Month: October 2025

  • В Германии планируют выставить на продажу мобильные бомбоубежища

    В Германии планируют выставить на продажу мобильные бомбоубежища, стоимость полного комплекта модуля которого составляет около €150 тыс.
    Об этом сообщает Report со ссылкой на Bild.
    Согласно информации, модуль выполнен в виде гаражного бокса площадью 16 кв. м и высотой 2,80 м, со стенами толщиной 20 см. Внутри оборудованы: туалет, душ, небольшая кухня, четыре раскладных кровати и большой экран, имитирующий окно с пейзажем.
    Также отмечается, что прототип бункера был создан компаниями BSSD Defence и Veloform.
    По информации BSSD Defence, в бункере можно находиться без выхода наружу примерно неделю. Он способен выдерживать удары беспилотников и при наличии специальной защиты – даже ракет калибром 107 мм. Разработчики уверяют, что при погружении в землю он сможет защитить от последствий ядерного взрыва, если его эпицентр находится не ближе 20 км.
    Производство занимает примерно 70 дней.

  • Almaniyada mobil bomba sığınacaqları satışa çıxarılacaq

    Almaniyada tam modulunun qiyməti təxminən 150 min avro olan mobil bomba sığınacaqlarının satışa çıxarılması planlaşdırılır.

    Bu barədə report “Bild”ə istinadən məlumat verir.
    Məlumata görə, modul 16 kvadratmetr sahəsi və 2,8 metr hündürlüyü, 20 santimetr qalınlığında divarları olan qaraja bənzər bir məkan kimi dizayn edilib. O, tualet, duş, kiçik mətbəx, dörd qatlanan çarpayı və təbiət mənzərəsinin göründüyü pəncərəni təqlid edən böyük ekranla təchiz olunub.

    Həmçinin qeyd olunur ki, bunkerin prototipi “BSSD Defence” və “Veloform” şirkətləri tərəfindən yaradılıb.
    “BSSD Defence”in məlumatına görə, bunkerdə təxminən bir həftə çölə çıxmadan yaşamaq olar. O, dron zərbələrinə və xüsusi mühafizə ilə hətta 107 mm-lik raketlərə də tab gətirə bilir. Şirkət iddia edib ki, bunker yerin altına basdırıldıqda episentri 20 km-dən yaxın məsafədə olmayan nüvə partlayışının təsirlərindən də qoruya bilər.

    Bir tam modulun istehsalı təxminən 70 gün çəkir.

  • Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib – MƏHKƏMƏ

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.

    Median.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

    Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

    Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

    Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək istədiyini deyib. Bildirib ki, o, sübutlara əlavə olunması üçün məhkəməyə video təqdim etmək istəyir. Qeyd edib ki, həmin video 2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınıb. Amma videonu məhkəməyə təqdim etməzdən əvvəl ona vəkili ilə birlikdə baxması üçün şərait yaradılmasını xahiş edib.

    Hakim fasilədə bunun üçün onlara şərait yaradılacağını deyib.

    Təqsirləndirilən Davit Manukyan isə vəsatət verərək Ermənistanda anadan olmuş, orada yaşamış, Masis rayonunun Sayat Nova kəndində (keçmiş Zəngibasar rayonunun Aşağı Necili kəndi – red.) əlvan metallar bazasında işləmiş, sonralar isə oradan didərgin salınmış Knyaz adlı azərbaycanlının məhkəməyə şahid qismində dəvət olunmasını xahiş edib. Bildirib ki, həmin şəxsin soyadını və onunla bağlı digər məlumatları xatırlamır.

    Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib ki, müdafiə tərəfi həmin şəxsin məhkəməyə hansı səbəbdən dəvət olunmasını və dindirilməsinin konkret məqsədini, habelə onun şəxsiyyətini təsdiq edən, eləcə də şəxsiyyətini müəyyən etmək üçün zəruri məlumatları bildirmədi. Bundan başqa, dindirilməsi xahiş olunan şəxsin yaşadığı yer, soyadı da məlum deyil. Belə olan halda vəsatətin təmin edilməsi qeyri-mümkündür. Hətta təmin edilərsə belə icrası mümkünsüzdür.

    Məhkəmə yerində müşavirə keçirərək qərar qəbul edib.

    Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

    Bundan sonra məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

    Zərərçəkmiş Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu görüb. O, ailə üzvləri və təxminən 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan ordusu tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

    Dumanlı hava şəraiti ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. O və digərləri girov götürülərək həmin kənddə yerləşən tövlədə saxlanılıb və burada işgəncələrə məruz qalıblar. Həmin vaxt Ermənistan hərbçisinin girovların arasından olan uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib. Üzərilərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Bundan əlavə, Ermənistan hərbçiləri girovların arasından gəncləri – Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri, ardınca isə avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.

    Elan olunan ifadələrə əsasən, zərərçəkmiş şəxslər Hümbətəliyev Rüfət Bəxtiyar oğlu, Cavadov Natiq Şahin oğlu, Baxşəliyev Nizami Fizuli oğlu və Nəbiyev Nadir İqor oğlu ifadələrində 2022-ci il sentyabrın 13-də Kəlbəcər rayonunun ərazisində düşmənin təxribatından bəhs ediblər. Qeyd edilib ki, həmin vaxt R.Hümbətəliyev, N.Cavadov və N.Baxşəliyev düşmənin açdığı atəşlər nəticəsində, N.Nəbiyev isə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralanıblar. Elnur Rüstəmov, Qədim Xəlilov və Ümid İmamquliyev isə həlak olublar.

    Zərərçəkmiş Mustafayev Siyasət Akif oğlunun hüquqi varisi qismində tanınaraq dindirilmiş Mustafayev Akif Məmməd oğlu ifadəsində bildirib ki, övladı 2020-ci il sentyabrın 27-də Ağdərə rayonunun Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində həlak olub.

    Digər zərərçəkmiş Həbibov Rahim Şirməmməd oğlu ifadəsində göstərib ki, o, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətin Mühəndis-axtarış idarəsinin Mühəndis-geodeziya şöbəsinin rəisi vəzifəsində işləyib və işi ilə əlaqədar “Şuşa-Xankəndi” 110 kV-luq yüksəkgərginlikli elektrik hava xəttinin çəkilməsinin planlaşdırılması məqsədilə 2023-cü il dekabrın 7-də əraziyə baxış keçirərkən mina partlayışı baş verib və xəsarət alıb.

    Abbasov Alman Ənvər oğlu ifadəsində qeyd edib ki, o, Füzuli rayonunun Qarabağ kəndində yaşayır. 2020-ci il oktyabrın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə evi və istifadəsində olan avtomobili yararsız vəziyyətə düşüb, həmin vaxt özü, habelə Rəfiyev Elçin Məmməd oğlu, Şirinov Elşən Şahmar oğlu, Aslanov Yaşar Savalan oğlu və Əhmədov Tahir Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Həsənzadə Cəsarət Gülağa oğlu ifadəsində göstərib ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanında olan Akif Koroğluyev, Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, Füzuli Məmmədov isə həlak olub.

    Balakişiyev Ehtibar Təvəggül oğlu ifadəsində qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Beyləqan şəhərinə 3 raket atılıb. Həmin raketlərdən birinin yol kənarına düşməsi nəticəsində xəsarət alıb.

    Zərərçəkmiş İbrahimov Nadir Əli oğlu ifadəsində göstərib ki, 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Əziz Əliyev küçəsinə atılan raket zərbəsinin təsirindən evi dağılıb. Həmin vaxt onunla birlikdə 1 yaşlı nəvəsi Emil İbrahimov və arvadı Süheyla İbrahimova ətrafda olan şəxslərin köməyi ilə dağıntılar altından çıxarılıblar. Hadisə nəticəsində hər üçü xəsarət alıb. Yaşadıqları ərazidə hər hansı bir hərbi təyinatlı obyekt olmayıb.

    Digər zərərçəkmiş Həsənova Lalə Akif qızı ifadəsində bildirib ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb. Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.

    Zərərçəkmiş Teymurov Fərid Füzuli oğlunun hüquqi varisi Teymurov Füzuli Əjdər oğlu ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi yalnız 2021-ci il yanvarın 2-də tapılıb.

    Zərərçəkmiş Kərimov Elmir Rəhim oğlunun hüquqi varisi Kərimov Rəhim Həkim oğlu ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.

    Zərərçəkmiş Quliyev Elçin Rövşən oğlunun hüquqi varisi Quliyev Rövşən Balay oğlu oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş Cəfərov Oruc Vaqif oğlunun hüquqi varisi Cəfərov Vaqif Mahmud oğlu övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Nağıyev Baloğlan Müdəhət oğlunun hüquqi varisi Nağıyev Müdəhət Baloğlan oğlu övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Cəfərov Təbriz İlqar oğlunun hüquqi varisi Cəfərov İlqar Qərib oğlu ifadəsində övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər nəticəsində həlak olduqlarını bildiriblər.

    Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.

    Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • İtaliyada zəlzələ oldu

    İtaliyanın İrpiniya bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

    Episentri Avellino əyalətindəki Qrottolella kəndi olan yeraltı təkan 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya regionunun Sannio və Salerno bölgələrində, eləcə də Neapolda aydın hiss olunub. Avellino əyalətində məktəblər ehtiyat tədbiri olaraq təxliyə edilib.

    İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir Matteo Piantedosi Avellino prefekti ilə daim əlaqə saxlayıb və əyalətdə baş verən zəlzələdən sonra vəziyyəti yaxından izləyib. Nazirə bildirilib ki, insanlara və ya əmlaka dəyən ziyan barədə məlumat yoxdur.

  • Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi vandal hücumuna məruz qaldı – Səfirlik məsələni nəzarətə götürdü

    Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.

    Apa-nın yerli bürosu xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan “Azərbaycanın” yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.
    Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov apa-nın yerli bürosuna fakt barəsində məlumatlı olmadığını deyib.

    Apa-nın yerli bürosu məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyini də məlumatlandırıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.

    Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.

  • Джейхун Байрамов выступил на мероприятии, посвящённом 80-летнему юбилею ООН

    Джейхун Байрамов принял участие и выступил на мероприятии, посвящённом 80-летнему юбилею Организации Объединённых Наций (ООН).
    Как сообщает AПА, об этом распространило информацию Министерство иностранных дел.

    В своём выступлении министр Джейхун Байрамов подчеркнул важную роль ООН как одного из основных опор многосторонней дипломатии и передал свои поздравления в связи с 80-летием организации.
    Министр иностранных дел Азербайджана Джейхун Байрамов заявил, что Азербайджан, являясь активным и ответственным членом ООН, был представлен в основных органах организации, в том числе в Совете Безопасности в 2012–2013 годах, а также трижды — в Экономическом и Социальном Совете.
    Министр отметил, что растущий авторитет и лидерство Азербайджана на глобальной арене укрепляются благодаря вкладу страны в ключевые инициативы ООН. В этом контексте он подчеркнул председательство Азербайджана в Движении неприсоединения в 2019–2023 годах, проведение в Баку Глобального форума Альянса цивилизаций ООН в 2016 году и 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) в 2024 году.
    Было отмечено, что в 2026 году Азербайджан станет страной-хозяйкой двух важных мероприятий ООН — 13-й сессии Всемирного форума по городскому развитию (WUF13), являющегося основной платформой ООН по вопросам урбанизации, и Всемирного дня окружающей среды. Эти инициативы, по словам министра, подчеркивают взаимосвязь между климатическими действиями и устойчивой урбанизацией, демонстрируя приверженность Азербайджана зеленому энергетическому переходу и ведущей роли в глобальной климатической дипломатии.
    Глава МИД отметил, что Азербайджан, полностью согласуя свою деятельность с Глобальной повесткой ООН, придает особое значение продвижению Целей устойчивого развития, внедрению цифровых инноваций, расширению прав и возможностей женщин и молодежи, гуманитарным инициативам и поощрению межкультурного диалога.
    Он подчеркнул, что рамочная программа сотрудничества между Азербайджаном и ООН по устойчивому развитию на 2021–2025 годы успешно завершена, а подписанный сегодня новый документ на 2026–2030 годы станет началом нового этапа в партнерстве Азербайджан–ООН.
    Министр также рассказал о масштабных работах по восстановлению и реконструкции на освобожденных от оккупации территориях после восстановления территориальной целостности Азербайджана, а также о шагах, предпринимаемых для создания атмосферы стабильности и сотрудничества на Южном Кавказе.
    Джейхун Байрамов отметил, что подписанная 8 августа 2025 года в Вашингтоне Совместная декларация и другие достигнутые исторические договоренности стали важным этапом в продвижении мирного процесса в регионе.
    В завершение своей речи министр призвал к укреплению партнерства, изучению новых направлений сотрудничества и наращиванию совместных усилий для построения более мирного, справедливого и устойчивого мира.
    В конце мероприятия был подписан Рамочный документ о сотрудничестве между Азербайджаном и ООН по устойчивому развитию на 2026–2030 годы.

  • Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib – FOTO

    Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış edib.

    Median.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

    Nazir Ceyhun Bayramov çıxışında BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq, təşkilatın 80 illiyi münasibətilə təbriklərini çatdırıb.

    O, Azərbaycanın BMT-nin fəal və məsuliyyətli üzvü kimi qurumun əsas orqanlarında, o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunduğunu qeyd edib.

    Nazir Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

    2026-cı ildə Azərbaycan iki mühüm BMT tədbirinə – BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin iqlim fəaliyyəti və davamlı urbanizasiya arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq Azərbaycanın yaşıl enerji keçidinə və qlobal iqlim diplomatiyasındakı aparıcı roluna sadiqliyini nümayiş etdirdiyi diqqətə çatdırılıb.

    Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin Qlobal Gündəliyi ilə tam uzlaşaraq Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, rəqəmsal innovasiyaların tətbiqi, qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini qeyd edib.

    2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.

    Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb.

    Nazir 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.

    Nitqinin sonunda Nazir Ceyhun Bayramov tərəfdaşlığı gücləndirərək yeni əməkdaşlıq istiqamətlərini araşdırmağa və daha sülhsevər, ədalətli və dayanıqlı dünya qurmaq üçün birgə səyləri artırmağa çağırış edib.

    Tədbirin yekununda 2026–2030-cu illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

  • İsrailə uçuşları bərpa edəcəklər

    ABŞ aviaşirkəti “United Airlines” gələn həftə İsrailə uçuşları bərpa etməyi planlaşdırır.

    Median.Az xəbər verir ki, bu haqda “Kan” telekanalı məlumat yayıb.

    İstiqamətlər və uçuş cədvəli yaxın günlərdə açıqlanacaq.

    Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında hərbi münaqişə fonunda bir neçə aviaşirkət İsrailə uçuşları dayandırıb.

  • Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı

    Oktyabrın 24-də rayon ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

    Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

  • “Kişi gözə gələcək” – Xalq artisti həyat yoldaşından danışdı (VİDEO

    Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla ad günündə mahnı ifa etməsindən danışıb.

    Sənətçi “Qonaqcanlı”da həmin anlar göstərilərkən maraqlı reaksiya verib. Bəşirqızının ani çıxışı qonaqları da güldürüb:

    “Kişiylə yenə oxuyuruq. Özüm də utanıram. Kişi gözə gələcək. İkimizin də qızdırması 40 dərəcəyə qalxmışdı. Birtəhər sağalmışıq”. (Olay)