост на 490,8 млн манатов)

    “Таким образом, во II квартале наблюдалась меньшая волатильность в динамике платежных поступлений по сравнению с предыдущими периодами. Хотя в апреле поступления снизились, начиная с мая наблюдалась стабильная тенденция к росту. В результате к концу июня поступления превысили максимальный уровень прошлого года”, – сообщил ЦБА.

  • AMB: Bu il Azərbaycanda maliyyə axınları ötәn ilin maksimum sәviyyәsini üstәlәyib

    Bu ilin II rübündə Azərbaycanda maliyyə axınların həcmi 28,9 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

    Median.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

    Məlumata görə, aprel-iyun aylarında ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (25,6 %), topdan və pərakəndə ticarət (14,7 %) və tikinti (12,6 %) olub.

    Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə tikinti (504,7 milyon manat artım) və mədənçıxarma (490,8 milyon manat artım) olub.

    “Belə ki, II rübdә әvvәlki dövrlәrlә müqayisәdә ödәniş daxilolmaları üzrә dinamikada daha az volatillik müşahidә edilib. Aprel ayında daxilolmalar aşağı sәviyyәyә düşsә dә, may ayından etibarәn sabit artım meyli qeydә alınıb. Nәticәdә, iyun ayının sonlarında daxilolmalar ötәn ilin maksimum sәviyyәsini üstәlәyib”, – AMB bildirib.

  • Bakıda 400 ədəd Çezalpiniya gül kolu əkilib

    Bakının müxtəlif yerlərində 400 ədəd Çezalpiniya gül kolu əlilib.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

    BŞİH-in Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb.

    Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib.

    Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qurumuş budaqları budanıb, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb, onların yerinə yeni, iqliməuyğun ağacların əkilməsi aparılır.

    Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcək.