Month: October 2025

  • Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurdu

    Lənkəranda elektrik cərəyanı vurma hadisəsi olub.

    Hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.

    Belə ki, mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Əmənovu elektrik cərəyanı vurub.

    O ətrafda olan şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edilib

    Oktyabrın 24-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

    Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

    Zərərçəkmiş şəxs Fikrət Cavad oğlu Vəliyevin elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən, o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Ürüzə Xanlar qızı Vəliyevanı, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Anar İslam oğlu Əhmədovu görüb. O, ailə üzvləri və 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Həmin gün səhər meşədə bacısının qayınanası Durna Əhmədova və sonuncunun oğlu Rafiq Əhmədov və digərləri ilə rastlaşdıqda onlar Ağdam rayonunun Şelli kəndi yaxınlığında, Xocalı rayonu ərazisində yerləşən Qaraqaya adlanan yerdə olan Xocalı sakinlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində müəyyən hissəsinin öldürüldüyünü və bir hissəsinin qaça bildiyini söyləyiblər. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

    Dumanlı hava şəraiti və bələdçilərinin olmaması ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Zəhra Sarı qızı Bağırova, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. Onlar girov götürülərək həmin kənddə yerləşən mal tövləsinə oxşar tikilidə saxlanılıblar. Burada işgəncələrə məruz qalıblar. Ona vurulan zərbələrdən kürəyinə şal ilə bağladığı azyaşlı Anar Əhmədov yerə düşüb. Adını bilmədiyi Ermənistan hərbçisinin uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Anarı əlindən alıb kürəyi üstə yerə ataraq Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib. Üstlərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Fermada onunla birlikdə digər qohumları da girov qismində saxlanılıblar. Həmin gün Ermənistan hərbçiləri girovların arasından gəncləri – Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri və ardınca avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Naxçıvanda duz istehsalı dayandırıldı

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

    Bu barədə nazirlikdən bildirilib.

    Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.

    Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.

  • На вершине Манаслу в Непале застряла группа альпинистов из России

    Группа российских альпинистов застряла на вершине Манаслу в Непале.

    Об этом сообщает Telegram-канал SHOT.

    С высоты 8 163 метра они не могут спуститься на протяжении нескольких дней.

    Альпинисты под руководством Андрея Васильева поднялись на Манаслу 22 октября. Восхождение заняло пять дней.

    Однако при спуске альпинисты столкнулись с трудностями: возник сильный ветер и снегопад. В результате ухудшения погодных условий резко снизилась видимость, что, в свою очередь, делает спуск практически невозможным.

    Спортсмены смогли связаться со спасателями и запросить помощь.

    В настоящее время, как отмечается в публикации, альпинистам приходится ночевать в палатке. При этом температура воздуха составляет минус 28 градусов по Цельсию, а скорость ветра достигает 42 километров в час.

    Манаслу – гора в Гималаях, главная вершина которой – восьмой по высоте восьмитысячник мира. Манаслу входит в состав горного массива Мансири-Гимал, расположенного на севере центральной части Непала.

  • Rusiyalı alpinistlər çətin durumda: 8163 metrlik zirvədən enə bilmirlər

    Rusiyalı alpinistlər qrupu Nepalda, Manaslu zirvəsində çətin durumda qalıblar.

    Bu barədə məlumatı “Life SHOT” yayıb.

    Məlumatda deyilir: “Alpinistlər artıq bir neçə gündür 8163 metr yüksəklikdən enə bilmirlər”.

    Bildirilir ki, Andrey Vasilyevin rəhbərliyi ilə beş alpinist oktyabrın 22-də Manaslu zirvəsinə qalxıb. Onlar bu yolu yeni marşrutla beş günə qət ediblər. Lakin şiddətli külək və güclü qarla müşayiət olunan əlverişsiz hava şəraiti onların enməsinə imkan vermir.

    Vasilyevin komandası plato boyunca piyada 7100 metr yüksəkliyə qədər enməyi, sonra isə Avstriya marşrutuna çıxmağı planlaşdırırmış, lakin görüntünün pis olması səbəbindən yalnız kiçik bir məsafəni qət edə bilib. Xoşbəxtlikdən, alpinistlər yerli xilasetmə xidməti ilə əlaqə saxlayaraq kömək istəyə biliblər. Onların sözlərinə görə, artıq gücləri tükənmək üzrədir.

  • Владимир Путин позвонил Ильхаму Алиеву

    24 октября президент России Владимир Путин позвонил своему азербайджанскому коллеге Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    В продолжение встречи, проведенной 9 октября в рамках заседания Совета глав государств СНГ в Душанбе, лидеры обсудили ряд актуальных вопросов двусторонней повестки дня.

    Главы государств подтвердили взаимный настрой на дальнейшее развитие торгово-экономических связей, реализацию совместных проектов в энергетической и транспортно-логистической сферах.

    В ходе телефонного разговора были затронуты некоторые аспекты регионального сотрудничества и международной ситуации.

    Условлено о продолжении контактов на различных уровнях.

  • Vladimir Putin İlham Əliyevə zəng edib

    Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

    Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

    Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.

    Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

  • Задержан адвокат, деятельность которого была приостановлена некоторое время назад – ФОТО

    В Гяндже задержан известный адвокат.

    Как сообщает Unikal, Забиль Гахраманов был задержан сотрудниками Главного управления полиции города Гянджа.

    Причина его задержания пока неизвестна.

    Отметим, что ранее адвокатская деятельность Забиля Гахраманова была приостановлена на 6 месяцев согласно решению президиума Коллегии адвокатов.

    По данному факту проводится расследование.

  • İlkin Süleymanovun vəkili SAXLANILDI – FOTO

    Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Z.Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

    Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

    Onun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

    Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

    Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkilliyinin altı ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

    Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.

  • Dövlət xidmətinin müharibə iştirakçısı olan əməkdaşı vəfat edib

    Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı vəfat edib.

    Bu barədə qurumdan bildirilib.

    Məlumata görə, xidmətin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin əməkdaşı və Vətən müharibəsi iştirakçısı Vüsal Qurbanlı dünyasını dəyişib.