Month: October 2025

  • Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı

    Voronejdəki “Alekseyevski” bazarının sahibi Yusif Xəlilov Rusiyada həbsdən azad edilib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, azərbaycanlı iş adamının azadlığa buraxılması barədə onun oğlu Simur Xəlilov məlumat verib.

    Xəlilov bu ilin avqustunda Rusiyanın Voronej şəhərində həbs edilmişdi.

  • Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub

    Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub.

    Rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Əhməd Arif oğlu Şumanov qohumunun evində təmir işi görərkən onu cərəyan vurub.

    Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirirlər.

    Faktla bağlı araşdırma başlanıb.

  • Çobanyastığı çayının 5 yan təsiri – Diyetoloqlar açıqladı

    Çox miqdarda çobanyastığı çayı içilməsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər və bəzi dərmanlarla birgə qəbul edildikdə təhlükəli hesab olunur.

    Qaynarinfo xəbər verir ki, “Verywellhealth” nəşrinin məlumatına görə, bu çayın yan təsirləri arasında həzm pozğunluqları və allergik reaksiyalar da var.

    1. Ürəkbulanma və qusma

    Çobanyastığı bəzi insanlarda ürəkbulanmanı azalda bilər, lakin həddindən artıq istifadə əks təsir göstərə bilər.

    Diyetoloq Keri Hans bildirib: “Çobanyastığı çayı ümumilikdə təhlükəsizdir, lakin onun çox miqdarda içilməsi bəzən ürəkbulanma və qusma ilə nəticələnə bilər”.

    Tibbi elmlər doktoru, diyetoloq Samanta Dieras isə qeyd edib ki, bu hallar nadir baş verir: “Belə miqdarda və bu qədər uzun müddət çobanyastığı çayının içilməsi çox az ehtimal olunur”.

    2. Allergik reaksiyalar

    Hansın sözlərinə görə, ambroziya kimi bitkilərə allergiyası olan insanlarda çobanyastığı çayı dəridə qıcıqlanma və ya şişkinlik yarada bilər. Bu cür reaksiyalar xrizantema, aşıqotu və ya margaritkalara qarşı allergiyası olanlarda da müşahidə edilə bilər. Çobanyastığına qarşı allergiya ağır hipersensitivlik reaksiyalarına və anafilaksiyaya səbəb ola bilər.

    3. Yuxululuq

    Yuxunu tənzimləyən dərmanlar qəbul edən şəxslər çobanyastığı çayını ehtiyatla içməlidirlər. Dieras qeyd edib: “Bu çayın sakitləşdirici təsir göstərən preparatlarla qarşılıqlı təsiri ilə bağlı narahatlıqlar var”.

    O əlavə edib ki, bu halda yuxululuq daha da arta bilər.

    4. Qanaxma riskinin artması

    Çobanyastığı çayı qan durulaşdırıcı dərmanlar qəbul edən insanlar üçün təhlükəli ola bilər. Hans bildirib ki, çobanyastığı təbii kumarin birləşmələri ehtiva edir və bu maddələr ‘varfarin’ kimi dərmanların təsirini gücləndirərək qanaxma riskini artıra bilər.

    5. Qadınlar üçün risk: doğuşa nəzarət vasitələrinə təsir

    Dierasın sözlərinə görə, çox miqdarda çobanyastığı çayının içilməsi bəzi doğuşa nəzarət preparatlarının effektivliyini azalda bilər. Araşdırmalar göstərir ki, çobanyastığı bu tabletlərin təsirini zəiflədə və estrogenə həssaslığı artıra bilər.

    Həmçinin qeyd olunur ki, hamiləlik və ya körpə əmizdirmə dövründə çobanyastığı çayının təhlükəsizliyi barədə elmə hələ kifayət qədər məlumat məlum deyil.

    Nə qədər çobanyastığı çayı içmək təhlükəsizdir?

    Keri Hans bildirib: “Rəsmi limit olmasa da, əksər mütəxəssislər gündə bir-üç fincan çay içilməsini sağlam böyüklər üçün təhlükəsiz hesab edirlər. Dərman qəbul edən və ya sağlamlıq problemi olan insanlar miqdarı azaltmalı və vəziyyətlərini izləməlidirlər”.

    Digər çayların faydaları

    * Çayda olan antioksidantlar ürək-damar sistemini gücləndirir, yaddaşı və diqqəti yaxşılaşdırır, həmçinin həzmi asanlaşdırır.

    * Yaşıl və qara çaylar xroniki xəstəliklərin riskini azaldan antioksidantlarla zəngindir. Çobanyastığı, nanə və qızılgül (hibiskus) kimi bitki çayları isə həzmi yaxşılaşdırır və yuxunu tənzimləyir.

  • Kirayə mənzil qiymətləri artacaq

    2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kirayə verən şəxs aylıq gəlirinin 10 faizi məbləğində vergi ödəyəcək.

    Hazırda 14 faizdir, amma demək olar ki ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır.

    Bunu əmlakçılar da təsdiqləyir. Onların sözlərinə görə, ev sahibləri müqavilə bağlamağa maraqlı deyillər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. Burda əsas məsələ nəzarətin gücləndirilməsidir.

    Bəs bu nəzarət hansı formada olacaq?

    Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Sədri Vüqar Oruc açıqlama verərək bildirib ki, müvafiq icra qurumları bu vergilərin yığılmasında çox böyük önəm verəcək.

    Çünki hazırda 80 faizdən çox bu cür kirayə münasibətləri rəsmiləşdirilməyib. Bu qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinə görə 40 manata qədər cərimə etmək nəzərdə tutulub.

    Bəs məcburi kirayəyə cəlb etmə qiymətləri artıracaq?

    Sədr qeyd edir ki, bu artımdan sonra istər-istəməz qiymətlər artacaq. Yəni, sahibkar vergi verir deyə bu da qiymətlərə öz təsirini göstərəcək. (Musavat.com)

  • Torpaq bazarında qiymətlər necədir?

    Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.

    Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdə müşahidə edilir?

    “Artım xüsusilə Abşeron yarımadası, Quba – Xaçmaz, Qəbələ, Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir”.

    Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib.

    O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaq sahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu rəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.

    “İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksək olan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir. Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır və Binəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq 3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində bölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb”.

    G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsas səbəblərini də açıqlayıb:

    “İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiya xətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyərini artırır. Turizm və kənd təsərrüfatı potensialının artması – xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrində torpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinin tətbiqi – qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşması bazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərir.

    Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondunun böyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqların sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələ başlanıb:

    “Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və real bazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasında formalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və ya hərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurları başlanır.

    Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçün mülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ hala gəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymət səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz torpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidə olunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manat dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafında bazara təklif edilir”.

    Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm də iqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbat artdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraq yüksəlir:

    “Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycanda artıq yeni mərhələyə qədəm qoyub – kağız daşıyıcıdan elektron sistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazar dəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərin formalaşmasında əsas rol oynayır.

    G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyə torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və real qiymət mexanizmi formalaşacağı gözləniləndir”.

    “Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bunun da müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymət artımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır. Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digər regionlarında da torpaq qiymətləri bahalaşıb”.

    Bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

    Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri bu ilin yanvar ayından “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərlə bağlıdır:

    “Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni qaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır. Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeni qaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeyd edilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi götürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada da qiymət artımına gətirib çıxarır”.

    R.Osmanlı torpaq satışında qiymət artımının hansı civarda dəyişdiyini də açıqlayıb:

    “Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsinin qiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu 300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir. Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydə alınıb”.

    Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də artıma səbəb olub.

  • Трамп заявил о готовности к встрече с Ким Чен Ыном в ходе азиатского турне

    Президент США Дональд Трамп заявил, что открыт к идее встречи с лидером КНДР Ким Чен Ыном в рамках азиатского турне.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    “Я на 100% открыт к этому. У меня с ним хорошие отношения”, – сказал американский лидер, беседуя с журналистами на борту своего самолета.

    Как заявила ранее пресс-секретарь Белого дома Кэролайн Ливитт, Трамп посетит Малайзию, Японию и Республику Корея. Ему предстоят не только двусторонние переговоры, но и мероприятия по линии АСЕАН и АТЭС. На 30 октября в Южной Корее намечены переговоры Трампа и председателя КНР Си Цзиньпина.

  • Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır

    Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşmək fikrinə müsbət yanaşdığını bildirib.

    O, bunu özünün təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

    “Mən bu ideyanı 100% dəstəkləyirəm. Onunla münasibətlərim yaxşıdır”, – deyə prezident vurğulayıb.

    Ağ Evin mətbuat katibi Kerolayn Livitt daha əvvəl bildirib ki, Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək. O, təkcə ikitərəfli danışıqlar aparmayacaq, həm də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ATEC) xətti ilə tədbirlərdə iştirak edəcək. Üstəlik, oktyabrın 30-da Cənubi Koreyada Çinin Sədri Si Cinpinlə görüşü nəzərdə tutulub.

  • Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar -TƏQVİM

    Azərbaycanda məktəblilərin tətil günləri məlum olub.

    Median.Az xəbər verir ki, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.
    Əmrə əsasən, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.
    Beləliklə, ölkə məktəblərində qış tətilindən sonra ilk dərs günü fevralın 1-nə təsadüf edəcək.

  • Bu müəllimlər 2027-ci ildə də sertifikasiyadan keçəcək – Nazir müavini

    Sertifikasiya prosesi nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
    O qeyd edib ki, sertifikasiya prosesi başlayanda narahatlıqlar və suallar var idi:
    “Bu gün, demək olar ki, təhsilverənlər prosesi uğurla başa vurublar. Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi bir hissəsi əməkhaqqına 35%, digərləri 10% əlavə alır. Bu prosesin nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Bu bizi sevindirir. Biz sistemimizdə üzərində işləyən, daha yaxşı təhsil verməyə can atan müəllimlərin yaratdığı müsbət dinamikanı görməkdən şadıq”.
    Nazir müavini əlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsilverənlərin yenə də şansı var:
    “2022-ci ildə sertifikasiyadan keçənlər 2027-ci ildə yenə bu prosesdən keçəcəklər. Biz kifayət qədər nikbinik”.
    Qeyd edək ki, 2025-ci il üçün sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq. Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq. Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.

  • “Stadionun enerjisini hiss etməliyik” – Alonso

    “Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 10-cu turunda “Barselona” ilə keçiriləcək “El Klasiko” öncəsi fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, ispan mütəxəssis görüşün həm komanda, həm də azarkeşlər üçün xüsusi önəm daşıdığını bildirib.

    Onun sözlərinə görə, “El Klasiko” hər zaman özəl olub:
    “Stadionun enerjisini hiss etməli, hamımız birlikdə bu anı qeyd etməliyik. Bu, mövsümün ən vacib oyunudur”.

    . Alonso komandasının motivasiyasının yüksək olduğunu vurğulayıb:
    “Çətin və gərgin oyun olacaq. Hər kəs maksimum səviyyədə çıxış etməlidir. Oyuna ciddi hazırlaşmışıq və qalib gəlmək istəyirik”.

    Baş məşqçi həmçinin “Yuventus”la matçda iştirak etməyən bir neçə futbolçunun sıraya qayıtdığını açıqlayıb:
    “Komanda yaxşı formadadır, lakin hələ inkişaf üçün imkanlar var”.
    Qeyd edək ki, “Real Madrid” – “Barselona” oyunu oktyabrın 26-da Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. “El Klasiko” öncəsi “Real Madrid” 24 xalla 1-ci, “Barselona” isə 22 xalla 2-ci yerdədir.