Month: October 2025

  • Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

    Gümrü meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb.

    Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə onun vəkilləri məlumat veriblər.

    Onlar bildiriblər ki, ittiham Qukasyanın sentyabrın 16-da və 23-də Antikorrupsiya Məhkəməsinin həyətində səsləndirdiyi bəyanatlarla bağlıdır. Onun Ermənistanın başqa dövlətlərlə ittifaq yaratmasının mümkünlüyü haqqında sözləri istintaq tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq “ölkənin suverenliyindən imtinaya açıq çağırışlar” kimi dəyərləndirilib.

    Vəkillərin fikrincə, ittiham məsələyə siyasi rəng verməyə çalışır.

    Onların bəyanatında deyilir:

    “Özündə zorakılıq əlamətləri daşımayan və şəxsi fikir formasında səsləndirilən bəyanatlar beynəlxalq normalara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsiplərinə müvafiq olaraq cinayət kimi qiymətləndirilə bilməz”.

    Xatırladaq ki, oktyabrın 20-də güc strukturları Gümrü meriyasında axtarışlar keçiriblər. Daha sonra məlum olub ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Əməliyyat zamanı merin tərəfdarları binanı əhatəyə alıblar. Hadisə yerinə polis, o cümlədən onun “qırmızı beretlər” deyilən xüsusi bölməsinin qüvvələri cəlb olunub.

    Oktyabrın 21-də məhkəmə onu iki ay müddətinə həbs edib.

  • Пашинян: Ведётся довольно интенсивная работа по реализации проекта “Путь Трампа”

    В настоящее время с США ведётся довольно интенсивная работа по реализации проекта “Путь Трампа” (TRIPP, Зангезурский коридор – ред.).

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом премьер-министр Армении Никол Пашинян заявил сегодня, 27 октября, в ходе обсуждения в национальном собрании проекта государственного бюджета РА на 2026 год.

    “Конечно, проект новый для нас и региона, в нём много нюансов, и я уверен, что мы обсудим эти вопросы как можно скорее, найдём решения и реализуем эту программу”, – сказал он.

    Пашинян привел несколько выдержек из программы отметив:

    “В третьей статье, которую мы цитируем, в частности, говорится: “Мы подтвердили важность открытия сообщения между двумя странами, а именно Арменией и Азербайджаном, для внутренних двусторонних и межгосударственных перевозок на основе суверенитета, территориальной целостности и юрисдикции государств в целях содействия миру, стабильности и процветанию в регионе и его окрестностях. Эти усилия будут включать беспрепятственное сообщение между основной частью Азербайджанской Республики и Нахчыванской Автономной Республикой через территорию Республики Армения, что обеспечит взаимную выгоду для РА в плане международных и внутренних сообщений”.

    И в четвертом пункте говорится: “Республика Армения будет сотрудничать с Соединенными Штатами Америки и взаимно согласованными третьими сторонами для определения рамок реализации коммуникационной программы TRIPP “Путь Трампа ради международного мира и процветания” на территории РА. Мы подтверждаем нашу решимость добросовестно принять все меры для скорейшего достижения этой цели”.

  • Paşinyan: “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün kifayət qədər intensiv işlər görülür”

    “Hazırda ABŞ ilə “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün kifayət qədər intensiv işlər görülür”.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Milli Assambleyada ölkənin 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

    “Əlbəttə ki, layihə bizim və region üçün yenidir, bir çox nüansları ehtiva edir və əminəm ki, biz bu məsələləri ən qısa müddətdə müzakirə edəcəyik, həll yolları tapacağıq və bu proqramı reallaşdıracağıq”, – deyə Paşinyan qeyd edib.

  • Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

  • Kəlbəcərdə ağackəsmə ilə bağlı araşdırma aparılır

    Kəlbəcər rayonunun Mozqaraçanlı kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb.

    DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

  • Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib – CNN

    Ukrayna və Rusiya arasındakı döyüşün xarakteri təkcə silahların sayı ilə deyil, həm də tərəflərin texniki yeniliklər və ümumiyyətlə improvizasiya sahəsindəki rəqabəti ilə müəyyən edilir. Bunun bariz təzahürü rusların reaktiv mühərrikli idarə olunan hava bombalarından (KAB) istifadə etməsi olub.

    Bu barədə CNN yazıb.

    Nəşr yazır ki, improvizasiya və innovasiya həm quruda, həm dənizdə, həm də havada bir-birini üstələməyə çalışan Rusiya və Ukrayna hərbçiləri üçün şüarlara çevrilib. Hər iki ölkə süni intellekt, robototexnika və pilotsuz sistemlərdən sürətlə istifadə edir.

    Məqalənin müəllifləri vurğulayırlar ki, bu müharibədəki bütün innovasiyalar yüksək texnologiyalı deyil. Əksinə, çox vaxt əhəmiyyətli təsir göstərə bilən sadə, hətta ibtidai texniki həllər olur. Nümunə olaraq, CNN Ukraynadan 2000 km məsafədə yerləşən Rusiyanın Dzerjinsk şəhərində partlayıcı maddə zavoduna edilən zərbəni göstərir. Bunu həyata keçirmək üçün ukraynalılar pilotsuz avtomatik rejimdə uçuş üçün yenidən qurulmuş və çox sadə bir bomba ilə təchiz edilmiş yüngül mühərrikli təyyarədən istifadə ediblər.

    Və bu, təcrid olunmuş bir epizod deyil. Bu, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin 14-cü alayının daxilində ayrıca bir bölmə tərəfindən sistematik şəkildə istifadə edilən bir taktikadır.

    Adaptasiyanın başqa bir nümunəsi: ukraynalılar düşmən dronlarını ələ keçirmək üçün pulemyotlu yüngül mühərrikli təyyarələrdən istifadə etməyə başlayıblar. Prinsip II Dünya müharibəsində döyüşçülərin istifadə etdiyi prinsiplə eynidir. İndi ruslar ukraynalıların bu təcrübəsini mənimsəməyə çalışırlar.

    Daha yüksək texnologiyalı uyğunlaşmalara gəldikdə, CNN buraya reaktiv mühərrikli yeni Rusiya KAB-larını da daxil edir. GUR rəisinin müavini Vadim Skibitskinin sözlərinə görə, bu cür bombaların döyüş radiusu təxminən 200 kilometrdir. Və bu, artıq tanış olan mühərriksiz, yalnız qanadlı sürüşmə bombalarına əlavə olaraq – onlar təxminən 80 kilometr uçur və Ukrayna Silahlı Qüvvələri üçün ən böyük problemlərdən birinə çevrilib.

    Ukrayna tərəfindən ən məşhur yüksək texnologiyalı yenilik dənizdəki vəziyyəti kökündən dəyişdirən və rus işğalçıları üçün problemə çevrilən dəniz dronları olub.

    Nəşrin müəllifləri qeyd edirlər ki, hər iki tərəf silah istehsalını genişləndirməyə çalışır, lakin əksər hallarda istehsal xətlərinin yerləşdirilməsi illərlə ölçüldüyündən, sürətli improvizasiya döyüş meydanında mühüm rol oynayır.
    //qaynar.az

  • ЕС снизит зависимость от Китая в поставках редкоземельных металлов

    Европейский союз разрабатывает стратегию по снижению зависимости от китайского критически важного сырья.

    Об этом на конференции в Берлине заявила глава Еврокомиссии Урсула фон дер Ляйен.

    По ее словам, в краткосрочной перспективе ЕС сосредоточится на поиске решений в отношении китайских партнеров, но при этом активизирует усилия по координации действий с другими странами, чтобы обеспечить доступ к альтернативным источникам минералов.

    “Цель – обеспечить доступ к альтернативным источникам критически важного сырья в краткосрочной, среднесрочной и долгосрочной перспективе для нашей европейской промышленности. Мы ускорим работу над партнерством в сфере критически важного сырья с такими странами, как Украина и Австралия, Канада, Казахстан, Узбекистан, Чили и Гренландия”, – сказала фон дер Ляйен.

    Глава ЕК подчеркнула, что эти минералы являются ключевыми для таких отраслей промышленности ЕС, как автомобильная, оборонная, “зеленые” технологии и цифровая.

    “Если учесть, что более 90 % потребляемых нами редкоземельных магнитов приходится на импорт из Китая, вы увидите, какие риски существуют для Европы и ее самых стратегических промышленных секторов”, – добавила она.

  • Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq

    Avropa İttifaqı (Aİ) Çinin vacib xammalından asılılığını azaltmaq üçün strategiya hazırlayır.

    Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Berlində keçirilən konfransda açıqlayıb.

    O bildirib ki, qısa müddətdə Aİ Çin tərəfdaşları üçün həll yolları tapmağa diqqət yetirəcək, eyni zamanda, alternativ mineral mənbələrinə çıxışı təmin etmək üçün digər ölkələrlə əlaqələndirmə səylərini gücləndirəcək.

    “Məqsəd Avropa sənayemiz üçün qısa, orta və uzunmüddətli perspektivdə alternativ vacib xammal mənbələrinə çıxışı təmin etməkdir. Ukrayna, Avstraliya, Kanada, Qazaxıstan, Özbəkistan, Çili kimi ölkələrlə vacib xammal tərəfdaşlığı üzrə işimizi sürətləndirəcəyik”, – Lyayen bildirib.

    AK rəhbəri vurğulayıb ki, bu minerallar avtomobil, müdafiə, yaşıl texnologiya və rəqəmsal sənayelər üçün əsasdır.

    “İstehlak etdiyimiz nadir torpaq maqnitlərinin 90 %-dən çoxunun Çindən gəldiyini nəzərə alsaq, Avropa və onun ən strateji sənaye sektorları üçün riskləri görə bilərsiniz”, – deyə o əlavə edib.

  • “Zirə”dən qələbə, “Araz Naxçıvan” – “Sabah” matçında isə heç-heçə

    Misli Premyer Liqasında 9-cu tur davam edir.

    2-ci oyun gününə 2 matç keçirilib.

    İlk oyunda “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib və son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.

    Digər oyunda “Zirə” evdə “Sumqayıt”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. 

    25 oktyabr (şənbə)

    18:30. “Zirə” – “Sumqayıt” – 1:0 

    Qol: Brahim Konate, 39

    Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

    VAR: Fərid Hacıyev

    AVAR: Namiq Hüseynov

    Zirə İdman Kompleksinin stadionu

    16:00. “Araz-Naxçıvan” – “Sabah” – 2:2

    Qol: Stiv Solvet, 54 (0:1), İssuf Paro, 58 (1:1), Coy Lens Mikels, 73-pen. (1:2), Ba-Muaka Simakala, 90+9 (2:2)

    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov

    VAR: Rəvan Həmzəzadə

    AVAR: Cəmil Quliyev

    “Bank Respublika Arena”

    26 oktyabr (bazar) 

    16:00. “Qəbələ” – “Neftçi”

    18:30. “Qarabağ” – “Şamaxı”

    24 oktyabr (cümə)

    “Kəpəz” – “İmişli” – 0:3

    “Karvan-Yevlax” – “Turan Tovuz” – 1:2 

  • Sumqayıtda mənzildə meyit tapıldı

    Sumqayıt sakininin meyiti yaşadığı mənzildə aşkarlanıb.

    Median.Az APA-ya istinadla xəbər verir, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib.

    Məlumata görə, 1963-cü il təvəllüdlü Hüseynov Rövşən İsrafil oğlunun meyiti ölümündən 5 gün sonra – bu gün hamam otağında aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.