Month: October 2025

  • Alaska Airlines приостанавливала рейсы из-за сбоя в ИТ-системе

    Авиакомпания Alaska Airlines сообщила о серьезном сбое в работе информационных технологий, который привел к временной остановке всех рейсов Alaska и Horizon Air.
    Как передает Report со ссылкой на заявление компании, сбой произошел 23 октября около 15:30 по тихоокеанскому времени в основном центре обработки данных. Полеты были возобновлены в 23:30 того же дня.
    За время инцидента авиакомпаниям Alaska и Horizon пришлось отменить более 360 рейсов. Возможны дополнительные изменения в расписании из-за необходимости перераспределения самолетов и экипажей.
    В компании подчеркнули, что произошедшее не связано с кибератакой. Пассажирам рекомендовано перед вылетом проверять статус своих рейсов.
    Alaska Airlines принесла извинения за доставленные неудобства и заявила о действии гибкой политики в отношении поездок, чтобы помочь пассажирам, чьи планы были нарушены.

  • “Alaska Airlines” “İT” sistemindəki nasazlıq səbəbindən uçuşları dayandırıb

    İnformasiya texnologiyalarında böyük kəsinti “Alaska və Horizon Air” hava yolları şirkətinin bütün uçuşlarının müvəqqəti dayandırılması ilə nəticələnib.

    Report-un “Alaska Airlines” şirkətinin açıqlamasına istinadən verdiyi xəbərə görə, məlumat mərkəzində fasilə oktyabrın 23-də Sakit okean vaxtı ilə təxminən 15:30-da baş verib.

    Uçuşlar 8 saat sonra bərpa edilib. Hadisə zamanı hava yolları 360-dan çox reysi ləğv etmək məcburiyyətində qalıb.

    Şirkət hadisənin kiberhücumla bağlı olmadığını vurğulayıb. Sərnişinlərə uçuşların vəziyyətini yoxlamaları tövsiyə olunub.

    “Alaska Airlines” yaranan narahatlığa görə üzr istəyib və səyahət planları pozulan sərnişinlərə kömək etmək üçün çevik səyahət siyasəti elan edib.

  • Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI

    Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.

    Median.Az xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.

    Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün
    evdən çıxıb: “Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar”.//oxu.az

  • Yaponiya sahillərində güclü zəlzələ baş verib

    Hokkaydo (Yaponiya) sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Mərkəzin məlumatına görə, zəlzələnin episentri Nemuro şəhərindən 36 km cənub-şərqdə, 41 km dərinlikdə yerləşib.

    İtkilər və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

  • “Hazır suplar xərçəng yaradır

    Rusiyalı dietoloq və endokrinoloq Elvina Binatova geniş yayılmış 5 dəqiqədə hazırlanan əriştələrin ziyanı barədə danışıb.

    Həkimin sözlərinə görə, belə məhsulların tərkibindəki dad gücləndiricilər, konservantlar və süni rəngləndiricilər insan sağlamlığı üçün ən böyük zərəri yaradır. Bundan əlavə, hazır əriştələr çoxlu miqdarda duz ehtiva etdiyindən, onların tez-tez qəbulu ürək-damar və böyrək xəstəliklərinin yaranma riskini artırır.

    Binatova bildirib ki, bu məhsullar həmçinin trans yağlar və turşuluq tənzimləyiciləri ilə zəngindir – bunlar kanserogen hesab olunur və həzm sistemində müxtəlif problemlər yarada bilər. Əriştənin əsasını isə yüngül karbohidratlar təşkil edir, tərkibində lif, zülal və B qrup vitaminləri isə demək olar ki, yoxdur.

    “Hazır əriştə qısa müddətlik toxluq və enerji hissi yaradır, lakin aclıq tez bir zamanda geri qayıdır. Buna görə də onu yalnız fövqəladə hallarda – yemək hazırlamağa vaxt olmadıqda və ya əlinizin altında meyvə olmadıqda istifadə etmək məsləhətdir”, – deyə dietoloq vurğulayıb.

    Sonda həkim hazır əriştəni öz qablaşdırmasında bişirməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu qablar polistirol materialdan hazırlanır və qaynar su ilə təmasda olduqda endokrin sistemi pozan toksik maddələr ifraz edir.

  • “Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi

    Rusiyalı müğənni Alla Puqaçovanın ifasındakı  “Milyon qırmızı qızılgül” hitinin müəllifi Raymond Pauls xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə “Abzas” nəşri məlumat yayıb.

    89 yaşlı bəstəkar əməliyyat olunduğunu açıqlayıb:
    “Xəstəxanadayam. Danışmaq mənim üçün çətindir, bacarmıram. Əməliyyat olundum. Hazırda gücümü bərpa edirəm”.

    Qeyd edilir ki, bəstəkarın Latviyadakı çıxışları oktyabr ayına planlaşdırılsa da, səhhətinin pis olması səbəbindən təxirə salınıb. 

  • “Moskvanın cavabı sərt olacaq”

    “Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşü ləğv etmək məqsədilə genişmiqyaslı məlumat kampaniyasına başlayıblar”.

    Median.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gənc Diplomatların VIII Qlobal Forumunda keçirilən “Media, Yeni Media və Diplomatiya: Çağırışlar və İmkanlar” adlı sessiyada deyib.

    “Biz Budapeştdə baş tutmalı olan danışıqlarla bağlı süni intellektdən tutmuş ənənəvi media və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumu gördük”, – deyə Zaxarova vurğulayıb .

    O, həmçinin, Aİ-nin 19-cu anti-Rusiya sanksiyalar paketini qəbul etməsi ilə bağlı şərhində Moskvanın buna təsirli, sərt tədbirlərlə cavab verəcəyini qeyd edib.

  • Франция поставит Украине ракеты Aster и истребители Mirage

    Франция намерена поставить Украине дополнительные зенитные ракеты Aster и истребители Mirage.

    Как передает АПА, об этом заявил президент Франции Эмманюэль Макрон на встрече “коалиции желающих”.

    “В ближайшие дни мы поставим дополнительные ракеты Aster, проведем новые программы обучения (украинских военных -ред.) и направим дополнительные самолеты Mirage”, – сказал французский лидер, запись выступления которого опубликована на странице Елисейского дворца в X.
    Он добавил, что Франция совместно с участниками коалиции объявит о дополнительных инициативах.

  • Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək

    Fransa Ukraynaya əlavə “Aster” zenit-raketləri və “Mirage” qırıcı təyyarələri göndərəcək.

    Apa xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın Kiyevə yardım üzrə iclasında çıxışı zamanı bildirib.

    Makronun çıxışının videosu Yelisey sarayının “X” sosial şəbəkəsində yerləşdirilib.

    “Yaxın günlərdə biz Ukraynaya əlavə “Aster” raketləri göndərəcəyik, yeni təlim proqramları həyata keçirəcəyik və əlavə “Mirage” təyyarələri göndəriləcək”, – deyə Fransa lideri vurğulayıb.
    Fransa Prezidenti həmçinin qeyd edib ki, bu qərar Ukraynanın hava hücumundan müdafiə və aviasiya imkanlarını gücləndirməyə yönəlib və Paris tərəfdaş ölkələrlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcək.

  • İker Kasilyasın evi qarət edildi

    Ispaniya polisi ölkə millisinin və “Real Madrid”in keçmiş qapıçısı İker Kasilyasın Madriddəki evindən beş bahalı saat oğurlamaqda şübhəli bilinən bir cütlüyü həbs edib.

    Median.Az xəbər verir ki, bu barədə “Fuentes Informadas” məlumat yayıb.

    Məlumata görə, cütlük uzun müddət futbolçunun evində işləyib – qadın ev işlərinə baxıb, kişi isə mühafizəçi olub.
    Onlar orijinal saatları saxtaları ilə əvəz ediblər, buna görə də oğurluq dərhal aşkar edilməyib.

    Hər biri 50 000 avrodan baha olan bir neçə qızıl “Rolex” modeli sökülərək ayrı-ayrılıqda satılıb ki, bu da onların tapılmasını qeyri-mümkün edib.