Month: October 2025

  • Paşinyan: “Parlament seçkisi bir əsas suala cavab verəcək: Ermənistan xalqı sülhə sadiqliyini təsdiqləyəcəkmi?”

    Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ili sülh üçün kritik il adlandırıb.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, o, bu barədə 2026-cı il dövlət büdcəsi layihəsi ilə bağlı parlament dinləmələrində bildirib.

    “İyun ayında keçiriləcək parlament seçkisi bir əsas suala cavab verəcək: Ermənistan xalqı sülhə sadiqliyini təsdiqləyəcəkmi? Əks halda, ölkə münaqişəyə və forpost məntiqinə sürüklənmək riski ilə üzləşəcək”, – deyə Paşinyan qeyd edib.

    Onun sözlərinə görə, sülhə doğru kursun təsdiqlənməsi həmçinin müstəqilliyin, suverenliyin və dövlətçiliyin yeni səviyyəsini ifadə edəcək.

  • В Баку выявлены нарушения в поминальном доме “Мадина”

    В ходе проверки, проведенной в принадлежащем Руфату Бахшалиеву поминальном доме “Мадина” на улице А.Мамедалиева в Сабунчинском районе Баку, были выявлены нарушения требований технических нормативных правовых актов, санитарных норм и правил.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Было отмечено, что поминальный дом функционировал без регистрации продовольственной безопасности, в производственной зоне не была установлена система вентиляции, часть столов на кухне не была изготовлена из легко моющихся материалов, полки в холодильнике подверглись коррозии, персонал не прошел первичный и периодический медосмотр и не был привлечен к гигиеническому обучению, не проводились соответствующие работы по очистке и были выявлены другие нарушения.

    Также был обнаружен сыр неизвестного происхождения. Образцы указанного продукта были взяты для лабораторных исследований.

    В связи с фактом, деятельность поминального дома и оказание услуг приостановлены до устранения нарушений, в отношении руководства составлен административный протокол.

  • Sabunçu rayonunda “Mədinə” mərasim evində nöqsanlar aşkarlanıb

    Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində Rüfət İlqar oğlu Baxşəliyevə məxsus “Mədinə” mərasim evində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asan yuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərin korroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

    Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendir məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

  • ГУГДП обращается к пешеходам: безопасность превыше всего

    Главное управление Государственной дорожной полиции Азербайджана (ГУГДП) выступило с важным обращением к пешеходам на фоне последних статистических данных по дорожно-транспортным происшествиям.

    В официальном заявлении ГУГДП отмечается положительная динамика в сфере дорожной безопасности.

    “Хотя количество ДТП с участием пешеходов снизилось по сравнению с аналогичным периодом прошлого года, всегда важно принимать профилактические меры в этой сфере.

    В связи с этим с 27 октября по 3 ноября в нашей стране будет проведена неделя безопасности дорожного движения для пешеходов под девизом “Пешеходы, будьте внимательны!”

    В рамках мероприятия планируются не только контроль и профилактика нарушений правил дорожного движения пешеходами, но и активное просвещение населения, а также усиление информационно-пропагандистской работы.

    ГУГДП вновь обращается к пешеходам с просьбой соблюдать осторожность на дорогах и призывает общественные учреждения, особенно СМИ, внести свой вклад в проведение мероприятия”, – говорится в нем.

  • Bakıda avtomobil yoluna qaçan piyadaların vurulma GÖRÜNTÜLƏRİ – Video

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.

    Bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək ölkəmizdə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

    Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır”.

  • Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onun tanışı Təranə Bağırova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən tələb edib.

    Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

    İttihama görə, təqsirləndirilən şəxslər Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevi Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəkləri vədi ilə aldadaraq 51 min manat pulunu ələ keçiriblər.

    Məlumata görə, Təranə Bağırova daha əvvəl də başqa dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Eks-müavin Vəfa Allahverdiyeva isə hazırda həbsdə deyil – istintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ведется подготовка к военному параду в Баку по случаю Дня Победы – Видео

    Согласно соответствующему поручению Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева, 8 ноября в Баку состоится военный парад по случаю пятой годовщины Дня Победы.

    По данным Министерства обороны, в связи с подготовкой к параду проводятся учения с участием подразделений Вооруженных сил, в том числе азербайджанской армии.

    В социальных сетях появились кадры, на которых запечатлена подготовка к военному параду.
    //oxu.az

  • Bakıda keçiriləcək hərbi parada hazırlıqdan GÖRÜNTÜLƏR – Video

    Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, parada hazırlıqla bağlı Silahlı Qüvvələrin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

    Artıq sosial şəbəkələrdə hərbi parada hazırlığı əks etdirən görüntülər də yayılıb. Kadrlarda qırıcılarımızın təlim keçirdiyi nümayiş olunur.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • Громкое преступление в Азербайджане: 30 членов ОПГ под следствием из-за 90 млн манатов

    Разоблачена организованная группировка, которая легализовывала деньги, полученные преступным путем, и присваивала налог на добавленную стоимость.

    Об этом сообщили в Генеральной прокуратуре Азербайджана.

    Они обманным путём зарегистрировали как минимум 777 юридических лиц и не менее 103 физических лиц, осуществляли крупные финансовые операции, создавая видимость предпринимательской деятельности, легализовывая незаконные доходы через фиктивные компании, подделывали статистические показатели, что в совокупности причинило ущерб экономике страны на сумму более 81.5 млн манатов.

    Установлены подозрения в том, что полученные денежные средства легализовывались путём конверсии, перевода и проведения финансовых операций с целью скрыть их истинный источник и владельцев, а также в мошенническом присвоении более 8 млн манатов налога на добавленную стоимость, принадлежащего государственному бюджету.

    В отношении 30 человек возбуждены уголовные дела по статьям 178.4 (мошенничество, совершенное в особо крупном размере), 193.3.1 (лжепредпринимательство с причинением особо крупного ущерба), 193-1.3.1, 193-1.3.2 (легализация имущества, добытого преступным путем, совершенная организованной группой в значительном размере). В отношении 10 из них решением суда избрана мера пресечения в виде ареста, остальные объявлены в розыск.

    В настоящее время предварительное следствие продолжается.

    Гражданам еще раз рекомендуется не участвовать в подобной незаконной деятельности, не соглашаться на учреждение на их имя юридических или физических лиц, выдачу доверенностей в обмен на какие-либо материальные предложения или обещания.

    Не следует забывать, что налоговые обязательства, долги и юридическая ответственность по деятельности компаний или индивидуальных предпринимателей, зарегистрированных на их имя, останутся именно на них.

    В результате допущения таких случаев возможно ограничение выезда граждан из страны, привлечение к налоговой и судебной ответственности, а также признание в качестве участника или обвиняемого в уголовных делах.

    Каждого гражданина просят не предоставлять свои личные данные, мобильные номера ASAN imza и печати другим лицам и сообщать в правоохранительные органы при обнаружении подозрительных случаев в этой сфере.

  • Azərbaycanda 90 milyon manatlıq CİNAYƏT – Mütəşəkkil dəstənin 30 üzvü ƏLƏ KEÇDİ

    Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.

    Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində “vəzifə bölgüsü” aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81.5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.

    Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

    Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.

    Hazırda ibtidai istintaq davam etdirilir.

    Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur.

    Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin, borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı unudulmamalıdır.

    Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür.

    Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, “ASAN imza” mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.