Month: October 2025

  • Azərbaycan klubunun prezidenti futboldan uzaqlaşdırıldı

    Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.

  • Kolleclərə qəbul olunmaq istəyənlərin nəzərinə

    Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

    Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

  • Zakir Həsənov italiyalı həmkarına başsağlığı verib

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Başsağlığında deyilir:

    “Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin”.

  • “Hədiyyələrimi satıb pulunu kasıblara verirəm” – Kadırov

    Çeçenistan lideri Ramzan Kadırov hədiyyə almağı sevmədiyini, çünki hədiyyələrin hamısına sahib olduğunu, ən əsası ailə salamı olduğunu bildirib.

    O, bu barədə “Telegram” kanalında yazıb.

    “Mənim hər şeyim var, hədiyyələri sevmirəm… Ailəm məni təbrik edəndə, anam gələndə, bacı-qardaşım yığışanda daha çox xoşuma gəlir”, – o qeyd edib.

    Kadırovun sözlərinə görə, o, hədiyyələrini satıb və pulu aztəminatlı sakinlərə paylayıb.

    Qeyd edək ki, oktyabrın 5-də Ramzan Kadırovun ad günüdür.

  • В колледжах Азербайджана произошли новые назначения

    В колледжах Азербайджана произошли новые назначения.

    Об этом сообщили в Государственном агентстве по науке и высшему образованию.

    Согласно соответствующему приказу, Кямран Насиров назначен директором Сабирабадского государственного социально-экономического колледжа, а Гюнель Гасымова – заместителем директора по учебной работе в Музыкальном колледже при Азербайджанской национальной консерватории.

  • Kolleclərə YENİ TƏYİNATLAR olub

    Kolleclərə yeni təyinatlar olub.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, müvafiq əmr ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

    Qeyd edək ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat təhsili alıb. 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, həmçinin “Təhsil menecerlərinin peşəkar inkişafı” proqramında, ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.

    Günel Qasımova bakalavr təhsilini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında “Musiqişünaslıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında “Musiqi nəzəriyyəsi” ixtisası üzrə alıb. O, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.

  • Дмитрия Быкова заочно приговорили к семи годам колонии

    Черемушкинский суд Москвы заочно приговорил писателя Дмитрия Быкова к семи годам лишения свободы в колонии общего режима по делу о распространении фейков о Вооруженных силах РФ.

    Об этом сообщает корреспондент ТАСС из зала суда.

    “Суд постановил признать Быкова виновным и назначить ему наказание в виде 7 лет лишения свободы в колонии общего режима с запретом администрировать страницы в сети на срок 4 года”, – огласила судья.

    Быков признан виновным по п. “д” ч. 2 ст. 207.3 УК РФ (публичное распространение заведомо ложной информации об использовании ВС РФ) и ч. 2 ст. 330.1 УК РФ (уклонение от исполнения обязанностей, предусмотренных законодательством РФ об иностранных агентах). Он объявлен в международный розыск.

  • Rusiya daha bir məşhur adamına hökm oxudu

    Moskvanın Çeryomuşki Rayon Məhkəməsi yazıçı Dmitri Bıkovu Rusiya Silahlı Qüvvələri haqqında feyk məlumatların yayılması işi üzrə qiyabi olaraq ümumi rejimli koloniyada yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

    TASS agentliyinin müxbiri bu barədə məhkəmə zalından məlumat verib.

    Məhkəmə Bıkovu təqsirli bilib və 4 il müddətinə sosial şəbəkələrdə öz səhifəsini aparmasına qadağa qoymaqla onu 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

    Bıkov RF Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi (Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatın yayılması) və 330.1 maddəsinin 2-ci hissəsi (xarici agentlər barəsində nəzərdə tutulmuş öhdəliklərin icrasından yayınma) üzrə təqsirli bilinib.

    Onun barəsində beynəlxalq axtarış elan edilib.

  • “Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir”

    Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov xəstəxana xərcləri ilə bağlı narazılığını bildirib. O qeyd edib ki, xəstəxanada qalmaq qiyməti bəzən otel qiyməti ilə eyni olur və çox vaxt əməliyyat xərclərini də ötüb keçir. Deputat həmçinin apteklərdə pulsuz dərmanların paylanmasında ciddi problemlərin olduğunu vurğulayıb.

    Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı AZXEBER.COM-a bildirib ki, Azərbaycanın səhiyyə sistemində uzun illərdir ciddi problemlər mövcuddur:
    “Bu problemlər fundamental xarakter daşıyır və köklü səbəblərə dayanır. Son dövrlərdə isə vəziyyət daha da qarışıq hal alıb. Hazırda səhiyyə sahəsində üç ayrı qurum fəaliyyət göstərir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. İnsanlar hansı xəstəxananın kimə tabe olduğunu, kimdən hansı xidməti ala biləcəyini tam başa düşmür. Pasiyentlər hüquqlarını bilmədiyi üçün bundan bəzi xəstəxanalar və klinikalar sui-istifadə edir. Tibbi xidmətlərə görə əsassız ödənişlər tələb olunur, dərmanlar düzgün paylanmır. Apteklərdə də vəziyyət ürəkaçan deyil. Dərmanlar keyfiyyətsiz və baha olur. Məsələn, Azərbaycanda 5 manat olan dərman xarici ölkələrdə 1 AZN-dir”.
     
     
    Ekspert deyib ki, sığorta sistemində də problemlər var:
    “Sığorta sistemində də nöqsanlar çoxdur. Növbələr çoxdur, vətəndaşlar əlavə xərclərlə üzləşirlər. Xəstəxanada qalmaq isə həddindən artıq bahalıdır. Halbuki, tibbi xidmətlər simvolik ödənişli və ya pulsuz olmalıdır. Təəssüf ki, səhiyyəyə sosial sistem kimi yox, kommersiya sahəsi kimi yanaşılır”.
    Sosioloq qeyd edib ki, həkim məsuliyyətsizliyi də ciddi narazılıq doğurur:
    “Bəzi həkimlər xəstəyə çox məsuliyyətsiz yanaşır. Çox vaxt insanlar xarici ölkələrə – Türkiyə, Rusiya, Gürcüstan və ya İrana gedərək daha ucuz və keyfiyyətli tibbi xidmət alırlar. Bu isə ölkə səhiyyəsinin böhran vəziyyətində olduğunu göstərir.
    Xəstəxanaların şəraiti də qənaətbəxş deyil. Avadanlıqlar köhnədir, laborator analizlər dəqiqlikdən uzaqdır. Bir çox hallarda Azərbaycanda qoyulan diaqnoz xaricdə təsdiqlənmir”.
    E.Bayramlı problemlərin həlli barədə də danışıb. O qeyd edib ki, ilk növbədə səhiyyə sistemində parçalanmaya son qoyulmalı, vahid dövlət orqanı yaradılmalıdır:
    “Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir. Bütün xəstəxanalar və tibbi müəssisələr bir mərkəzdən idarə olunmalıdır. Tibbi xidmətlərin qiyməti və dərmanların satışı dövlət tərəfindən ciddi şəkildə tənzimlənməli, qanunsuz pul yığımı və sui-istifadəyə görə məsuliyyət tətbiq edilməlidir. Çünki sağlamlıq olmadan nə təhsil, nə elm, nə də iqtisadi inkişaf mümkündür”.

  • Bu avtobuslarda qiymət qalxmadı – Hələ də 50 qəpikdir

    Xəbər verdiyimiz kimi, bu gündən metro və marşrutlarda gediş haqqı 60 qəpik olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Metro və marşrutlarda gediş haqqı 60 qəpik olub.

    77 və 39 nömrəli avtobusda qiymət dəyişməyib. Bu gün də gediş haqqı 50 qəpik olub. 
    Sakinlərin bunun texniki səhv nəticəsində baş verdiyini düşünürlər.
    Daşıyıcı şirkətdən isə bildirildi ki, 77 və 39 nömrəli şəhər içi hərəkət edən avotbuslarda qiymət artırılmayıb, 50 qəpik olaraq qalacaq. 
    “Həmin avtobuslar müasir standartlara cavab verən və dizellə çalışan avtobuslar olduğuna görə qiymət dəyişikliyi edilməyib”
     
    //Milli.az