Month: October 2025

  • MİQ imtahanı pullu olacaq

    Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.

    “Unikal” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

    Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

    Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Layihədə qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

    Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

    Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

    Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Prezidentin rəis təyin etdiyi Sərdar Səfərov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.

    Median.Az Sərdar Səfərovun dosyesini təqdim edir:

    Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub.

    Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarm Zabitlər Məktəbini və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

    1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.

    2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin idarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

    S.Səfərov 2023-cü ilin oktyabrında Xankəndiyə komendant təyin olub və İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Prezidentə raport verib.

    O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.

    “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

  • Qəzzanın minalardan təmizlənməsi 30 il çəkə bilər

    Mühasirədə olan Fələstin anklavında BMT-nin himayəsi altında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsinin sözlərinə görə, Qəzzanın təmizlənməsi və İsrailin iki illik hərbi əməliyyatlarından sonra Zolaqda qalan partlamamış mina və mərmilərin məhv edilməsi təxminən 30 il çəkə bilər.

    Bu barədə “Maan” xəbər agentliyi məlumat dərc edib.

    “Zollaq minalanmış sahəyə çevrilib və İsrailin atəşi və bombalaması nəticəsində anklavda qalan partlamamış bomba və mərmilərin çıxarılması 20-30 il çəkə bilər”, – agnetlik QHT nümayəndəsindən sitat gətirib.

    Bundan əlavə, bildirilir ki, Qəzzada bütün partlamamış hərbi sursatları təmizləmək “sadəcə mümkün deyil”, çünki onların çoxu yerin çox dərinliyində yerləşir.

  • General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi – SƏRƏNCAM

    General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət

    Bakı şəhəri, Səbail rayonunda qadının pul kisəsini soyğunçuluqla əlindən alan şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən şəxsi – 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: “İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni məqsədli şəkildə törətdim. Fikirləşirdim cəza alıb türməyə düşsəm, bəlkə düzələrəm”.

    Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərçəkənə 56 manat maddi ziyan dəyib.

    Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

    Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • Ödəmə terminalından oğurluq edildi – VİDEO

    Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.

    E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət

    Bakı şəhəri, Səbail rayonunda qadının pul kisəsini soyğunçuluqla əlindən alan şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən şəxsi – 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: “İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni məqsədli şəkildə törətdim. Fikirləşirdim cəza alıb türməyə düşsəm, bəlkə düzələrəm”.

    Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərçəkənə 56 manat maddi ziyan dəyib.

    Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

    Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • Очередная группа переселенцев уже прибыла в село Дашбулаг, семьям вручены ключи от домов

    В село Дашбулаг Ходжалинского района отправилась очередная группа переселенцев из 8 семей в составе 24 человек.

    Как передает Report, семьи бывших вынужденных переселенцев ранее проживали в разных уголках республики, в основном в общежитиях, санаториях и административных зданиях.

    Очередная группа переселенцев уже прибыла в село Дашбулаг, семьям вручены ключи от домов.

    В церемонии вручения ключей приняли участие представители специального представительства Президента в городе Ханкенди, Агдеринском и Ходжалинском районах и Государственного комитета по делам беженцев и вынужденных переселенцев.

    Отметим, что число семей, переселенных в село Дашбулаг, достигло 21 (91 человек).

    Сегодня в село Сейидбейли Ходжалинского района также переселились 18 семей (61 человек).

  • Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub

    Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, sözügedən köç karvanı artıq kəndə çatıb.

    Ailələrə evlərinin açarları təqdim olunub.

    Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

    Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib.

    Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.

    Qeyd edək ki, bu gün Xocalının Seyidbəyli kəndinə də 18 ailə (61 nəfər) köçürülüb.

  • Bu halda Rusiya bazası Ermənistandan çıxarıla bilər

    Əgər hakim partiya qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiyanın 102-ci hərbi bazası və Rusiya sərhəd xidmətinin bölmələri Ermənistandan çıxarıla bilər.

    Bunu siyasi ekspert Armen Badalyan deyib.

    Onun fikrincə, ölkədə Rusiya hərbi və iqtisadi strukturlarının olması mövcud siyasi kursun məntiqinə ziddir: “Qlobalist məkanda Rusiyanın hərbi-iqtisadi mövcudluğu ola bilməz. Bu səbəbdən “Elseti Ermənistan” milliləşdirilib və “Qazprom” da Ermənistan bazarını tərk edəcək. Hətta artıq ərzaq tədarükü də yönləndirilir – Qazaxıstandan taxıl idxal olunmağa başlayıb”.

    Badalyan hesab edir ki, Rusiyanı regiondan sıxışdırmaq üçün addımlar atılan indiki şəraitdə Moskva birbaşa və ya dolayısı ilə müxalifət qüvvələrinin müttəfiqi kimi görünə bilər.
    //unikal.az