Month: October 2025

  • Metro ilə gedib-gələn tələbələrə ŞAD XƏBƏR

    Sosial şəbəkə hesablarında Bakı Metropolitenində ilk dəfə olaraq tələbə kartlar ilə təmənnasız ödəniş sistemi test rejimində istifdəyə verilməsi ilə bağlı xəbər paylaşılıb.

    Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Bakı Metropoliteninə sorğu ünvanlayıb.
    Bildirilib ki, Bakı metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını bank kartları ilə təmassız şəkildə ödəmək sistemi test rejimində istifadəyə verilib:
    “Hazırda layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir və ilkin mərhələdə sınaq prosesi “Kapital Bank”a məxsus tələbə kartları üzərindən aparılır.Yeni layihəni sınaqdan keçirmək imkanı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə verilərək aşağıdakılar nəzərə çatdırılıb:
    Pilot mərhələdə hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından (məsələn, BakıKart vasitəsilə) istifadə edin.Balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər, buna görə də yalnız balanslı kartlardan istifadə etməyiniz tövsiyə olunur.Keçid zamanı problem və ya sual yaranarsa, info@metro.gov.az ünvanına və ya Bakı Metropoliteninin rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz”,-deyə qeyd edilib.

  • Reuters: Cтоимость сахара обвалилась до многолетнего минимума

    Стоимость сахара обвалилась до многолетних минимумов – 14,47 цента за фунт (≈ 0,45 кг) на фоне стабильности производства и давления на цены из-за успеха препаратов для похудения.

    Об этом report сообщает со ссылкой на Reuters.
    Согласно информации, к снижению котировок подтолкнул в том числе прогноз авторитетной бразильской консалтинговой компании Datagro, которая на прошлой неделе оценила глобальный профицит сахара в 1,98 миллиона тонн в 2025/26 году, хотя ранее ожидала дефицита в пять миллионов тонн.

    К моменту выхода материала падение ускорилось до 14,43 цента за фунт, снижение составило 3,61 процента.

  • “Reuters”: Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib

    Şəkərin qiyməti son illərin minimum səviyyəsinə – bir funt (təxminən 0,45 kq) üçün 14,47 sentə enib. Bu, istehsalın sabitliyi və arıqlama preparatlarının uğuru səbəbindən qiymətlərə olan təzyiq fonunda baş verib.

    Bu barədə “Reuters” məlumat verir.

    Məlumata görə, qiymətlərin enməsinə səbəb olan amillərdən biri də nüfuzlu Braziliya konsaltinq şirkəti “Datagro”nun ötən həftə verdiyi proqnozdur. Şirkət 2025/26-cı illərdə qlobal şəkər profisitini 1,98 milyon ton səviyyəsində qiymətləndirib, halbuki daha əvvəl 5 milyon tonluq defisit gözlənilirdi.

    Material yayımlandığı anda qiymət enişi daha da sürətlənərək bir funt üçün 14,43 sentə düşüb, bu da 3,61 faiz azalma deməkdir.

  • Gəncədə tələbələr dəm qazından zəhərləndilər

    Gəncədə bədbəxt hadisə baş verib.

    Median.Az xəbər verir ki, 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

    Zəhərlənən şəxslərin tələbə olduqları bildirilir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir

    Evdə baş verən yanğınların ən böyük səbəblərindən biri, gecə yatmazdan əvvəl cərəyanda unudulan elektrik cihazlarıdır. 32 illik təcrübəyə malik yanğınsöndürən, xüsusilə mətbəxdə tez-tez istifadə olunan bəzi cihazların fərqinə varılmadan ciddi təhlükə yaratdığını bildirib.

    Median.Az xəbər verir ki, televizor, kompüter və ya telefon şarj cihazı adətən riskli cihazlar arasında ilk ağla gələnlərdir. Lakin mütəxəssislərə görə, əsil təhlükə mətbəxdəki cihazlardadır.

    Tost aparatları, çörək qızardıcılar və elektrikli (su) qızdırıcılar cərəyanda qaldıqları müddətcə elektrik cərəyanı almağa davam edir. Bu cihazların içərisində yığılan çörək qırıntıları istilik yayıcı hissələrin (rezistorların) təsiri ilə asanlıqla alovlana bilir.
    Bu səbəbdən, xüsusilə gecə saatlarında bu cihazların cərəyanda qalması yanğın riskini ciddi şəkildə artırır.
    Bu cihazlar sönülü vəziyyətdə olsalar belə, içərisindəki müqavimət hissələri uzun müddət isti qala bilir və ətrafdakı yanıcı maddələri alışdıra bilər. Kiçik görünən bu səhlənkarlıq bir neçə dəqiqə ərzində bütün mətbəxi alova bürüyə bilər.

    Uzun illərdir yanğınlarla mübarizə aparan təcrübəli yanğınsöndürənlər bildirir ki, bir çox ev yanğınının səbəbi “cərəyanda unudulan naqillər” olur.
    Yatmazdan əvvəl qısa bir yoxlama turu edib, bütün naqilləri və cihazları nəzarətdən keçirmək həm can, həm də mülk itkisini qabaqlaya bilər. 

    Mütəxəssislər həmçinin bildirir ki, mətbəxdə elektrik cihazlarının ətrafında yanıcı maddələr yığılmamalıdır.
    Cihazların təmiz saxlanması, kabellərin zədələnməməsi və köhnə uzun paylayıcıların istifadə edilməməsi xüsusi əhəmiyyət daşıyır. Bu cür sadə tədbirlər, xüsusilə gecə saatlarında baş verə biləcək yanğın riskini xeyli azaldır.
    Yanğınsöndürənlərə görə, gecə baş verən yanğınlar ən ölümcül olanlardandır. İnsanların yuxuda olması səbəbindən duman sürətlə yayılır və şüurun itirilməsinə gətirib çıxarır.

    Buna görə də axşam saatlarında:
    Bütün elektrik bağlantılarını çıxarmaq,
    Avtomatik sığorta sistemlərindən istifadə etmək,
    Mətbəxdə heç bir cihazı cərəyanda qoymamaq həyati əhəmiyyət daşıyır.

  • Пакьяо назначен вице-президентом Международной ассоциации бокса

    Бывший чемпион мира в шести весовых категориях филиппинец Мэнни Пакьяо стал вице-президентом Международной ассоциации бокса (IBA).

    Как передает Median.Az, об этом сообщила пресс-служба организации.
    Решение о назначении Пакьяо было утверждено на заседании совета директоров IBA сегодня, 27 октября, в Маниле (Филиппины).

    “Под вдохновляющим руководством президента Умара Кремлёва IBA вступила в Золотую эру – эпоху, когда каждый боксёр, вне зависимости от страны и уровня, может мечтать, бороться и побеждать на равных. Горжусь тем, что присоединяюсь к этой миссии – чтобы ни один молодой спортсмен не остался без поддержки, ни один чемпион не был забыт, и ни одна нация не чувствовала себя исключённой. В качестве вице-президента IBA я намерен строить мосты – между любителями и профессионалами, между Востоком и Западом, между поколениями и культурами. Я убеждён, что бокс способен объединять людей так, как не может никакая политика. Бокс меняет жизни, вдохновляет общества и приносит мир туда, где прежде было разделение”, – приводит слова Пакьяо Федерация бокса России.
    В активе 46-летнего Пакьяо 62 победы (39 нокаутом), 8 поражений и 3 ничьи. Он является единственным боксером в истории, становившимся чемпионом мира в восьми весовых категориях. Пакьяо долгое время на протяжении карьеры считался лучшим боксером вне зависимости от весовой категории, он входит в многочисленные рейтинги лучших боксеров в истории.

  • Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi

    Filippinli keçmiş dünya çempionu Menni Pakyao Beynəlxalq Boks Assosiasiyasının (IBA) vitse-prezidenti təyin edilib.

    Median.Az bildirir ki, bu barədə IBA-nın Mətbuat Xidməti məlumat yayıb.

    Pakyaonun təyinatı oktyabrın 27-də Filippinin Manila şəhərində keçirilən IBA Direktorlar Şurasının iclasında təsdiqlənib.

    Qeyd edək ki, 46 yaşlı Pakyaonun hesabında 62 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 3 heç-heçə var. O, tarixdə səkkiz çəki dərəcəsində dünya çempionu titulunu qazanan yeganə boksçudur.

  • Roma Papası Türkiyəyə səfər edəcək

    Dünya katoliklərinin mənəvi lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo 27-29 noyabr tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Bu səfər Papa XIV Leonun vəzifəyə gəldikdən sona ilk beynəlxalq səfəri olacaq.
     
    Median.Az “Anadolu”ya istinadən xəbər verir ki, səfər üç gün davam edəcək.
     
    Pontifik əvvəlcə 27 noyabrda Ankarada rəsmi görüşlər keçirəcək, daha sonra isə həmin günün axşamı İstanbula baş çəkəcək.
     
    Səfərinin ikinci günündə, 28 noyabrda Papa İstanbuldan Nikeya şəhərinə gedəcək və xristian tarixində mühüm bir dönüş nöqtəsi olan Birinci Nikeya Şurasının 1700 illiyini qeyd etmək üçün keçirilən mərasimlərdə iştirak edəcək.
     
    Papa XIV Leo 29 noyabrda Sultanəhməd məscidini ziyarət edəcək, sonra isə İstanbuldakı xristian icmaları ilə görüşəcək. Elə həmin gün Papanın “Volkswagen Arena”da ayin keçirməsi planlaşdırılır.

  • “Bəzi peşələr yoxa çıxacaq” – “ChatGPT”nin yaradıcısı

    “OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman süni intellektlə bağlı açıqlaması ilə sosial mediada böyük müzakirə yaradıb.

    Median.Az xəbər verir ki, “DevDay 2025” konfransında çıxış edən Altman bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacağını bildirib.

    Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək.

    Qeyd edək ki, S. Altmanın fikirləri sosial mediada tənqid və mübahisələrə səbəb olub.

    Xatırladaq ki, bundan öncə də amerikalı milyarder və iş adamı İlon Mask da yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacağını və insanların artıq işləməyə ehtiyac duymayacaqlarını söyləmişdi.

  • Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

    Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki fermadan edilmiş oğurluq faktı ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb.

    DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”un Qərb bürosuna bildirib ki, oğurluq əməlini törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

    Qeyd edək ki, Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.

    ***

    Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

    Belə ki, gecə saatlarında maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanları oğurlayaraq naməlum istiqamətə aparıblar. Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kameralarına düşüb. Məsələ ilə bağlı polisə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.