Month: October 2025

  • Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ

    “Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilir”.

    Median.Az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
    Məlumatda qeyd olunur ki, icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görülür:
    “Belə ki, buraxılış kartı olmayan taksi nəqliyyat vasitəsinə sifariş ötürmək yolverilməzdir. Bu barədə taksi xidməti göstərən operatorlara AYNA tərəfindən rəsmi bildiriş məktubları da göndərilib. Qeyd edək ki, sənədlərdə olan uyğunsuzluq səbəbindən bu günə qədər 202 taksinin buraxılış kartı ləğv edilib”.

  • Sabah Azərbaycanda hava necə olacaq?

    Oktyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb.

    Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
    Azərbaycanın rayonlarında hava necə olacaq?
    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

  • “Crocus City Hall”u bir də nə zaman açacaqlar?

    Terror hücumuna məruz qalmış “Crocus City Hall” təmirdən sonra 2026-cı ilin baharında açıla bilər.

    Median.Az “SHOT” “Telegram” kanalına istinadla xəbər verir ki, indi orada sərgi pavilyonları yerləşdirmək niyyətindədirlər.

    Bildirilir ki, hazırda inşaatçılar binanın fasadının bərpası üzrə təmir işlərini başa çatdırırlar, habelə dam örtüyünün bərpası üzrə işlər aparılır.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Silahlı cinayətkarlar konsert zalının qonaqlarına avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, bir nəfər itkin düşmüş hesab olunur, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb. Dəyən maddi ziyan, təxminən, altı milyard rubl olaraq qiymətləndirilir.

  • Ukrayna Belqorodu raket atəşinə tutub

    Belqorod vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalıb.

    Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

    Bildirilir ki, insident nəticəsində Razumnoye kəndində iki avtomobil yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

  • Yer kürəsində maqnit qasırğası 30 saatdır davam edir

    Yer kürəsində maqnit qasırğası, təxminən, 30 saatdır davam edir, onun gücü G1 və G2 səviyyələri arasında dəyişir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    “Dünən, sentyabrın son günündə, təxminən, saat 3-də (Bakı vaxtı ilə saat 4) başlayan maqnit qasırğası hazırda davam edir. Hadisənin davamlılığı artıq 30 saata çatıb”, – məlumatda bildirilib.

    Laboratoriyanın məlumatına görə, hazırda sahənin böyüklüyü iki dəfə azalıb ki, bu da qasırğanın orta G1-G2 səviyyəsində qalmasına imkan verir.

    Qeyd olunub ki, son 24 saat ərzində planetlərarası mühitin parametrləri, əsasən, pisə doğru dəyişib.

    “Yer kürəsi yaxınlığında Günəş küləyinin sürəti 400 km/s-dən təqribən 700 km/s-ə yüksəlib. Plazmanın temperaturu üç dəfə artıb, 100 000-dən 300 000 dərəcəyə yüksəlib”, – deyə əlavə edilib.

    Bildirilib ki, ona görə də növbəti 24 saat üçün proqnoz əlverişsiz olaraq qalır.

    “Yaxın saatlarda qasırğanın “sarı” səviyyəyə qədər zəifləməsi ehtimalına baxmayaraq, həm Günəşdə, həm də Yerətrafı mühitdə vəziyyət şəraitin normallaşması üçün əlverişli deyil. Bundan əlavə, 24 saatlıq proqnoza əsasən, bir çox günlər ərzində ilk dəfə olaraq ulduzda yüksək X sinfinə məxsus partlayışların əmələ gəlməsi ehtimalı 50% olaraq qiymətləndirilir”, – deyə bildirilib.

  • İtaliya prezidentinin Azərbaycana səfəri başa çatıb

    İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

  • İş axtarmaq adı ilə Xankəndiyə gedən şəxs həbs edildi

    Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib.

    Oxu.az-ın məlumatına görə, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib.

    Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb. Çarəsiz qalan A.Quliyev başqa üsula əl atıb. Belə ki, o, xalası oğlu ilə birlikdə restoranlardan birində nahar edərək, spirtli içki içib. Daha sonra Azər səliqəli geyinərək, Xankəndi şəhərindəki bir neçə ticarət və iaşə obyektinə daxil olaraq, guya Dövlət Vergi Xidmətinin əməkdaşı olduğunu deyib və sahibkarlardan pul tələb edib. Obyektlərdən birinə daxil olub pul tələb edərkən, sahibkar polis əməkdaşlarına məlumat verib.

    Hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən A.Quliyev ərazidən qaçmaq istəyib. O, həmin vaxt sərxoş olduğundan qaçarkən küçədə yıxılıb, xəsarət alıb.

    Polis əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib ediblər. Protokol məhkəməyə göndərilib.

    Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə A.Quliyev 10 sutka həbs edilib.

  • Президент Италии посетил Аллею шехидов в Баку – ФОТО

    В рамках официального визита в Азербайджан президент Италии Серджо Маттарелла 1 октября посетил Аллею шехидов.

    Как сообщает АЗЕРТАДЖ, высокий гость с уважением почтил память героических сынов Родины, отдавших свои жизни в борьбе за независимость и территориальную целостность Азербайджана, возложил венок к мемориалу “Вечный огонь”.


  • İtaliya prezidenti Bakıda şəhidlərin xatirəsini anıb – FOTO

    Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


  • Стартовали занятия в группах дошкольной подготовки

    1 октября стартовали занятия в группах дошкольной подготовки в государственных общеобразовательных учреждениях.

    Как сообщает Median.Az со ссылкой на Управление образования города Баку (BŞTİ), на 2025/2026 учебный год в подготовительные группы 295 общеобразовательных учреждениях, подведомственных BŞTİ, зарегистрировались 21 502 ребенка.

    В созданных в государственных общеобразовательных школах подготовительных группах четыре дня в неделю проводится 12 занятий по дисциплинам “Знакомство с окружающим миром”, “Подготовка к обучению грамоте и развитию речи”, “Развитие художественного мышления”, “Развитие логико-математического мышления”, “Изобразительная деятельность”, “Музыка” и “Физическая культура”.

    Отметим, что целью создания дошкольных подготовительных групп является повышение психологической устойчивости детей пятилетнего возраста, их подготовка к обучению в школе, адаптация к окружающему миру и образовательной среде, обеспечение овладения ими навыками общения и совместной деятельности.