Month: October 2025

  • Rəşad Dağlı əməliyyat olundu

    Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. 

    Median.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib. 
    Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. 
    Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

    “Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.

  • Binadan yıxılıb ölən Kəmalənin – Fotosu

    Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.

    Median.Az xəbər verir ki, K. Əbilova Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

    O, Riyaziyyat fakültəsində təhsil alırdı.

  • Səxavət Məmmədov kimdir? – Ölümünü yuxusunda görən sənətkar

    Median.Az lent.az-a istinadən mərhum xanəndə

    Səxavət Məmmədov haqqında məlumatı təqdim edir.

    – Səxavət Məmmədov kimdir və nə ilə yadda qalıb?
    Qarabağın, Ağdamın yetişdirdiyi nadir səsli xanəndə olub. Qeyri-adi səsi, fərqli ifaları, uzunmüddətli fasiləsiz oxuma bacarığı, xeyirxahlığı və Qarabağ həqiqətlərinin təbliğinə verdiyi töhfələrlə yadda qalıb.

    – Səxavət Məmmədov nə vaxt və harada anadan olub?
    Səxavət Məmmədov 23 oktyabr 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. 

    – Səxavət Məmmədov musiqi təhsilini harada alıb və muğamı kimdən öyrənib?
    Səxavət Məmmədov Asəf Zeynallı adına musiqi texnikumunda oxuyub, muğamı Hacıbaba Hüseynovdan öyrənib.

    –  Hacıbaba Hüseynov onun istedadını necə qiymətləndirib?
    “Ən yaxşı tələbəm əsgərlikdədir” deyərək Səxavəti göstərib.

    – İfaçılığı hansı cəhətlərlə seçilirdi?
    Konsertləri həmişə dolu olurdu, 5-10 saat fasiləsiz oxuyurdu və bir muğamı hər dəfə tamam fərqli ifa edirdi.

    – Səxavət Məmmədov  ilk məşhurluğu necə əldə edib?
    Səxavət Məmmədov  radioda çıxış etdikdən bir gün sonra ölkədə hər kəs ondan danışmağa başlayıb.

    – Xarakteri necə idi?
    Çox xeyirxah, sadə, yardımsevər idi. Qazandıqlarını kasıblara paylayardı, hətta bir dəfə toy qazancını pəncərədən ehtiyaclılara səpələmişdi.

    – İctimai proseslərdə aktivliyi olubmu?
    Azadlıq meydanındakı hərəkatda iştirak edib, Qarabağ müharibəsi zamanı əsgərlərə yardım göstərib və “Qarabağ” ansamblı ilə həqiqətləri dünyaya çatdırıb.

    – Ermənilər onun sənətinə necə yanaşıb?
    Səxavət Məmmədovu sənətkar kimi sevirdilər. Dəfnində atəş açmamış, ziyarət üçün imkan vermişdilər.

    – Ailə həyatı barədə hansı faktlar bilinir?
    Səxavət Məmmədov iki dəfə ailə qurub, hər iki ailəsinin maddi qayğısını çəkib. Sonradan ikinci nikahdan olan Şəhriyar adlı oğlu ortaya çıxıb.

    – Xaricdə çıxışları necə qarşılanıb?
    Xaricdə ifaları heyrət doğururdu. Nikaraquada konsertdə əcnəbilər onun səsinin aparatdan yox, boğazından çıxmasına əmin olmaq üçün yaxından yoxlamışdılar.

    – Səxavət Məmmədov  necə və nə zaman vəfat edib?
    30 sentyabr 1991-ci ildə avtomobil qəzasında 37 yaşında dünyasını dəyişib.

    – Səxavət Məmmədovun ölümündə şübhəli məqamlar nələrdir?
    Maşındakı digər şəxslərin sonradan müəmmalı ölümü, qarşı tərəfin sürücüsünün həbsdə ölümü və digər detallara görə hadisə adi qəza təsiri bağışlamır.

    – Məzar daşı ilə bağlı nə baş verib?
    Başdaşı Bakıda sifariş edilsə də döyüşlərə görə kəndə çatdırılmayıb, kənd işğal olunduğundan daş Bakıda evdə qalıb.

    – Hansı ifaları ilə xüsusi yadda qalıb?
    “Bəxt üzüyü” filmindəki səsi və “Azad bir quşdum” mahnısının ifası xüsusilə yadda qalıb.

    – Taleyinə dair hansı qeyri-adi məqam danışılır?
    Ölümündən bir ay əvvəl yuxusunda çadır və qəbiristanlıq görüb “Mən öləcəm” deyib və doğrudan da bir ay sonra vəfat edib.

  • Qəzadan sonra dediklərinə görə üzr istədi

    Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən “Range Rover”in sahibi üzr istəyib.

    Median.Az xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq dediyi ifadələrin səhv anlaşıldığını bildirib:
    “Hamının başına gələ bilər. Burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Valideynlərindən üzr istəyirəm. Hər şey Allaha məxsusdur. O rəhmətlik bilsə belə hadisə olacaq, o da, mən də bu yola çıxmazdıq. Mən o səviyyənin yiyəsi deyiləm. Mən elə bilirəm ki, qardaşımın, bacımın balasıdır. Biz kimdənsə nə artığıq, nə də əskik”.
    Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra VAZ-21099-un sürücüsü Azər Abdullazadə həlak olub.
    Hadisədən sonra müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.//oxu az

  • Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia: “Qızı anasını öldürdüyünü etiraf edib”

    Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda sentyabrın 26-da yaşadığı altıncı mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir.
    Güllünün İstanbulda səhnə aldığı əyləncə məkanının sahibi Ferdi Aydın iki şahid ilə birlikdə Yalova Ədliyyəsinə gəlib və şokedici iddialar irəli sürüb.
    Bu barədə oxu.az DHA-ya istinadən xəbər verir.
    Ferdi Aydın verdiyi ifadədə Güllünü müğənninin qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia edib və dəlil kimi “WhatsApp” yazışmalarını səlahiyyətlilərə təqdim edib.
    Aydının sözlərinə görə, Tuğyan Ülkem Gülter ailə dostları Bircana göndərdiyi mesaj və videoda anasını öldürdüyünü etiraf edib.
    “Güllü bacının öldürüldüyünü düşünürük. Ailə dostu Bircan xanımın da etirafları var. Tuğyan Bircanın evinə girib, qadını qorxudub və telefonundakı bütün səs yazılarını zorla sildirib.
    Mesajların səs yazıları məndədir. İndi onları dosyeyə əlavə edəcəyik. Tuğyanın keçmiş sevgilisinin səs qeydləri var və orada qızın narkotikdən istifadə etdiyi, pis qadın olduğu bildirilir. Bircanın da videosu var. “Tuğyan ona etiraf edib ki, “Kaş anamı bu şəkildə öldürməsəydim. Sümükləri parçalandı, kədərləndim”. Mən Tuğyanın qatil olduğu qənaətindəyəm. Bütün bunları sübut kimi qeydə təqdim edəcəyəm”, – deyə iş adamı vurğulayıb.
    “İfadəmdə bildiklərimi danışdım. Şahidlər də ifadələrini verəcəklər. Bildiyimiz hər şeyi vəkillərin yanında danışacağıq”, – deyə o əlavə edib.
    Ferdi Aydın başqa gizli şahidlərin də olduğunu nəzərə çatdırıb.
    “Bundan sonrası artıq dövlətimizin əlindədir. Qeydlər ən yaxınların səs yazılarıdır. Bütün Çinarcık Tuğyanın qadağan olunmuş maddələrdən istifadə etdiyini və hər şeyə qadir olduğunu söyləyir”, – deyə o bildirib.
    Xatırladaq ki, Güllünün ölüm səbəbinə dair məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.

  • Aktrisa 100 yaşında vəfat etdi

    Amerikalı aktrisa Cune Lokhart 100 yaşında vəfat edib.

    Bu barədə New York Times nəşri aktrisanın nümayəndəsi Harlan Boll-a istinadən xəbər verib.
    Lokhart daha çox “Lassi” serialındakı Rüt Martin obrazı ilə tanınıb — o, fermer və cəsur kolli itinin sahibi olan Con Provostun qəhrəmanının övladlığa götürən anası rolunu ifa edib. Aktrisa bu rolu 1958-ci ildə serialın beşinci mövsümünün əvvəlində alıb və altı il ərzində canlandırıb.
    Cune Lokhart kinoda ilk dəfə 13 yaşında çəkilib — 1938-ci ildə “Milad mahnısı” (“A Christmas Carol”) filmində rol alıb, sonradan Qeri Kuper, Bett Devis və Cudi Qarland kimi ulduzlarla birgə filmlərdə oynayıb.
    Aktrisa həmçinin teatr səhnəsində də tanınıb və 22 yaşında “Sevgi və ya pul xatirinə” (“For Love or Money”) adlı müzikldə debüt ifasına görə “Toni” mükafatını qazanıb.
    Cune Lokhart sonuncu dəfə 2018-ci ildə “Remake” adlı romantik komediyada ekranlarda görünmüşdü.
    Bundan bir gün əvvəl isə məşhur isveçli aktyor və musiqiçi Björn Andersen 70 yaşında vəfat edib. O, dünya şöhrətini italyan filmi “Venesiyada ölüm”dəki rolu ilə qazanmışdı.
     
    ///OLAY

  • Mirzoyan: “İrəvan və Bakı “3+3″ formatında görüşün məkanını müzakirə edirlər”

    “Ermənistan “3+3″ regional platformasına (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) böyük əhəmiyyət verir və bu formatda növbəti görüşün harada keçiriləcəyini müəyyən etmək məqsədilə Azərbaycanla dialoq aparır”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində bildirib.

    “3+3” formatına gəldikdə, artıq bu formata əhəmiyyət verdiyimizi deməyə əsasımız var. Ümumilikdə, biz Avropaya inteqrasiyadan danışırıq, eyni zamanda Avrasiya İqtisadi Birliyinin bir hissəsiyik. Qonşularımızla münasibətlər bizim üçün heç də az əhəmiyyət kəsb etmir. Əlbəttə ki, “3+3″ formatı bu baxımdan bizim üçün vacib olaraq qalır”, – deyə nazir qeyd edib.

    Bu formatda növbəti görüşə gəldikdə isə o, məsələnin texniki xarakter daşıdığını bildirib. Mirzoyan xatırladıb ki, bu regional platformanın digər üzv ölkələrinin paytaxtlarında görüşlər keçirildikdən sonra tədbirin Ermənistanda, yoxsa Azərbaycanda keçirilməsi məsələsi ortaya çıxıb.

    “Hazırda Azərbaycanla bu görüşlərin ardıcıllıq qaydasını müzakirə edirik. Təbii ki, bizi və Azərbaycanı narahat edən bir məsələ yaranan kimi hər şey mikroskop altında araşdırılır və istəsək də, istəməsək də, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqələndirilir. Ümid edirəm ki, yaxın gələcəkdə həll yolu tapılacaq”, – deyə Ermənistan xarici işlər naziri vurğulayıb.

  • Обвиненного во взятке бизнесмена Юсифа Халилова освободили из СИЗО в Воронеже

    В Воронеже освободили из-под стражи предпринимателя Юсифа Халилова, уроженца Азербайджана, задержанного в сентябре по обвинению в даче взятки.

    Собеседники “Коммерсанта” в его окружении рассказали, что бизнесмен находится сейчас в Азербайджане и через некоторое время может вернуться в Воронеж.

    Халилову, владеющему рестораном “Ярды Superbar”, кафе “Форт” и крупным продуктовым Алексеевским рынком в Воронеже, было предъявлено обвинение в даче взятки (п. “б” ч. 4 ст. 291 УК РФ; до 12 лет лишения свободы). По версии следствия, в начале этого года бизнесмен через посредника дал взятку 330 000 руб. врачу-дерматовенерологу, члену призывной комиссии, за признание его сына непригодным к службе в армии.

    Адвокат Юсифа Халилова Даниил Дробышев не стал комментировать уголовное дело своего доверителя.

  • Rüşvətxorluqda ittiham olunan azərbaycanəsilli iş adamı Yusif Xəlilov həbsdən azad edilib

    Sentyabr ayında rüşvət ittihamı ilə saxlanılan azərbaycanəsilli iş adamı Yusif Xəlilov Rusiyanın Voronej şəhərində həbsdən azad edilib.

    Bu barədə “Kommersant” nəşri ona yaxın mənbələrə istinadən məlumat verib.

    Məlumata görə, iş adamı hazırda Azərbaycandadır və müəyyən müddətdən sonra Voronejə qayıda bilər.

    Qeyd edək ki, Voronejdə “Yardi Superbar” restoranı, “Fort” kafesi və şəhərdə böyük “Alekseyevski” ərzaq bazarının sahibi olan Xəlilova qarşı rüşvət vermək (Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi – 12 ilə qədər həbs ilə cəzalandırılır) maddəsi üzrə ittiham olunub. İstintaqın versiyasına görə, bu ilin əvvəlində iş adamı çağırış komissiyasının üzvü olan dermatoveneroloqa vasitəçi üzərindən 330 000 rubl (7 000 manatdan çox) rüşvət verib ki, oğlunu hərbi xidmətə yararsız elan etsin.

    Yusif Xəlilovun vəkili Daniil Drobışev müvəkkilinin cinayət işi ilə bağlı şərh verməkdən imtina edib.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    6. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    7. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    10. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    11. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    16. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    18. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    19. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    21. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    22. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    23. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində sıxlıq müşahidə olunur.