Month: October 2025

  • Macarıstan hava məkanına daxil olan PUA-ları vuracaq

    Macarıstan hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurmaq niyyətindədir.

    Bunu Macarıstanın Baş naziri Viktor Orban “Döyüş saatı” podkastında bildirib.

    Aparıcının pilotsuz təyyarələrin Rusiya mənşəli olması ilə bağlı sualını cavablandıran Orban Macarıstanın qorxmadığını və onları vuracağını vurğulayıb.

    Bundan başqa, siyasətçi Avropa İttifaqının Rusiyadan hər cəhətdən üstün olduğuna inandığını bildirib.

    “Avropa hər cəhətdən güclüdür, Rusiya isə hərbi, iqtisadi və say baxımından daha zəifdir. Bizə zərər verə bilməzlər. Biz güclü bir cəmiyyət kimi hərəkət etməliyik”.

  • Bakıda parkda arvadını amansızlıqla öldürən şəxs HAKİM QARŞISINDA

    Bakıda parkda arvadını amansızlıqla öldürən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs yeni vəkillə müqavilə bağlamaqdan imtina edib, hüquqlarının əvvəlki vəkili tərəfindən müdafiə olunmasını istəyib.

    Sonra müdafiəçisi vəsatət verərək, iş materialları ilə tanış olması üçün məhkəmədən vaxt istəyib.

    Amma Natiq Məhərrəmov bununla razılaşmayaraq, vaxta ehtiyac olmadığını bildirib.

    Məhkəmə vəkilin vəsatətini təmin edib.

    Növbəti məhkəmə iclası oktyabrın 29-na təyin edilib.

    Qeyd edək ki, bu il aprelin 7-i saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər” parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə arvadı Sevinc Məhərrəmovanı (1986-cı il təv.) qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

  • Президент Азербайджана Ильхам Алиев прибыл с рабочим визитом в Данию – ФОТО

    1 октября Президент Азербайджанской Республики Ильхам Алиев по приглашению премьер-министра Дании Метте Фредериксен и президента Совета Европейского союза Антониу Кошты прибыл с рабочим визитом в эту страну для участия в 7-м Саммите Европейского политического сообщества.

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Копенгагена Президента Ильхама Алиева и первую леди Мехрибан Алиеву встречали официальные лица.







  • İlham Əliyev Danimarkaya işgüzar səfərə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.







  • “Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

    Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

    Məlumatda bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib:

    “Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda ümumilikdə 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib”.

  • Bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılıb

    “Rəqəmsal platforma ilkin olaraq mart və aprel aylarında pilot layihə şəklində istifadəyə verilib”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib.

    O bildirib ki, kağız jurnallardan sonra elektron jurnalların tətbiqi müsbət addımdır: “Artıq bu ilin sentyabr ayından kağız jurnallardan imtina etdik. 353 təhsil müəssisəsində kağız jurnallar ləğv olunub və qiymətləndirmələr tamamilə elektron platforma üzərindən aparılır. Elektron jurnal Elm və Təhsil Nazirliyinin dərs müddətində nə baş verdiyinə anında nəzarət etməsinə imkan verəcək”.

    Fidan Nəcəfova həmçinin qeyd edib ki, bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılır: “Tədris ilinin başlanğıcı olduğu üçün müəllimlərə vaxt vermişdik. Amma bu gündən prosesə başlanılır”.

    Sektor müdiri bildirib ki, regionlarda 120 yaxın məktəbdə kağız jurnalla yanaşı elektron jurnal da mövcuddur.

    O qeyd edib ki, sentyabrın 15-dək təhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlimlər təşkil olunub: “Bu platformanın istifadəsi ilə bağlı təlimlər uğurla keçirilib. İndiki mərhələdə bu proseslər tamamlandıqdan sonra valideynlər də qeydiyyatdan keçə bilərlər. Bakı şəhəri üzrə 70 faiz valideyn artıq qeydiyyatdan keçib. Valideynlər fin kodu ilə qeydiyyatdan keçdikdən sonra övladları haqqında məlumat əldə edə bilirlər”.

  • “Pərvin Xəlilova əməllərini pərdələyir” – Uşaq həkim səhvindən problemli doğulub?

    “Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın “Məlhəm” hospitalda ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu”.

    Bu barədə jurnalist Ulucay Akif sosial şəbəkə hesabında yazıb.

    O qeyd edib ki, körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var: “Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm” hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.

    Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik”.

    Şikayətçi qeyd edib ki, həkim problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanması ilə əlaqələndirib: “Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində, həmçinin “Məlhəm” hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib. Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi. Hazırda “Məlhəm” hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də…”

    Problemlə bağlı “Məlhəm” hospitalla əlaqə saxladıq. Xəstəxanadan şikayətin əsassız olduğunu, bu gün hadisə ilə bağlı tibb müəssisəsində mətbuat konfransının təşkil olunacağı bildirildi.

    Doğuşu həyata keçirən həkim-ginekoloq Pərvin Xəlilova məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verib: “Pasiyent bizim çox sevimli işçimizdir. Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb.

    Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.

    Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq”.

    Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb: “Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də doğuşu pulsuz icra etmişəm, çünki pasient bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub”.

  • Naxçıvanda yanğın olub: 583 abonent qazsız qalıb

    Naxçıvan şəhərinin Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağıtəzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbi ilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb.

    Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

  • Xankəndi məktəbinin direktoru İŞDƏN ÇIXARILDI

    Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

    O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir.

    “65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”, – deyə Cəmilə Əhmədova bildirib.

    Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

  • AzTU-nun dosenti vəfat etdi – Foto

    Gəncədə Azərbaycan Texnologiya Universitetinin (AzTU) müəllimi Nüsrət Əhmədov dünyasını dəyişib.

    Bu barədə universitet məlumat yayıb.

    Bildirilib ki, ictimai elmlər və multikulturalizm kafedrasının dosenti Nüsrət Məsim oğlu Əhmədov 1977-ci ildən AzTU-da pedaqoji fəaliyyət göstərib.

    O, uzun illər ərzində tələbələrin elmi dünyagörüşünün formalaşmasında, savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayıb.