Month: October 2025

  • Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb (Yenilənib)

    Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

    Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

    * * * * *

    Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

    Bu barədə Ombudsman Aparatının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

    “S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

    Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır”, – deyə məlumatda qeyd edilib.

  • Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədən idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan sildenafil maddəsi aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

    Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilib.

    “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

  • OpenAI намерена выйти на биржу с оценкой 1 трлн долларов

    OpenAI готовится к первичному размещению акций и хочет добиться, чтобы по его итогам стоимость компании составила 1 трлн долларов.

    Об этом со ссылкой сразу на несколько источников сообщает Reuters.

    В рамках IPO разработчик ChatGPT хочет привлечь 60 млрд долларов или даже больше. Тогда это будет крупнейшее первичное размещение акций за всю историю. Сейчас рекорд по сумме привлеченных средств в ходе IPO принадлежит Saudi Aramco, которая получила 25.6 млрд долларов в ходе размещения акций в 2019 году.

    Как утверждает Reuters, в OpenAI планируют подать заявку на проведение IPO во второй половине 2026 года, а сам листинг в таком случае состоится в начале 2027 года. Впрочем, сроки и суммы могут еще не раз измениться, отмечает Reuters.

  • “OpenAI”dən iddialı hədəf: Şirkət dəyərini 1 trilyon dollara çatdıracaq

    “OpenAI” səhmlərin ilkin ictimai təklif (IPO) yolu ilə yerləşdirilməsinə hazırlaşır və bu proses nəticəsində şirkətin dəyərinin 1 trilyon dollara çatmasını hədəfləyir.

    Bu barədə “Reuters” agentliyi bir neçə mənbəyə istinadən xəbər verir.

    “ChatGPT”nin yaradıcısı olan şirkət IPO çərçivəsində 60 milyard dollar və ya daha çox vəsait cəlb etməyi planlaşdırır. Bu, tarixdəki ən böyük ilkin ictimai təklif olacaq.

    Hazırda IPO üzrə rekord “Saudi Aramco” şirkətinə məxsusdur – o 2019-cu ildə səhmlərin yerləşdirilməsi nəticəsində 25,6 milyard dollar toplamağa nail olmuşdu.

    “OpenAI” IPO üçün müraciəti 2026-cı ilin ikinci yarısında təqdim etməyi planlaşdırır.

  • В Турции произошло землетрясение

    В Турции произошло землетрясение магнитудой 4.2.

    Как передает Median.Az со ссылкой на Управление по чрезвычайным ситуациям и стихийным бедствиям Турции (AFAD), подземные толчки были зафиксированы в 07:18 по местному времени (08:18 по Баку – ред.)в районе Сындыргы провинции Балыкесир.

    Очаг землетрясения залегал на глубине 12.9 километра.

    Отметим, что 27 октября в Балыкесире уже происходило землетрясение магнитудой 6.1.

  • Balıkesirdə yenə zəlzələ oldu

    Türkiyənin Balıkesir bölgəsində yenə zəlzələ olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sındırgı rayonunda 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

    Zəlzələnin dərinliyi 12.9 kilometrdə olub. Təbiət hadisəsi ətraf əyalət və rayonlarda da hiss olunub.

    İtki və dağıntı barədə məlumat verilməyib.

    Proqnozlara görə, regionda zəlzələ təhlükəsi bir müddət davam edəcək. Mütəxəssislər vətəndaşlara ağır və ya orta dərəcədə zədələnmiş binalara girməmələri ilə bağlı xəbərdarlıq ediblər.

    Xatırladaq ki, Balıkəsirdə oktyabrın 27-də 6.1 ballıq güclü zəlzələ olub. Yeraltı təkanlar ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

  • Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI – Video

    Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub

    Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Какие незаконные работы проводились в универмаге “Москва”?

    При осмотре здания универмага “Москва” на улице Мамедджафара Джафарова в Насиминском районе Баку, взятого под государственную охрану как памятник местного значения согласно постановлению Кабинета министров Азербайджанской Республики (АР) №132 от 2 августа 2001 года, были выявлены незаконные ремонтные работы.

    Об этом информирует Государственная служба по охране, развитию и реставрации культурного наследия при Министерстве культуры.

    Проверка показала, что без утверждения проекта и с грубым нарушением закона АР “о защите памятников истории и культуры” проводились масштабные ремонтно-строительные работы: снесены перегородки, на лестничной площадке установлена тяжёлая металлическая конструкция, залиты бетонные полы, в торговом зале возведены дополнительные магазины с использованием железных конструкций.

    Эти работы изменили первоначальную архитектурную конструкцию здания, нарушили внутреннюю планировку и поставили памятник под угрозу утраты подлинной ценности.

    Несмотря на предупреждения о необходимости приостановки работ и согласования проекта, владельцы здания ими пренебрегли.

    В соответствии со статьёй 231.2 Кодекса об административных проступках Азербайджана за проведение строительных работ без согласования и изменение внешнего вида охраняемых культурных ценностей был составлен административный протокол, направленный в Насиминский районный суд.

    Закон запрещает изменение художественно-эстетического облика памятников, их снос и любые работы, которые могут угрожать их сохранности. Все вмешательства допускаются только после утверждения проектов соответствующими органами, а нарушение законодательства влечёт уголовную, административную, дисциплинарную и гражданско-правовую ответственность.

    Государственная служба призывает граждан бережно относиться к историческому наследию и соблюдать законодательство о сохранении памятников.

    Здание универмага “Москва”, построенное в 1970-е годы, было открыто при участии общенационального лидера азербайджанского народа Гейдара Алиева и долгое время являлось крупнейшим торговым центром.

  • “Moskva” univermağında hansı qanunsuz işlər aparılıb? – AÇIQLAMA

    Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.

    Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir və söküntü işlərinin aparıldığı müəyyən edilib. Abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib.

    Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilən təmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşu dəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

    Qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindən məhəl qoyulmayıb.

    İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır:

    “Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri dövlət xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

    Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik”.

    Qeyd edək ki, 1970-ci illərdə inşa edilən “Moskva” univermağının binasının ulu öndər Heydər Əliyevin iştirakı ilə açılışı həyata keçirilib və dövrünün ən böyük ticarət mərkəzi kimi insanların xidmətinə verilib.

  • Стали известны подробности трагической смерти известной певицы в Баку (Обновлено)

    Стали известны новые подробности смерти певицы Влады Ахундовой.

    Как сообщает Oxu.Az, дорожно-транспортное происшествие произошло вчера.

    Когда Влада Ахундова выходила из автомобиля Toyota с государственным регистрационным номером 01-CH-477, в котором она находилась в качестве пассажира, ее сбил автомобиль Hyundai Elantra с госномером 77-SJ-148, за рулем которого находился Сейфулла Мехдизаде (2002 г.р.).

    Влада Ахундова скончалась на месте происшествия от полученных травм.

    * * * * *

    Погибшая в результате наезда автомобиля в Баку Влада Ахундова оказалась известной певицей.

    Как сообщает Median.Az, она принимала участие в конкурсе Səs Azərbaycan.

    * * * * *

    В Сабаильском районе Баку автомобиль сбил пешехода, в результате чего погибла 37-летняя женщина.

    Водитель автомобиля Hyundai Elantra Сейфулла Мехдизаде (2002 г.р.) сбил пешехода – Владу Ахундову (1988 г.р.), недалеко от Площади государственного флага.

    От полученных травм женщина скончалась на месте происшествия.

    По данному факту возбуждено уголовное дело.