Month: October 2025

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 1.82 доллара, или 2.72% – до 65.21 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 67.03 доллара.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.82 ABŞ dolları, yaxud 2.72% azalaraq 65.21 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.03 ABŞ dolları təşkil edib.

  • Председатель Палаты представителей Верховного собрания Таджикистана прибыл в Азербайджан

    Председатель Палаты представителей Высшего собрания Республики Таджикистан Файзали Идизода прибыл с визитом в Азербайджан для участия в Международной парламентской конференции, посвященной 30-летию принятия Конституции АР.

    Как сообщили в отделе прессы и общественных связей Милли Меджлиса (ММ), в Международном аэропорту Гейдар Алиев его встретили заместитель председателя ММ Зияфет Аскеров, руководитель рабочей группы парламента по межпарламентским связям Азербайджан – Таджикистан Айдын Мирзазаде и другие официальные лица.

  • Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

    Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

  • МЧС обратилось к населению в связи с ожидаемыми погодными условиями

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с ожидаемыми погодными условиями.

    В ведомстве напомнили, что с сегодняшнего вечера до завтрашнего дня на территории страны ожидается дождливая погода, в отдельных районах осадки будут интенсивными, на некоторых реках возможны кратковременные паводки и наводнения, также прогнозируются сильный ветер и грозы.

    “В связи с этим МЧС обращается к населению с призывом соблюдать соответствующие меры безопасности.

    Так, во время сильного ветра рекомендуется держаться подальше от легких конструкций и временных сооружений, зданий и рекламных щитов, не стоять под электрическими столбами и проводами, высокими деревьями. А также, учитывая трудности, возникающие при тушении пожаров, вызванных сильным ветром, необходимо строго соблюдать правила пожарной безопасности. Помимо этого, пользователям маломерных судов следует учитывать, что выход в море при таких погодных условиях запрещен.

    Для защиты от паводков и наводнений, вызванных интенсивными осадками, рекомендуется держаться подальше от опасных участков и в случае угрозы немедленно подняться на возвышенность.

    В целях защиты от опасности, связанной с грозой, рекомендуется отключать электроприборы от сети, не разговаривать по телефону (стационарному, мобильному, таксофону и др.), не приближаться к электрическим линиям, громоотводам, водосточным трубам и антеннам, не укрываться под высокими деревьями, а при необходимости выбирать более низкое место для укрытия. Если вы находитесь в автомобиле, следует остановиться, поднять стекла и оставаться в машине до окончания грозы.

    Помните: пренебрежение правилами – угроза для нашей жизни!

    В случае опасности звоните по номеру 112!” – говорится в обращении.

  • Ölkə ərazisində sel və daşqın olacaq: FHN-dən əhaliyə XƏBƏRDARLIQ

    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

    Median.Az müraciəti təqdim edir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq sabah gündüzədək bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri bu cür hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”

  • Quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı

    Biləsuvarda quzusu xəstələndiyi üçün arvadına əsəbiləşən şəxs onu döyərək xəsarət yetirib.

    Hadisə rayonun Xırmandalı kəndində baş verib.

    Belə ki, kişi 3 avqust 2025-ci il tarixdə, işdən sonra yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul edib. Həmin gün saat 23 radələrində yaşadığı evə qayıtdıqdan sonra onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənib və spirtli içkinin təsiri altında olduğu üçün quzusunun xəstələnməsinə görə arvadını günahkar bilib.

    O, zərərçəkmiş şəxsə illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını deyərək irad tutub. Bu zəmində onlar arasında mübahisə yaranıb və həmin mübahisə vaxtı o, arvadının üzərinə hücum edib, sonuncunun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirib. Bundan sonra onun hirsi soyuyub və yataq otağına keçib yatıb. O, səhəri gün sakitləşib və etdiyi əməldən peşman olub. Lakin zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edib.

    Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə 360 saat ictimai işlər növündə cəza təyin edilib.
    //oxu.az

  • Azərbaycanda xarici valyutada saxlanılan əmanətlərin həcmi açıqlandı

    Azərbaycanın bank sektorunda öhdəliklərin əsas hissəsini depozitlər təşkil edir.

    Median.Az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, cari ilin sentyabr ayında bankların cəmi öhdəliklərinin 74.7%-i və ya 36 milyard 587.8 milyon manat depozit portfelinin payına düşüb.

    Depozit portfelinin 58%-i (21 milyard 210.8 milyon manat) hüquqi şəxslərin, 42%-i (15 milyard 377 milyon manat) isə fiziki şəxslərin depozitlərindən ibarətdir. Fərdi sahibkarların depozitləri bu hesablamaya daxil edilmir.

    Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10 milyard 404.8 milyon manat) milli valyutada, 32.3%-i (4 milyard 972.2 milyon manat) isə xarici valyutada saxlanılır.

    Hesabat dövründə fiziki şəxslərin əmanət portfelinin 63.2%-ni (9 milyard 720.2 milyon manat) müddətli əmanətlər təşkil edib. Sentyabr ayında bu kateqoriyada 1.7% və ya 159.5 milyon manat artım qeydə alınıb. Tələbli əmanətlər isə 2.4% və ya 131.4 milyon manat yüksəlib.

  • Sumqayıtda ŞOK: “metallom”da mühafizəçinin meyiti tapıldı

    Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb.

    Median.Az xəbər verir ki, hadisə 76-cı məhəllə ərazisində baş verib.

    67 yaşlı Həsənov Nizami İslam oğlunun meyiti səhər saat 7 radələrində mühafizəçi işlədiyi metal qəbulu məntəqəsində aşkarlanıb. Mərhumun nədən öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.(lent.az)

  • Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib

    Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində seçilən həbs qətimkan tədbirindən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
    Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

    Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb