Month: October 2025

  • Səngəçalda dağda köməksiz qalan şəxs xilas edilib – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü Ələkbərov Musa Çingiz oğlunun hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxdığı və geriyə qayıda bilməməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə dədbirləri sayəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsin xilas edilib.

  • “Instagram”da yenilik – artıq videolara…

    “Instagram” istifadəçiləri artıq izlədikləri reels videolarına yenidən baxa biləcəklər.

    Azxeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Instagram CEO-su Adam Mosseri Threads platformasında yayımlayıb.

    Mosseri paylaşdığı videoda qeyd edib ki, izləmə tarixçəsinə baxmaq üçün istifadəçilər profil ayarlarına daxil olub “Your activity” (Fəaliyyətin) bölməsindəki “Watch History” (İzləmə tarixi) hissəsini seçə biləcəklər. Burada izlənilən bütün Reels videolarının siyahısı yer alacaq.

  • Sumqayıtda qadın keçmiş ərini döydürüb? – İDDİA ( VİDEO)

    Sumqayıt şəhərində yaşayan 42 yaşlı Anatoli Serebyakov keçmiş həyat yoldaşı Aytən Mehbalıyeva tərəfindən həm maddi, həm də fiziki zorakılığa məruz qaldığını iddia edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Serebyakovun sözlərinə görə, evli olduqları zaman Aytən Mehbalıyeva gizli şəkildə əmlak və vəsaitləri öz qardaşının adına keçirib.

    Boşanma ərizəsi təqdim olunduqdan sonra Serebyakov bildirib ki, Aytən Mehbalıyeva və üç nəfər birlikdə onun yaşadığı evə gələrək ona fiziki zorakılıq tətbiq edib.

    Keçmiş həyat yoldaşı Aytən Mehbalıyeva isə bütün iddiaları rədd edib və döyülmə barədə deyilənlərin əsassız olduğunu bildirib.

    Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılıb və toplanmış materiallar məhkəməyə göndərilib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Ramazan ayı bu tarixdə başlayacaq

    2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq.

    Müqəddəs ayın fevralın 19-na təsadüf edəcəyi gözlənilir. Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir.

    Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək.

    Xatırladaq ki, bu il Ramazan ayı martın 1-də başlayıb.

  • Qəbələdə ağır qəza: 74 yaşlı qadın öldü

    Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün saat 10 radələrində qeydə alınıb.

    İlham Balakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
    //oxu.az

  • Bağça müəllimlərinin işə qəbul üzrə keçid balı AÇIQLANDI – FOTO

    Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib.

    Bu barədə Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.

  • В Индонезии произошло сильное землетрясение

    Рано утром в понедельник в индонезийской провинции Восточная Нуса-Тенгара произошло землетрясение магнитудой 6.3. Цунами не ожидается.

    Как передает Median.Az со ссылкой на “Синьхуа”, об этом сообщило Агентство метеорологии, климатологии и геофизики (BMKG) страны.

    Землетрясение произошло в 00:04 по местному времени. Эпицентр подземных толчков находился в 82 км к северо-западу от Северного Центрального Тимора. Гипоцентр залегал на глубине 75 км, сообщается на сайте BMKG.

    Координаты эпицентра были зафиксированы на отметке 9.06 градуса южной широты и 123.97 градуса восточной долготы.

    “Подземные толчки ощутимы, но не вызвали паники. Пока сообщений об ущербе или жертвах не поступало. Мы продолжаем отслеживать потенциальные риски”, – сказал Гаспер Лоса Маниса, глава отдела по чрезвычайным ситуациям Агентства по борьбе со стихийными бедствиями провинции Восточная Нуса-Тенгара.

  • İndoneziyada zəlzələ baş verib

    İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində 6.3 maqnitudalı zəlzələ baş verib.

    Median.Az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin (BMKG) rəsmi məlumat verilib.

    Qeyd olunur ki, sunami təhlükəsi gözlənilmir.

    Yeraltı təkanların episentri Şimali Mərkəzi Timordan 82 km şimal-qərbdə yerləşib.

  • Şirvanda qadın qadının pulunu oğurladı, saxlanıldı

    Şirvan şəhərində oğurluq hadisəsi baş verib.

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini olan bir qadının içərisində 5 250 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən G.Əkbərova saxlanılıb.

    Faktla bağlı cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
    //oxu.az

  • Пашинян: Выборы дадут ответ на вопрос – подтвердит ли народ Армении приверженность миру

    Премьер Армении Никол Пашинян назвал 2026 год “критическим” для мира.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом он заявил на парламентских слушаниях по проекту бюджета на 2026 год.

    “В июне пройдут парламентские выборы, которые дадут ответ на один ключевой вопрос – подтвердит ли народ Армении приверженность миру. В противном случае страна рискует скатиться к конфликту и логике форпоста”, – отметил Пашинян.