Month: October 2025

  • Qriqori Leps xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

    Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konsertdən sonra xəstəxanaya yerləşdirilib.

    Bu barədə “Mash” portalı məlumat yayıb.

    Məlumata görə, müğənni zəhərlənmə diaqnozu ilə Moskvadakı Botkin xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

    Xatırladaq ki, Lepsin oktyabrın 19-da Vladivostokda baş tutan konserti qalmaqalla yadda qalıb. Belə ki, tamaşaçılar ifaçının səhnədə siqaret çəkdiyini və söyüş söydüyünü bildiriblər. Onun mahnı oxumaqda çətinlik çəkdiyi, hətta tamaşaçılardan spirtli içki istədiyi iddia olunur. Hadisədən sonra sənətçinin qastrol səfəri dayandırılıb.

  • “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” – AQTA və qəssablar arasında qalmaqal (Video)

    Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.

    Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.

    “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.

    AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:

    “Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.

    Daha ətraflı videoda:

  • Yeni “iPhone” dizaynları təqdim ediləcək

    “Apple” 2026, 2027 və 2028-ci illərdə tamamilə yeni “iPhone” dizaynı təqdim etməyə hazırlaşır.

    “iPhone 17” seriyası hələ yeni təqdim olunsa da, Koreyadan yayılan məlumatlar şirkətin gələcək planlarını üzə çıxarıb.

    İddialara əsasən, 2026-cı ildə “Apple”ın ilk qatlana bilən “iPhone” modeli təqdim olunacaq. Bu cihazın “Samsung Galaxy Z Fold” modelinə bənzər şəkildə üfüqi qatlanan quruluşa malik olacağı gözlənilir.

    Növbəti böyük yenilik 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim ediləcək. Bu modelin tamamilə ekrandan ibarət, kənarlarında heç bir çərçivəsi olmayan dizayna sahib olacağı bildirilir.

    “Apple” 2028-ci ildə isə ikinci qatlana bilən “iPhone” modelini satışa çıxaracaq. Bu cihazın “Samsung Galaxy Z Flip” modelinə bənzər şəkildə şaquli qatlanan, daha kompakt və yüngül dizayna sahib olacağı qeyd edilir.

  • “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır

    İtaliyanın “İnter” klubu “Komo”da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir.

    Bu barədə məlumatı “Tyc Sports” yayıb.

    Bildirilib ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

    Qeyd edək ki, Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın “Real” klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin “Komo” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

  • Bu yanacaqdoldurma məntəqəsi bağlandı – Video

    Naxçıvan şəhəri Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratmasıdır.

    Belə ki:

    – yanacaqdoldurma məntəqəsində taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
    – elektrik naqilləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

    – yanğın su hovuzu standartlara uyğun deyil;

    – yanğınxəbərverici siqnalizasiya sistemi layihə sənədlərinə uyğun quraşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb

    Almaniyanın Federal Kriminal İdarəsinin (BKA) rəhbəri Holger Münx cinayətkarlıq fəaliyyəti haqqında yeni hesabat təqdim edərkən bildirib ki, Avropa narkokartelləri kokain daşınmasının yeni üsullarını tapıblar – indi onlar hətta meyvə şirəsi və ədvaların təchizatında da gizlədirlər.

    Ənənəvi olan açıq dənizdə yüklərin ötürülməsi sxemlərindən əlavə, kontrabandaçılar getdikcə daha çox mini-sualtı qayıqlardan, sürətli şlupklərdən və hətta narkotiklərin sualtı daşınması üçün xüsusi “kapsullardan” istifadə edirlər.

    Münx izah edib: “Son illərdə biz həm də belə bir tendensiya müşahidə edirik ki, təşkilatlı cinayət qruplaşmaları Cənubi Amerikadan Avropaya göndərilən ixmal mallarına, məsələn, ədvalara, meyvə şirələrinə və ya plastikə kokain əlavə etmək üçün kimyəvi proseslərdən istifadə edirlər”.

    Kokain elə qarışdırılır ki, liman və ya hava limanlarında nəzarət zamanı onu aşkar etmək mümkün olmur. Münxın sözlərinə görə, daha sonra o, sənaye zonalarında yerləşən qeyri-qanuni laboratoriyalarda yenidən çıxarılır.

    BKA-nın məlumatına görə, son illərdə əsas kontrabanda marşrutları Belçika və Niderlanddan İspaniya və Fransa istiqamətinə dəyişib.
    //qaynar.az

  • Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir – Video

    Bakının Cəfər Cabbarlı küçəsindəki daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir.

    Hasarda dərin çatlar əmələ gəlib. Ərazidən piyadalar keçdiyi üçün uçma riski ciddi təhlükə yaradır.

    Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini istəyirlər. “Uşaqlar da buradan keçirlər. Çox təhlükəlidir, üstümüzə aşa bilər”, – sakinlərdən biri söyləyib.

    Digər bir vətəndaş isə belə deyib: “Hər dəfə buradan keçəndə düşünürəm ki, aşacaq, dağılacaq. Hasarı düzəltsələr, çox yaxşı olar”.

    Daha ətraflı Baku TV-nin reportajında:

  • 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı

    Gəncə sakini kəsici alətdən xəsarət alıb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıyev prospekti ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S.Əliyevin qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    28 yaşlı kişinin hansı şəraitdə xəsarət alması məlum deyil.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Həmin qalmaqallı qurultaydan daha bir görüntü – Video

    Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı ciddi qalmaqal və fikir ayrılığı ilə yadda qalıb.

    Qurultaydan görüntülər TNS TV-də, həmçinin Fəzail Ağamalının oğlu Elçin Ağamalı tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

    Videodan aydın olur ki, qurultay nümayəndələrinin bir hissəsi Elçin Ağamalını partiyanın yeni sədri elan edir və onun seçildiyini təsdiqləyirlər.

    Daha ətraflı videoda:

  • Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir

    Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir.

    Keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.

    Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.

    Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.