Month: October 2025

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

    Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib.

    Median.Az paylaşımı təqdim edir:


  • “Broker Əbülfəz” yenidən səhnədə – Gömrüyün köhnə siması geri qayıdır?

    Öncə həbsi, daha sonra “ev dustaqlığı” ilə gündəmə gələn Gömrüyün “boz kardinalı” kimi tanınan Əbülfəz Məlikovun adı yenidən gündəm olub.

    Uzun illər gömrük sistemindəki boşluqlardan yararlanaraq böyük sərvət toplayan “Broker Əbülfəz”in fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.
    Median.Az  bildirir ki, 2024-cü ildə məlum olmuşdu ki, Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes strukturlarını Türkiyəyə, xüsusən də İstanbul şəhərinə köçürüb. Onun qida, turizm və otelçilik sahələrində fəaliyyət göstərəcək milyonlarla manatlıq şirkətlərə sahib olduğu, həmçinin Bodrumda bahalı istirahət mərkəzi olduğu bildirilirdi.
    Hazırda Türkiyədə yaşayan Məlikova bu prosesdə Dövlət Gömrük Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin sabiq vəzifəli şəxslərinin dəstək verdiyi iddia olunur. Onun şərikləri arasında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin adı da çəkilir.
    Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumu sayılır. Əhədpur isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır. Məlumatlara görə, Məlikovun Rusiyada da geniş biznes əlaqələri mövcuddur.
    Son günlər ölkədə ətin bahalaşması, AQTA tərəfindən aparılan kütləvi yoxlamalar, cərimələrin artması və dabaq xəstəliyinin yayılması fonunda yeni proseslərin baş verdiyi müşahidə olunur. Məlumatlara əsasən, ölkəyə gətirilən iri sayda diri heyvan tədarükü yenidən Əbülfəz Məlikovun nəzarətinə qayıdıb.
    Bütün bunlar “Broker Əbülfəz”in yenidən səhnəyə qayıtdığını göstərir. Ət bazarında baş verən xaos və qiymət artımı, görünür, onun köhnə “sistemdəki” gücünü bərpa etdiyinin ilk əlamətləridir. Belə görünür ki, Əbülfəz Məlikovun ətrafında formalaşan “köhnə mexanizm” yenidən işə düşməkdədir. /Bizixmeber.org/

  • “Sənin möhkəm çiyninə, məsləhətlərinə ehtiyacım var”

    “Düz bir aydır ki, sən yoxsan. Boşluq və daimi ağrıyla dolu bir ay… Nə ilə məşğul olsam da — çəkilişlərlə, rəssamlarla görüşlərlə, kitablar üzərində işləməklə, səfərlərlə — sənin yanımda olmanı hər an hiss edirəm. Səni hər hüceyrəmlə hiss edirəm: sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var. Sən azsaylı adamlardan idin ki, başqaları susanda daima cavab verirdin”.

    Median.Az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə Əməkdar artist Cabir İmanovla bağlı sosial şəbəkə hesabında yazıb.

    “Uşaq kitabları nəşr etməyə başlayanda başqaları tərəddüd edirdi, amma sən birinci mənə inanmışdın. Buna görə də yeni kitablarımın üz qabıqlarını ilk sənə göndərirdim, bilirdim ki, növbəti uğuruma səmimi, ürəkdən sevinəcəyini görəcəyəm. Səhər saat yeddidə zəng edib mənasız zarafat edə bilərdin, bilə-bilə ki, heç vaxt inciməyəcəyəm və biz sadəcə ürəkdən güləcəyik. Sənin yoxluğunu çox hiss edirəm… Çox… Və bu hiss həyatımın acı, amma ayrılmaz bir hissəsinə çevrilib. Bununla yaşamağa məcburam… Amma, Cabir, bilirəm – sən bunların hamısını eşidirsən. Sən məni həmişə başa düşmüsən, indi də anlayırsan… Allah rəhmət eləsin…”., – deyə B.Bağırzadə bildirib.

  • Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb – VİDEO

    Monteneqroda yaşayan bir qrup azərbaycanlının günahsız yerə saxlanıldığı iddia olunur. Saxlanılan şəxslərdən biri – Anar Həsənov bildirib ki, hadisə Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra baş verib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yerli sakinlər onların yaşadığı yataqxananı mühasirəyə alaraq daşlamağa başlayıblar və onlar dərhal polisə bu barədə məlumat veriblər. Monteneqro polisi gəldikdə isə aralarında azərbaycanlıların üstünlük təşkil etdiyi 45 nəfəri saxlayıb.

    Anar Həsənov onu da iddia edir ki, saxlanılan digər şəxslər buraxılsa da, Yaqub Qurbanov adlı şəxsin ayaqqabısı şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşadıldığından o, həbs edilib.

    Məsələ ilə bağlı Azərbaycan-Monteneqro Parlamentlərarası işçi qrupunun sədri Əli Məsimli bildirib ki, insidentlə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının biri istisna olmaqla qalanları buraxılıb.

    “Həmin bir nəfərlə bağlı isə araşdırma gedir. Azərbaycan vətəndaşları, onların yaşadıqları binanın yerli sakinlər tərəfindən daşlanması ilə əlaqədar aidiyyəti qurumlara müraciət ediblər. Müvafiq sorğular, digər müraciətlər də var. Araşdırma davam edir. Həmin sorğular cavablandırıldıqdan sonra məsələyə aydınlıq gələcək. Azərbaycanla Monteneqro arasında qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı və perspektivli əlaqələr qurulub. Hər iki tərəfin səyi ilə bu əlaqələr inkişaf etdirilir. Ona görə də hər iki tərəf maraqlıdır ki, baş verənlər obyektiv araşdırılsın, normallaşsın və münasibətlər artan xətlə daha da inkişaf etsin”,- deyə işçi qrupunun sədri Əli Məsimli bildirib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Üçüncü oğlu da işdən çıxarıldı

    İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu da vəzifəsindən uzaqlaşdırılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb

    Mehralı Səmədov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib.

    M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.

    Ötən gün həmçinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor i̇lqar abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.

    Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.

  • Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi

    Gəncə şəhərində 1969-cu il təvəllüdlü Rəhman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Raqifə xəsarət yetirib. 

    Median.Az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin fevralın 6-da baş verib. Həmin gün gecə saat 2 radələrində Rəhmanın tək yaşadığı və çalışdığı, ətrafda kənar şəxslərin olmadığı, Gəncə şəhəri, Gəncə-Bakı şosesi  yolunun 5-ci kilometrinin sağ tərəfində yerləşən, Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq ərazidə, əvvəlcədən tanıdığı Elxan gəlib.

    Elxan ad günü məclisinə Rəhmanı dəvət edən zaman onun yanında olan, əvvəlcədən tanımadığı Raqifin gecə vaxtı icazəsiz onun yaşadığı ünvana gəlməsini, nalayiq ifadə işlətməsini, səs-küy salmasını səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rəhman ağac budağı ilə Raqifin baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 

    Hadisəni törədən Rəhmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

    İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 5-də, saat 10-11 radələrində Elxan ona zəng edib və 1 gün sonra ad günü olduğunu, onu da götürəcəyini deyib: “Həmin gecə saat 02:07-də onları içkili halda qapıda gördüm. Elxan onu tanıyıb-tanımadığımı soruşdu. Mən isə cavabımda onu tanıdığımı, lakin getmələrini istədiymi dedim. Sonuncu ifadəsində onların 3 nəfər olduğunu, 1 nəfərin də sonradan getdiyini bildirdi. Raqifin bizim dalaşdığımızı düşünərək, üstümə gəldi. Mənə qarşı nalayiq ifadələr səsləndirdi. Eləcə də vəfat edən həyat yoldaşımı söydü. Bu səbəbdən də Raqifə ağac parçası ilə xəsarət yetirdim”.

    İş üzrə zərərçəkmiş Raqifin sözlərinə görə, Rəhmanı əvvəllər tanımayıb: “Elxan yanımda Rəhmana zəng etdi və Rəhmanın evinə narkotik vasitə almaq məqsədilə getdiklərini söylədi. Rəhmanın evinə gecə saat 1 radələrində getdik. Rəhmangilə yaxınlaşan zaman isə onların mübahisə etdiklərini gördüm. Həmçinin  Rəhman niyə gəldiyimizi soruşdu. Rəhmandan normal danışmasını istədim. Eyni zamanda, Rəhmana söymədim”. 

    Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli müəssisəsində çəkməsi müəyyən edilib. //Demokrat.az

  • Avtomobil məktəblini vurdu – FOTO

    Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

    Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)

  • Dünya şöhrətli rəqqasın əsərinin premyerası Bakıda olacaq

    Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyalın “Delay the Sadness” əsərinin premyerası baş tutacaq.

    Median.Az xəbər verir ki, bunu festivala həsr olunmuş mətbuat konfransında ssenarist İsmayıl İmanov deyib. 

    O bildirib ki, Şaron Eyalın əsərləri hərəkət və emosiyanın möcüzəvi vəhdətidir:

    “Onlarda bədən, səs və işıq arasında sərhəd yoxdur. “Delay the Sadness” yalnız rəqs deyil, tamaşaçıların artistlərlə birlikdə yaşadığı bir təcrübədir. Mənim üçün bu müasir rəqsin fəlsəfə və moda dili olaraq necə ortaya çıxdığını görmək üçün bir fürsətdir”.

    Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq.//Demokrat.az

  • Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

    Koqnitiv sağlamlığı, yəni yaddaşın, diqqətin və düşünmə qabiliyyətini qorumaq üçün qayğıya gənc yaşlardan başlamaq vacibdir.

    Median.Az xəbər verir ki, bunu Rusiyanın Koqnitiv Sağlamlıq Mərkəzinin rəhbəri, nevroloq Yuliya Şpilyukova deyib. O bildirib ki, beyin sağlamlığının əsası 20-30 yaş dövründə qoyulur.

    Onun sözlərinə görə, koqnitiv geriləmənin qarşısını almağın əsas amillərindən biri fiziki aktivlikdir. Həkim həftə ərzində ən azı 150 dəqiqəlik kardio məşqləri (üzgüçülük, yüngül qaçış, sürətli gəzinti və s.) tövsiyə edir. Bundan əlavə, güc məşqləri və sağlam həyat tərzi vərdişləri də beyin fəaliyyətini dəstəkləyir.

    Şpilyukova qeyd edib ki, nizamlı həkim müayinələri, xüsusilə təzyiq, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanması  beynin zədələnmə riskini azaldır.
    Mütəxəssis həmçinin görmə və eşitmə problemlərinin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb, çünki informasiya axınının azalması beyin fəaliyyətini zəiflədir.

    Bundan əlavə, yuxu rejiminə əməl etmək (7-9 saat yuxu) və sosial əlaqələri qorumaq da mühüm sayılır. Şəxsin cəmiyyətdən təcrid olunması yaddaşın və düşünmənin zəifləməsini sürətləndirə bilər.

    “Əgər gündəlik həyatda yaddaş pozğunluğu, təkrarlanma, evdən çıxmaq qorxusu kimi əlamətlər müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz beyin funksiyalarının pisləşməsini xeyli ləngidə bilər”, – deyə həkim bildirib.

    Onun fikrincə, davamlı fiziki aktivlik, müsbət emosiyalar, sosial həyat və sağlam yuxu rejimi uzunmüddətli beyin sağlamlığının əsas açarlarıdır.

  • Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş… – Almadan əvvəl MÜTLƏQ OXUYUN!

    Sosial şəbəkələrdə Monqolustandan gətirilən ətlərlə bağlı satış reklamları artmaqdadır. Son günlər dabaq xəstəliyi ilə əlaqədar ət kəsimi məhdudlaşdırıldığından əhalinin tələbatını ödəmək üçün sahibkarlar xaricdən ət idxalını artırır.

    Təkcə Monqolustandan deyil, bu yaxınlarda Azərbaycan və Braziliya arasında ət idxalı ilə bağlı müqavilə bağlandı. Hələlik açıq satışa çıxarılması ilə bağlı məlumat yoxdur. Braziliyadan gətirilən termal ətlərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ araşdırmalar aparır.

    Bəs bu monqol ətləri bizim ağız dadımıza, ənənəmizə, süfrə və inancımıza uyğundurmu?

    Monqolustanda ətin kəsilməsi çox qədim və özünəməxsus qaydalarla aparılır. Bu proses həm praktik, həm də mədəni-ruhi mənalar daşıyır. “Zurkhai” (ürəkdən öldürmə) – Monqollar heyvanı qan axıtmadan öldürürlər. Bu, həm dini, həm də ekoloji səbəblərlə edilir. Heyvan sakit vəziyyətdə yerə yatırılır.

    Döş sümüyü (sinə hissəsi) diqqətlə kəsilir. Qan damarları kəsilmədən əl ilə ürəyi sıxıb partladırlar. Beləliklə, qan bədəndə qalır, çünki monqollar hesab edir ki, qan həyatı simvolizə edir və torpağa axmamalıdır. Dini baxımdan haram, tibbi cəhətdən ziyanlı İslami qaydalarda isə tam tərsi – heyvanın qanı tamamilə axıdılmalıdır ki, qan bədəndə qalıb virus yaratmasın. Yəni monqol ətləri həm dini baxımdan haramdır, həm də tibbi cəhətdən ziyanlıdır.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Monqolustandan 1 milyon 564 min ABŞ dolları dəyərində 391 ton qoyun əti idxal edilib.

    Monqolustandan ət idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5 dəfə artıb. Belə ki əvvəlki ilin müvafiq dövründə ölkəyə 20 ton qoyun əti idxal edilmişdi.