Month: October 2025

  • Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanıldı

    Zaqatala sakinini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanılıb.

    Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini, 41 yaşlı İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.

    Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Xatırladaq ki, Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən İ.Musayev dünən xəstəxanada ölüb.
    //oxu.az

  • В Астаре 17-летняя девушка умерла после своей свадьбы

    Жительница Астаринского района Э.Иманова (2008 г.р.), вчера отпраздновала свадьбу в одном из банкетных залов села Дегади.

    Как сообщает Oxu.Az, после торжества ей стало плохо, и она была доставлена в Астаринскую центральную районную больницу. Несмотря на усилия врачей, спасти её жизнь не удалось.

    По данному факту проводится расследование.

  • Astarada 17 yaşlı gəlin öz toyunda öldü: Yeddi aylıq hamilə imiş – TƏFƏRRÜAT (Yenilənir)

    Astarada 17 yaşlı qadın toy gecəsi ölümünün təfərrüatı məlum olub.

    Hadisə rayonun Deqədi kəndi ərazisində “Ata Yurdu” şadlıq sarayındakı toy mərasimində baş verib.

    Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.

    Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

    O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

    Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

    Oktyabrın 28-də rayonun Deqədi kəndindəki “Ata Yurdu” şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

    * * * * *

    Astarada dünən toyu olan şəxs bu gün dünyasını dəyişib.

    Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.

    Toydan sonra Ə.İmanova özünü pis hiss edib və Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Belarusun baş nazirinin müavini Natalya Petkeviç Füzuli rayonuna səfər edib

    Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədri – baş nazirin müavini Natalya Petkeviç işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Onu Komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin müavini Samir Şərifov müşayiət edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroport haqqında ətraflı məlumat verib.

    Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdır.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib.

    Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisi isə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yeni başlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.

    Sonra qonaqlar Ağdam rayonuna yollanıblar.

  • Мехрибан Алиева поделилась публикацией по случаю 102-й годовщины основания Турецкой Республики – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась публикацией в своем Instagram-аккаунте по случаю 29 Октября – 102-й годовщины основания Турецкой Республики.

    Median.Az представляет данный пост:

  • Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva 29 oktyabr – Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib.

    M.Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:

    “Qoy xalqlarımızın qürur mənbəyi olan Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!”.

  • DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib – VİDEO

    Polis kiberdələduzluq halları, şübhəli zənglərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:

    “Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır.

    Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq.

    Ona görə də kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.

    Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin. Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!”

  • “Pilot İnşaat-A” MTK vətəndaşın evini yerlə bir etdi – VİDEO

    Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Pilot İnşaat-A” MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə -yeksan edib.

    Bu iddia ilə “Xəzər TV”yə müraciət edən vətəndaş deyir ki, 2017-ci ildən bu yana evsizdir və MTK ona kompensasiya ödəmir.

    Şikayətçi bildiri ki, Camal Rzayev 2017-ci ildə “Pilot İnşaat – A” adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb. Onun fərdi evi 240 kvadratmetr olduğu halda “Pilot İnşaat – A” MTK vətəndaşa 150 kvadratmetr mənzil təklif edib.

    Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.

    Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən “Pilot İnşaat – A” MTK vətəndaşa 181 min manat da ödəməlidir. Vətəndaşın iddialarına aydınlıq gətirilməsi üçün “Pilot İnşaat – A” MTK-nın rəhbəri kimi təqdim edən Valeh Ağayev sualların cavabının şirkətin hüquqşünası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərinə cavab vermədi. Görünən odur ki, tərəflər yenidən məhkəmə müstəvisində görüşməli olacaqlar.

  • В Агдеринском районе произошло ДТП

    В селе Чылдыран Агдеринского района произошла авария со смертельным исходом.

    Как сообщает Oxu.Az, житель Бардинского района Хафиз Годжаманов (1968 г.р.), находясь за рулём бетономешалки HOWO, не справился с управлением. Машина упала в овраг, и водитель погиб на месте.

    По данному факту проводится расследование.

  • Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü

    Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə səhər saatlarında rayonun Çıldıran kəndində qeydə alınıb.

    Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanov sükanı arxasında olduğu “HOWO” markalı betonqarışdıran avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil dərəyə aşıb və sürücü hadisə yerinə ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az