Month: October 2025

  • Dövlət komitəsinin sektor müdiri vəfat etdi

    Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri vəfat edib.

    Bu barədə dövlət komitəsinin sosial hesabında məlumat yayıb.

    Qeyd olunub ki, komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri 1981-ci il təvəllüdlü Sevinc Salahova bu gecə dünyasını dəyişib.

    Onun ölüm səbəbi məlum deyil.

  • “8000 миль не нужны”: США ответили на испытания российских ракет “Буревестник”

    Россия знает, что США отправили “прямо к берегам” РФ ядерную подлодку. Так президент Штатов Дональд Трамп прокомментировал испытание ВС РФ ракеты “Буревестник”.

    Как передает Median.Az со ссылкой на YouTube-канал Белого дома, об этом заявил Трамп в беседе с репортерами.

    “Они знают, что у нас есть ядерная подводная лодка – лучшая в мире – прямо у их берегов. Так что, в общем-то, нам не нужно лететь на 8 000 миль”, – подчеркнул он.

    1 августа Трамп сообщил, что отдал приказ передислоцировать две атомные подлодки в “соответствующие районы” в ответ на, как он выразился, провокационные высказывания зампредседателя СБ России Дмитрия Медведева на ядерную тематику.

    Американский президент также заявил, что Медведеву нужно следить за своими словами. По мнению Трампа, российский политик “все еще считает себя президентом” России.

    В своих постах Медведев писал, что президент США играет с РФ в “игру ультиматумов” и ему необходимо понять, что российская сторона не является Израилем или Ираном. Кроме того, каждый новый ультиматум воспринимается Москвой в качестве угрозы и “шага к войне” с Соединенными Штатами. Зампред Совбеза РФ также призывал американского лидера не идти по пути бывшего президента США Джо Байдена.

  • Tramp Rusiyanın “Burevestnik” raketlərinin sınaqlarına münasibət bildirib

    Rusiya bilir ki, ABŞ düz onun sahillərinə atom sualtı qayığı göndərib. ABŞ Prezidenti Donald Tramp Rusiya Silahlı Qüvvələrinin “Burevestnik” (fırtınaquşu) raketinin sınaqdan keçirilməsinə bu şəkildə münasibət bildirib.

    Median.Az Ağ Evin “YouTube” kanalına istinadla xəbər verir ki, bunu Tramp jurnalistlərlə söhbətində bəyan edib.

    “Onlar bilirlər ki, bizdə dünyanın ən yaxşı atom sualtı qayığı var və bu atom qayığı birbaşa onların sahilləri yaxınlığındadır. Odur ki, bizim 8 min mil uçmağımıza heç ehtiyac yoxdur”, – deyə o vurğulayıb.

    Tramp avqustun 1-də bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə mövzusunda təxribatçı bəyanatlarına cavab olaraq iki atom sualtı qayığını müvafiq rayonlara yönləndirmək əmri verib. ABŞ Prezidenti, həmçinin diqqətə çatdırıb ki, Medvedev sözlərinə diqqət etsə, daha yaxşı olar. Belə ki, bu rusiyalı siyasətçi hələ də özünü Rusiyanın prezidenti hesab edir.

    Xatırladaq ki, Medvedev öz postlarında qeyd edib ki, ABŞ prezidenti Rusiya ilə “ultimatum oyunu” oynayır, amma o anlamalıdır ki, Rusiya tərəfi nə İsraildir, nə də İran. Üstəlik, hər bir yeni ultimatum Moskva tərəfindən təhdid və Birləşmiş Ştatlarla “müharibəyə doğru addım” kimi qəbul edilir. O, Trampa məsləhət görüb ki, ABŞ-nin sabiq prezidenti Co Baydenin yerişini yeriməsin.

  • Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək

    Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.

    Bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

    Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır:

    “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik.

    Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.

    Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti də Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirakdan imtina edib.

  • MTV ilə bağlı cərimə protokolu yazıldı – Bu verilişə görə

    Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.

    Bu barədə Şura məlumat yayıb.
    Belə ki, sözügedən kanalın efirində oktyabrın 22-si saat 20:31-21:24 arası yayımlanan “Toya gəlmişik” proqramının yayımı zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.3-cü maddəsinin tələbi pozulub.
    Həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilən qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib.
    Məlumatda həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilib və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib: “Həmin haldan bir neçə gün sonra “MTV” kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə oktyabrın 24-də “MTV” kanalının aid olduğu “MUZ TV Azərbaycan” MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib. Pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib”.

  • Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.

    Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

  • Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində vətəndaşların barmağında üzüyün sıxışması barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

    Həkim briqadasının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində üzüklərin müvafiq qaydada çıxarılması təmin edilib.

  • XƏBƏRDARLIQ – Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!

    Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

    Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Baku.ws-in sorğusuna cavab olaraq deyib.

    O, bildirib ki, sözügedən hal “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tənzimlənir.

    Qurum sözçüsünün sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

    Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

    Fariz Hüseynli deyir ki, hazırda Bakı şəhərində tarixi abidə statusuna malik belə yaşayış binalarının sayı 500-ə yaxındır.

    “Ölkə ərazisində dövlət qeydiyyatına alınan bütün daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı ictimaiyyət üçün açıqdır. Qeyd olunan link vasitəsilə həmin siyahı ilə tanış olmaq olar”.

  • Bakıda unudulan abidələr “yenidən kəşf olunur” – Siyahı 24 ildən sonra yenilənir

    “Bu il ərzində Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş edilib, 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. Eləcə də, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib”.

    Bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Baku.ws-in sorğusuna cavab olaraq məlumat verib.

    Onun sözlərinə görə, son 2 ildə Ekspert Şurasında 400 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb.

    Bildirilib ki, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmayan, lakin tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlərin abidə qismində dövlət qeydiyyatına alınması üçün qurum tərəfindən monitorinq aparılır. Eyni zamanda vətəndaşlar da sözügedən məsələ ilə bağlı müraciət edə bilərlər.

    Dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynli deyir ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən nümunələrin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb:

    “Sözügedən siyahının yenilənməsi üçün Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır. Daha sonra qanunvericiliyə uyğun olaraq, Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə AMEA-nın müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür”.

  • Qızılın qiyməti enib, gümüş bahalaşıb

    Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 42,4 dollar azalaraq 4 095,4 dollara düşüb.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, gümüşün qiyməti isə 0,3 dollar artaraq bir unsiyası 48,29 dollardan ticarət olunub.

    Xatırladaq ki, 2025-ci ildə qızıl 50 faizdən çox bahalaşaraq 11 Sentyabr, 2008 maliyyə böhranı və pandemiya dövrlərini belə geridə qoymuşdu.