Month: October 2025

  • Zaqatalada oğlu döyülən atanın ÜRƏYİ PARTLADI

    Bir neçə gün əvvəl Zaqatalada 41 yaşlı İsgəndər Musayev ölümcül döyülüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev ötən gecə ürək çatışmazlığından ölüb.

    Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıblar.

  • В следующем году планируется привлечь более 17 000 соискателей к профподготовке

    Прогнозируемые расходы на профессиональную подготовку и дополнительное образование, которые будут организованы в следующем году с целью подготовки безработных и соискателей работы в стране в качестве конкурентоспособной рабочей силы в соответствии с требованиями рынка труда, составляют 26 млн манатов.

    Это отражено в бюджетном пакете на 2026 год, представленном в Милли Меджлис.

    Согласно документу, планируется привлечь 17 500 безработных и соискателей работы к профессиональной подготовке, что на 1 500 человек больше по сравнению с 2025 годом.

    В рамках этого предусмотрено выделение 16.7 млн маната на организацию профессиональной подготовки, 7.9 млн маната – на выплату стипендий, 0.5 млн маната – на курсы международной сертификации, 0.5 млн маната – на форум по продвижению профессиональной подготовки, 0.4 млн маната – на подготовку наглядных учебных материалов по профессиям, преподаваемым в центрах профессиональной подготовки.

  • Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır

    Gələn il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimi hazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı və əlavə təhsil tədbirləri üçün proqnozlaşdırılan xərclər 26 milyon manat təşkil edir.

    Bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb.

    Sənədə əsasən 17 500 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 1 500 nəfər çoxdur.

    Bu çərçivədə peşə hazırlığının təşkili üçün 16.7 milyon manat, təqaüdlərin ödənilməsinə 7.9 milyon manat, beynəlxalq sertifikasiya kurslarına 0.5 milyon manat, peşə hazırlığının təbliğatı forumu üçün 0.5 milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının hazırlanması üçün 0.4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

  • “Sputnik Azərbaycan”ın daha bir əməkdaşı sərbəst buraxıldı

    Xətai Rayon Məhkəməsinin qərarı ilə həbsdə olan Rusiyaya məxsus “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin daha bir əməkdaşı sərbəst buraxılıb.

    Median.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, məhkəmə bu gün Yevgeni Belousovu ev dustaqlığına buraxıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da həbsdən azad edilib və Rusiyaya yola salınıb.

  • İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı

    Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Bakıda qadın tualetdə yıxılıb öldü

    Bakıda qadın faciəvi şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda eyniadlı qəsəbədə baş verib.

    Qəsəbə sakini 72 yaşlı Sahibə İlyas qızı Ayvazova yaşadığı evin sanitar qovşağında yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Судья Верховного суда Нахчыванской Автономной Республики освобожден от должности

    Судья Верховного суда Нахчыванской Автономной Республики освобожден от должности.

    Этот вопрос был вынесен на обсуждение на сегодняшнем заседании Милли Меджлиса.

    Фарман Мамед оглу Аббасов освобожден от должности судьи в связи с изменением должностной позиции.
    //oxu.az

  • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

    Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar hakim vəzifəsindən azad edilib.
    //oxu.az

  • В Азербайджане упрощены процедуры отбора судей

    В Азербайджане упрощены процедуры отбора судей.

    Как сообщает Oxu.Az, об этом заявил заместитель председателя Верховного суда Чингиз Аскеров на сегодняшнем заседании парламента.

    Он отметил, что если раньше процесс отбора судей длился 2.5 года, то сегодня процесс отбора сокращен до 1 года, а также количество экзаменов снижено с 7 до 2.

  • Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb

    “Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb”.

    Bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

    O bildirib ki, əvvəllər hakimlərin seçilməsi müddəti 2 il yarım davam edirdisə, bu gün seçilmə prosesi 1 ilə qədər, həmçinin, imtahanların sayı da 7-dən 2-ə endirilib.
    //oxu.az