Month: October 2025

  • Adıyamanda və Ərzurumda zəlzələ oldu

    Türkiyənin Adıyaman və Ərzurum bölgələrində zəlzələ baş verib.

    Median.Az AFAD-a istinadən xəbər verir ki, Adıyamanın Sincik rayonunda 3.8 bal, Ərzurumun Palandöken bölgəsində isə 3.5 bal gücündə zəlzələ qeydə alınıb.

    Təbii fəlakət oktyabrın 24-də yerli vaxtla saat 5:04-də Adıyamanda, 6:07-də isə Ərzurumda baş verib.

    Zəlzələnin dərinliyi Adıyamanda 9.34 km, Ərzurumda 9.93 km-də olub.

    İlkin məlumata görə, itki və dağıntı qeydə alınmayıb.

  • На скотном рынке Бейлаганского района обнаружены серьезные нарушения

    Сотрудниками Агентства продовольственной безопасности Азербайджана (АПБА), Агентства аграрных услуг Министерства сельского хозяйства и Министерства внутренних дел был проведен мониторинг на рынке животных, расположенном в селе Икинджи Ашыглы Бейлаганского района. В ходе проверки на месте были оценены процессы содержания, продажи и транспортировки животных, а также санитарно-гигиеническая обстановка на рынке.

    Об этом сообщили в АПБА.

    Отмечается, что, несмотря на данные в ходе проверок указания, на рынке были выявлены некоторые нарушения. Для устранения выявленных нарушений владельцу рынка даны обязательные для исполнения указания.

    В АПБА отметили, что совместное содержание, продажа и транспортировка животных различного происхождения на животноводческих рынках может привести к распространению возбудителей инфекции, увеличивая тем самым риск возникновения инфекционных заболеваний на территории страны.

    В целях предотвращения этих рисков, согласно соответствующему решению, подписанному главным государственным ветеринарным инспектором республики, с 25 октября 2025 года на животноводческих рынках, действующих на территории страны, будут поэтапно применяться временные ограничения для проведения оздоровительных мероприятий.

  • Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq, bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib.

    AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

    Bu risklərin qarşısının alınması məqsədilə, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

  • Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb

    Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb.

    Hadisə oktyabrın 18-də Xətai rayonunda qeydə alınıb.

    Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi “Isuzu” markalı, 12 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusla piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Nəticədə piyada oktyabrın 23-də müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • В 2026 году почти 44% доходов бюджета составят налоги

    В 2026 году 16 миллиардов 910 миллионов манатов, или 43.8% доходов государственного бюджета, составят поступления по линии Государственной налоговой службы Азербайджана.

    Это отражено в бюджетном пакете на 2026 год, представленном в Милли Меджлис.

    Из общей суммы доходов бюджета 12 миллиардов 835 миллионов манатов (33.2%) составят трансферты из Государственного нефтяного фонда Азербайджана, 6 миллиардов 862 миллиона манатов (17.8%) – поступления по линии Государственного таможенного комитета Азербайджана, 1 миллиард 21 миллион манатов (2.6%) – платные услуги бюджетных организаций, а 981 миллион манатов (2.6%) – другие доходы.

    Прогнозируемый объём поступлений по линии Государственной налоговой службы составит 12.6% от валового внутреннего продукта (ВВП), что на 1 миллиард 410 миллионов манатов, или 9.1%, больше прогноза текущего года и на 1 миллиард 102 миллиона манатов, или 7%, больше показателя исполнения бюджета за 2024 год.

  • Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək

    2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı və ya 43.8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

    Bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb

    Büdcə gəlirlərinin 12 milyard 835 milyon manatı (33.2%) Dövlət Neft Fondundan transfertlər, 6 milyard 862 milyon manatı (17.8%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1 milyard 21 milyon manatı (2.6%) büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 981 milyon manatı (2.6%) isə digər gəlirlər hesabına formalaşacaq.

    Dövlət Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların məbləği ümumi daxili məhsulun (ÜDM) 12.6%-i həcmində olmaqla cari ilin proqnozu ilə müqayisədə 1 milyard 410 milyon manat və ya 9.1%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 102 milyon manat və ya 7% çoxdur.

  • İlin sonunadək iki dəfə Super Ay hadisəsi müşahidə olunacaq

    5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360 000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7-14% böyük və təxminən 15-30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.

    Qeyd edilib ki, Ayın Yerdən məsafəsi noyabrın 5-də 356 832 km, dekabrın 4-də isə 356 961 km təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 508 km, 2016-cı noyabrın 14-də 356 509 km, 2018-ci il yanvarın 1-də 356 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.

    “Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər”, – məlumatda deyilir

  • 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır

    “Azəristiliktəchizat” ASC xidməti avtomobil almaq üçün tender elan edib.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, ASC 1 ədəd xidməti avtomobilin alınması üçün 100 min 100 manat pul ayırıb.

    Tenderin şərtlərinə əsasən, avtomobilin buraxılış ili 2025, mühərriki 2.2-2.5 hibrid, sürətlər qutusu isə avtomot olmalıdır.

    Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyevdir. O, bu ilin mayında ASC-yə sədr təyin edilib.

  • Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi

    ABŞ-da bir kişi törətmədiyi cinayətə görə 43 il həbsxanada yatıb.

    Bu barədə “LADbible” məlumat yayıb.

    43 il əvvəl 64 yaşlı Subrahmanyam Vedam keçmiş otaq yoldaşı, 19 yaşlı Tom Kinserin qətlinə görə həbs edilib. Tələbənin güllə yarası almış cəsədi itkin düşdükdən 9 ay sonra tapılıb və Vedam əsas şübhəli hesab edilib. O, şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum olunub.

    On illər sonra onun təqsirsizliyi sübuta yetirilib və 2022-ci ildə bəraət alıb. Lakin azadlığa çıxdıqdan sonra ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri tərəfindən saxlanıldığı üçün ailəsi ilə görüşməyə belə vaxtı olmayıb.

    İndi Vedamın doqquz aylıq olarkən ABŞ-a gəldiyi Hindistana deportasiya edilməsi planlaşdırılır. ICE sözçüsü bildirib ki, Vedam agentlik onun deportasiyasını təşkil edənə qədər həbsdə saxlanılacaq.//qaynar.az

  • Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!

    Fəsil keçidləri, temperatur fərqlərinin artması və hava şəraitindəki dəyişikliklər insan orqanizminin tarazlığına ciddi təsir göstərir. Bu dövrlərdə xüsusilə ürək və damar xəstəliklərinin sayında artım müşahidə olunur.

    Qaynarinfo xəbər verir ki, kardioloq İsmayıl Erdoğu fəsil keçidlərinin ürək xəstələri üçün təhlükəli olduğunu bildirərək deyib: “Soyuq havalar ürək tutmalarını tətikləyə bilər. Bu dövrdə bədən istiliyini qorumaq və qidalanmaya diqqət yetirmək böyük əhəmiyyət daşıyır”.

    Ani istilik dəyişiklikləri damarların daralmasına, bununla da ürəyin yükünün artmasına səbəb olur. Soyuq havalarda ürək daha çox efor sərf etdiyindən, xroniki ürək xəstələrinin bu dövrdə daha diqqətli davranmaları tövsiyə olunur. Həkim xəbərdarlıq edib ki, açıq havada edilən qəfil və ağır idman hərəkətləri də ürək tutmasına səbəb ola bilər.

    İsmayıl Erdoğu bildirib ki, fəsil keçidləri zamanı insanların həyat tərzi və qidalanma vərdişləri dəyişir:

    “Yayda insanlar daha çox tərəvəz və meyvə yeyirlər, lakin qışda yağlı və daha ağır qidalar üstünlük təşkil edir. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. 40–45 yaşdan yuxarı, idmanla mütəmadi məşğul olmayan şəxslər ağır məşqlərdən çəkinməlidirlər. Soyuq havada, xüsusilə halı sahələrdə futbol oynamaq kimi fəaliyyətlər ani yorulma və soyuqla birlikdə ürək tutmasını tətikləyə bilər. Hazırda biz ürək tutmalarının artacağı bir dövrə daxil olmuşuq”.

    Həkim Erdoğu qeyd edib ki, ürək tutmalarından ölüm hallarının əsas səbəbi xəstələrin xəstəxanaya gec müraciət etməsidir:

    “Bəzi insanlar şikayətlərini ürək problemi ilə əlaqələndirmir və xəstəxanaya getmirlər. Halbuki risk faktorları olan şəxslərin vaxtında müraciəti həyati əhəmiyyət daşıyır. Tərəvəzlərdəki C və E vitaminləri damar sağlamlığı üçün çox önəmlidir. Qışda da gündəlik menyuda tərəvəz və salat mütləq yer almalıdır. Həftədə ən az iki dəfə balıq yemək soyuq havalarda qəfil ürək tutmalarının qarşısını ala bilər”.