Month: October 2025

  • Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Sədrlik edən Zeynal Ağayev bildirib ki, 82 nəfər zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

    Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

    Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

    Zərərçəkmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişi qırılıb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında “ruletka” oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

    Tağıyev Talıb Əzim oğlu ifadəsində göstərib ki, 1991-ci il aprelin 10-da Cəbrayıl rayonunun Havıslı kəndi yaxınlığında Ermənistan hərbçiləri onun, eləcə də Əsədullayev Qubad Cavad oğlunun və Məmmədov Qara Salman oğlunun olduğu “Jiquli” markalı avtomobili saxlayaraq Hadrut polis şöbəsinə aparıb və orada onlara işgəncə veriblər. Eləcə də hadisədən sonra bu fakt üzrə aparılmış araşdırmanın gedişində həmin dövrdə keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona işgəncə vermiş V.E.Martirosyan, M.Q.Konstandov və P.M.Ayriyanı tanıyıb.

    Ağayev İlham Cabir oğlu elan olunan ifadəsində bildirib ki, o, 1994-cü il mayın 5-də Tərtər rayonundakı 3-cü Sovxoz adlanan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb və əsir götürülüb. Təxminən bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra onu Şuşa həbsxanasına aparıblar. Qaradağlıda saxlanıldığı müddətdə yaralarına baxılmadığından səhhəti ağırlaşıb. Bu səbəbdən onu Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndəriblər. Uşaq xəstəxanasında Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülmüş digər azərbaycanlılar da saxlanılıb. 1994-cü il iyunun axırında onu Şuşa həbsxanasına aparıblar. Zərərçəkmiş bildirib ki, uşaq xəstəxanasında Kamo adlı nəzarətçi orada əsirləri və girovları döyürdü. Daha sonra onu Şuşaya, oradan da Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. Orada əsir və girovların sayı təxminən 50 nəfər olub. Ağbulaqda saxlanılan zaman da ağır işgəncələrə məruz qalıb.

    Zərərçəkmiş Rəhimov Vahid Qaroğlan oğlu ifadəsində göstərib ki, 1993-cü il avqustun 28-də Qubadlı rayonunun Xanlıq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən həyat yoldaşı Fadina Qalina Gennadiyevna ilə birlikdə girov götürülüb, avtomat silahın qundağı, yumruq-təpiklə döyülərək 1 gün su anbarında, daha sonra Hadrut qəsəbəsində saxlanılıb. Onlar girovluqda saxlandığı müddət ərzində də dəfələrlə ağır işgəncələrə məruz qalıblar.

    Digər zərərçəkmiş Rasim Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərminin onun yanına düşməsi nəticəsində xəsarət alıb, huşunu itirərək yerə yıxılıb, ayıldıqda “Niva” markalı avtomobildə olduğunu və girov götürüldüyünü bilib. İki-üç həftə bilmədiyi yerdə saxlanılıb, daha sonra Ermənistanın Gorus rayon ərazisində yerləşən fermaya gətiriblər. Orada döyülüb, pis rəftara və ağır işgəncələrə məruz qalıb. Daha sonra Gümrüyə aparılıb. Orada ondan başqa adlarını unutduğu təxminən 15-20 nəfər azərbaycanlı əsir və girov da olub.

    Zərərçəkmiş Abdullayev Nazim Şakir oğlu ifadəsində göstərib ki, o, 1988-1992-ci illərdə Azərbaycanın cənub su layihələşdirmə institutunda topoqraf-mühəndis işləyib. 1991-ci il noyabrın 15-də Xankəndi şəhəri ilə Şuşa şəhərinin arasında əsir götürülüb. Üç gün ərzində onu mütəmadi olaraq vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar.

    Zərərçəkmiş Rəhimov İlham Allahverən oğlunun ifadəsinə əsasən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı o, Əvəz Mirzəyev, Rafiq Mustafayev, Xankişi Həsənov, Fəxrəddin Bəhramov yaralanıb, Asif Həsənov, Şahmar İbrahimov, Müseyib Nəsibov, Nəsib Rüstəmov, Yasin Rəhmənov və Hətəm Bəhramov həlak olublar.

    Əhmədov Niyyət Binnət oğlu ifadəsində göstərib ki, o, 1993-cü il aprelin 18-də atası Binnət, anası Busat, bacıları Zövqiyyə, Şərqiyə, Arzu, qonşuları Zübeydə, Şamama və digərləri canlarını qurtarmaq üçün yaşadıqları Kəlbəcər rayonunun Başlıbel kəndində olan daş mağarada gizləniblər. Həmin gün Ermənistan hərbçiləri onların gizləndikləri mağaranı atəşə tutublar. Qohumlarından olan Busat, bacısı Zövqiyyə, Gülgəs, Əhliman, Çiçək, Yaqut, Hüseyn, Məhəmməd, Aygün, Surxay və Çingiz güllə yarasından ölüblər. O, sağ qalmış və yaralanan digər qohumları girov götürülüblər. Sonra Ermənistan hərbçisi atası Binnəti güllə ilə vuraraq, qol və sinə nahiyələrindən yaralayıb. Onu və digər sağ qalan qohumlarını Xankəndi şəhərinə aparıblar. Ermənistan hərbçiləri onu və digər yaralı qohumlarını Xankəndi Şəhər Uşaq Xəstəxanasında, digərlərini isə Xankəndi şəhər uşaq bağçasında yerləşdiriblər. Orada erməni həkimləri ona heç bir ağrıkəsici dərman verməyib, əksinə, işgəncə verərək gözünün və ayağının yarasına zərbələr yetirib, çirkli bintlə sarıyıblar. Təxminən 8 ay müddətində xəstəxanada saxlanılıb. Zərərçəkmiş bildirib ki, orada nəzarətçilərin yaralı azərbaycanlı əsirlərə ağır işgəncələr verməsinə şahid olub.

    Zərərçəkmiş Əliyeva Solmaz Dəmir qızı ifadəsində bildirib ki, Ermənistan hərbçiləri 1992-ci il mayın 8-də Şuşaya hücum edib. Həmin vaxt o, ailə üzvləri və qohumları ilə evlərinin zirzəmisində gizləniblər. Bir gün sonra Ermənistan hərbçiləri onu və qohumlarını girov götürüblər. Girov götürdükdən sonra avtomat silahın qundağı və təpiklə vuraraq, onları yük avtomobilinə mindirib Xankəndi şəhərində yerləşən təcridxanaya aparıblar. Orada kişiləri döydükdən sonra ayırıblar və qadınlarla uşaqları bir kameraya salıblar. Dörd gün ərzində onlara yeməyə heç nə verməyiblər. Hər gün onları ölümlə hədələyərək təhqir ediblər.

    Zərərçəkmiş Məmmədov Qadir İmamqulu oğlu ifadəsində göstərib ki, o, 1993-cü il avqustun 20-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İlyarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra onu Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. İyirmi gündən sonra girovluqdan qaçıb və Ağcabədi rayonuna gəlib. Əsirlikdə olan zaman işgəncələrə məruz qalıb.

    Xocalı sakini Əliyeva Ətrabə Əhməd qızı ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də saat 23 radələrində Ermənistan hərbçiləri şəhəri atəşə tutub. O, yaxınları ilə birlikdə meşəyə gedərək Ağdam rayonu istiqamətində hərəkət edib. Yolda Ermənistan hərbçilərinin onları atəşə tutması nəticəsində bacısı Məlahətin əri Tapdıq və 8 yaşlı qızı həlak olub. Onlar ikinci dəfə atəşə tutulanda sol ayağından yaralanıb, böyük çətinliklə Ağdam rayonunun Şelli kəndinə gəliblər.

    Xocalı şəhər sakini Əzizov Arif Qüdrət oğlu ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-sı saat 20 radələrinə kimi digər azərbaycanlı sakinlərlə birlikdə Xocalı şəhərində zirzəmidə gizlənib, daha sonra Naxçıvanlı kəndi istiqamətində meşəyə gediblər. Fevralın 27-də saat təxminən 8 radələrində Ermənistan hərbçiləri onları Naxçıvanlı kəndində mühasirəyə alıb girov götürüblər.

    1965-ci il təvəllüdlü Xocalı şəhər sakini Vəliyev Fikrət Cavad oğlu ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də gecə saatlarında şəhər dörd bir tərəfdən tank və zirehli texnikadan atəşə tutulub, evlər yandırılıb. Soyqırımı zamanı qardaşı Füzuli itkin düşüb, bacısı Sürəyya Vəliyeva, habelə Eldar və Rəfil Əhmədovlar, Ülfət Əliyev meşədə qalıb və onlardan da heç bir xəbər yoxdur.

    Məhkəmə iclasında digər zərərçəkmiş şəxslərin də ifadələri elan olunub.

    Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ

    “Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər”.

    Median.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, hazırda testlər DİM-in binasında keçirilir, lakin yaxın müddətdə platformanın onlayn versiyası da istifadəyə veriləcək:

    “Yaxın vaxtlarda testləri onlayn formada təqdim etməyi planlaşdırırıq ki, hər kəs evdən keçə bilsin. Əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda, insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər mərkəzin psixoloqlarına müraciət edə bilərlər”.

    Məleykə Abbaszadə qeyd edib ki, testdən sonra psixoloqlarla individual məsləhət almaq mümkündür, lakin hələlik bu xidmətə müraciət edənlərin sayı azdır.

    Testlərin müddəti və sualların həcminə gəlincə, DİM sədri bildirib ki, bu testlər ciddi elmi əsaslarla hazırlanıb və onların “yüngülləşdirilməsi” məqsədəuyğun deyil:

    “Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir”.

    O həmçinin əlavə edib ki, hazırda testlər oflayn şəkildə pulsuz keçirilir, lakin onlayn versiya ödənişli olacaq:

    “Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib. Bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”.

    Abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdığı çətinliklərə toxunan M.Abbaszadə bildirib ki, bir çox hallarda valideynlər və şagirdlər qərarı yanlış verir, nəticədə hətta yüksək bal toplayan abituriyentlər belə qəbul ola bilmirlər.

    “Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur – uşaqlar öz meyillərinə əsasən peşə seçsinlər”.

    Onun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri (AMM) bu sahədə ödənişsiz xidmət göstərir:

    “Bu mərkəzlərdə süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər”.

  • Tramp “Binance”ın qurucusunu əfv etdi

    ABŞ Prezidenti Donald Tramp kriptovalyuta birjası “Binance”ın qurucusu və keçmiş direktoru Çanpen Çjaonu əfv edib.

    Median.Az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

    2024-cü ilin may ayında Çanpen Çjao ABŞ-də maliyyə cinayətlərinə görə dörd aylıq həbs cəzasına məhkum edilmişdi.

    Qeyd olunurdu ki, hökm ABŞ prokurorlarının tələb etdiyi üç illik müddətdən xeyli azdır.

  • 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək – MƏBLƏĞ

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınmasına çəkdiyi xərc açıqlanıb.

    Bu barədə İqtisadiyyat.az-ın əldə etdiyi məlumatda bildirilir.

    Belə ki, AXA-nın tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması ilə bağlı avqustun 20-də elan etdiyi tenderi bu günlərdə yekunlaşdırıb.

    Məlumata görə, satınalma müsabiqəsinin qalibi ölkəmizdə əczaçılıq məhsullarının idxalı və satışı ilə məşğul olan “Epidbiomed” şirkəti olub. Şirkət 5,2 milyon doza peyvəndin satışına görə Agentliyə 3 milyon 452 min 800 manat ödəniş təklif edib. Hazırda satınalma razılaşma mərhələsindədir.

    Xatırladaq ki, AXA bu ilin yanvarın 7-də Türkiyənin ŞAP İnstitutu tərəfindən dabaq xəstəliyinə qarşı istehsal edilən vaksinin satın alınmasına görə 4 milyon 326 min manat vəsait xərcləyib.

  • Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısının döyülməsi ilə bağlı iddialara TƏBİB-dən açıqlama verilib.

    TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində TƏBİB-ə daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.

    X.Cümşüdova müraciətlərində “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.

    Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.

    Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.

    Əmrdən narazı qalan X.Cümşüdova “əmrin ləğvi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.

    İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.

    X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır.

  • Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?

    Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının fermerlərdən hədə-qorxu yolu ilə rüşvət aldığı iddia edilib.

    Bu barədə “Gündəlik Naxçıvan”a fermerlər məlumat verib.

    Fermerlərin sözlərinə görə, mal-heyvan bazarlarına, iaşə obyektlərinə və digər satış yerlərinə məhsul çıxaran fermerlər hədəf nöqtəsidir:

    “Günün 24 saatı bazara məhsul aparan fermerlərdən pul tələb olunur. Bunun qarşılığında guya laboratoriya baxışından keçid kağızı verirlər. Pul verməyənlərə də “məhsul yararsızdır” aktı yazıb, cərimələyirlər”.

    Məsələ ilə bağlı Oxu.Az Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.

    Cavabda deyilir:

    “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) olaraq son günlər bəzi sosial şəbəkələrdə yayılan böhtan xarakterli məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarına əsasən ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış və ya şəhadətnamə verildikdə yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.66.1-ci maddəsinə əsasən baytarlıq şəhadətnaməsinin verilməsinə (bir sənəd) – 10 manat məbləğində dövlət rüsumu təyin edilib.

    Agentliyin əməkdaşları tərəfindən bu sahədə həyata keçirilən nəzarət tədbirləri mövcud qanunvericiliyə uyğun şəkildə aparılır.

    Eyni zamanda, Agentlik bu kimi iddialarla bağlı konkret faktlar təqdim etməyi, qeyri qanuni hesab etdikləri hər hansı hallarla üzləşdikdə +994 (36) 545-28-83 nömrəsinə zəng etməyi və ya rəsmi e-poçt ünvanına (info@nfsa.gov.az) məlumat verməyi vətəndaşlardan xahiş edir”.

  • Рэпера P.Diddy пытались убить в тюрьме

    Рэпера P.Diddy пытались убить в тюрьме, один из злоумышленников слишком близко подошел к Шону Комбсу (настоящее имя музыканта), чтобы прижать клинок к его горлу.

    Об этом пишет Daily Mail со ссылкой на друга артиста.

    Приятель Diddy Чарлуччи Финни утверждает, что заключенный, вооруженный ножом, пробрался в нью-йоркскую тюремную камеру артиста и мог убить его во сне.

    «Я не знаю, отбился ли он от него или пришли охранники, просто знаю, что это произошло. Если бы этот парень хотел причинить ему вред, Шон бы пострадал. Наверное, это был способ сказать: В следующий раз тебе не так повезет. Все это запугивание», – сообщил он.

    Адвокаты рэпера несколько раз говорили об угрозе насилия во время судебного процесса в отношении Diddy о секс-торговле.

  • В Баку обнаружено тело официанта: загадочная смерть в доме торжеств

    В Баку в одном из домов торжеств обнаружено тело юноши.

    Как сообщает Median.Az со ссылкой на lent.az, инцидент произошел в ресторане, расположенном на улице Микаила Алиева в Низаминском районе столицы.

    Согласно информации, здесь было найдено тело 20-летнего Нурлана Алиева, работавшего официантом. Причины смерти юноши пока не установлены.

    По данному факту проводится расследование.

  • Bakıda şadlıq evindən MEYİT TAPILDI

    Bakıda şadlıq evində ölüm hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birində qeydə alınıb.

    Burada ofisiant işləyən 20 yaşlı Nurlan Abuzər oğlu Əliyevin meyiti tapılıb. Gəncin hansı səbəbdən öldüyü məlum deyil.

    Hazırda araşdırma aparılır.

  • Сын главы ИВ получил высокую должность

    Кянан Алиев назначен руководителем аппарата Государственного агентства по туризму Азербайджана.

    Соответствующий приказ уже подписан. Он приступил к исполнению обязанностей в октябре этого года.

    Отметим, что Кянан Алиев родился 20 января 1993 года в Баку. В 2009 году окончил среднюю школу при Западном университете. В 2011-2014 годах получил степень бакалавра в Бизнес-школе Манчестерского университета, а в 2014-2015-х – степень магистра по управлению человеческими ресурсами в Лондонской школе экономики и политических наук.

    В 2023-2024 годах он прошел обучение по программе Executive MBA в Бизнес-школе Университета İE в испанском Мадриде, окончив ее с отличием.

    Свою карьеру Кянан Алиев начал в 2016 году в качестве специалиста по кадрам в Департаменте человеческих ресурсов SOCAR. В 2017-2021 годах он занимал должности советника и ведущего советника в отделе по вопросам молодежной политики и спорта Администрации Президента Азербайджанской Республики.

    В 2021-2022 годах исполнял обязанности руководителя сектора в отделе международных связей Государственного агентства по туризму. С сентября 2022 года по август 2025-го работал аналитиком в департаменте исследования рынка и туристических продуктов в Главном офисе Всемирной туристской организации (UN Tourism) в Мадриде.

    Отметим, что, по информации Qafqazinfo, Кянан Алиев является сыном главы Исполнительной власти (ИВ) Самухского района Фирдовси Алиева.