Month: October 2025

  • Balakənin deputatı icra başçısının həbsi haqqında DANIŞDI

    İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxs saxlanılıb.

    Median.Az “Azxeber.com”a istinadən xəbər verir ki, Balakən rayonundan Milli Məclisə deputat seçilən Nəsib Məhəməliyev məsələyə münasibət bildirib.

    Deputat Nəsib Məhəməliyev bu hadisələr barədə əlavə məlumatının olmadığını, lakin həbslərin baş verməsi üçün kifayət qədər ciddi hüquqi əsasların mövcud olduğunu düşündüyünü bildirib.

    O qeyd edib ki, əməliyyat başa çatdıqdan sonra rəsmi qurumlar ətraflı açıqlama verəcəklər. Nəsib Məhəməliyev uzun illər Balakən rayonunu təmsil etdiyini və qəbullar zamanı rayon rəhbərliyi ilə bağlı şikayətlərin daxil olduğunu təsdiqləyib. Deputat bu müraciətlərin aidiyyəti qurumlara çatdırıldığını, lakin bəzi məsələlərə cavab verilmədiyini və buna tənqidi yanaşdığını qeyd edib. Şikayətlərin əsas istiqamətlərinin isə məmur özbaşınalığı, torpaq sahələrinin bölüşdürülməsi, iş yerlərinin itirilməsi ilə bağlı narazılıqlar olduğunu bildirib.

    “Balakən rayonunun icra başçısının həbsinin Ramiz Mehdiyevlə əlaqəsi ola bilərmi?” sualına cavab olaraq isə o qeyd edib:

    “Mən ehtimallarla bağlı danışmağı sevmirəm. İcra başçısı ilə münasibətlərimiz sırf rəsmi çərçivədə olub. Ola bilər ki, bu məsələ Ramiz Mehdiyevlə əlaqəli olsun. Ramiz Mehdiyevlə bağlı mətbuatda kifayət qədər məlumat var və indiki halda heç nəyi istisna etmək olmaz. Mən insanların şəxsi həyatlarına və üçüncü tərəflərlə münasibətlərinə qarışmıram”.

    N.Məhəməliyev icra başçılarının ard-arda saxlanılmasını konkret cinayət maddələrinə görə, əsasən də korrupsiya və rüşvətxorluq halları ilə əlaqələndirir. O vurğulayıb ki, bu hadisəni coğrafi ərazi ilə əlaqələndirmir.

    Deputat fikrini yekunlaşdıraraq Prezident İlham Əliyevin bu məsələlərə son dərəcə prinsipial yanaşdığını xatırladıb:

    “Dövlət başçısı dəfələrlə vurğulayıb ki, hər kəs vəzifəsindən və statusundan asılı olmayaraq qanun qarşısında bərabərdir. Cənab Prezidentin tapşırıqlarına əməl etməyənlər isə istisnasız olaraq cəzalandırılır”.

  • Председатель TİKA встретился с Хикметом Гаджиевым

    Председатель Турецкого агентства по сотрудничеству и координации (TİKA) Абдуллах Эрен встретился с помощником президента Азербайджана – заведующим отделом по вопросам внешней политики Администрации президента Хикметом Гаджиевым.

    Как сообщает Report, соответствующей публикацией Абдуллах Эрен поделился в соцсетях.

    По его словам, на встрече были проведены всесторонние консультации о деятельности организации в Азербайджане:

    “Эти усилия, являющиеся одним из проявлений нашего братства, отражают нашу общую историю, культуру и духовное единство. Мы будем решительно продолжать реализацию совместных проектов и укреплять наши отношения”.

  • TİKA sədri Hikmət Hacıyevlə görüşüb

    Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

    Report xəbər verir ki, bu barədə TİKA sədri paylaşım edib.

    Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:

    “Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyinin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik”.

  • “İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur” — AÇIQLAMA

    Dabaq xəstəliyi ilə əlaqədar restoran menyularında ciddi dəyişiklik yoxdur. Payız fəslində havalar sərinləndiyi üçün insanlar daha çox balıq və quş yeməklərinə üstünlük verirlər, amma ətlə bağlı xüsusi təşviş müşahidə olunmur. Bu səbəbdən menyulara xəstəlik ciddi təsir göstərməyib”.

    Bunu açıqlamasında restorator Mahir Əhədzadə deyib.

    O, bildirib ki, restoranlar dabaq xəstəliyinə qarşı əvvəlcədən də tədbir görürdülər:

    “Normal restoranlar baytarlıq sertifikatı olan və nəzarət altında olan ət idxalçıları ilə işləyir. Xəstəlik yalnız bəzi restoranları daha məsuliyyətli və diqqətli olmağa çağırıb, amma ciddi strateji dəyişikliklər baş verməyib”.

    Onun sözlərinə görə, rəsmi qadağa yoxdur və bütün təsərrüfatlarda nəzarət altındadır:

    “İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur, bu da təhlükəsizliyi təmin edir. Dabaq xəstəliyi restoranlarda menyuların tərkibinə ciddi təsir göstərməyib, sadəcə bəzi yerlərdə məsuliyyət və diqqət artırılıb”.//demokrat.az

  • “Valideynlər 17 yaşlı qızı çörək pulu tapsın deyə ərə verirlər”

    Bütün bu problemlərin başında iqtisadi böhran dayanır. Rayonlarda iş yoxdur. Valideynlər övladlarını ona görə tez ərə verirlər ki, heç olmasa övladının çörək yeri olacaq. Ona görə də belə addım atırlar.

    Bu sözləri açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.

    “Yerdə qalan bütün bəhanələr, deyilənlər, hamısı boş söhbətlərdir. İqtisadi böhran var və rayonlarda iş yoxdur. Haraya gedirsən, məşğulluq proqramlarının hesabatları verilir, amma reallıqda vəziyyət fərqlidir. Əgər rayonlarda 17 yaşlı qızların işləyə biləcəyi yerlər olsaydı, valideynlərin də imkanı olsaydı ki, övladlarını oxutsunlar, heç kim bu uşaqları tez ərə verməzdi.Xüsusilə də kənd və bölgələrdə belə hallar çoxdur. Baxırlar ki, oğlan gündə bir neçə manat qazanır, azyaşlı qızı ona ərə verirlər ki, heç olmasa çörək pulu tapsınlar.

    Qeyd edək ki, bir neçə gün öncə 17 yaşlı qız öz toyunda həyatını itirib. Onun 29 həftəlik hamilə olduğu məlum olub.//demokrar.az

  • “Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” — Seysmoloq

    Son vaxtlar bölgədə seysmiklik artıb. Ən vacib məqamlardan biri də odur ki, zəlzələlər yerin üst qatında baş verir və belə hallarda dağıntı riski daha çox olur.

    Bunu açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.

    O, bildirib ki, hazırda bölgədə baş verən seysmik proseslərin əsas səbəbi Afrika və Ərəbistan tektonik plitələrinin Avrasiya plitəsini sıxmasıdır:

    “Bu prosesin əsas təsiri Türkiyənin üzərinə düşür. Ərəbistan yarımadasının hərəkəti nəticəsində Türkiyə ərazisində mütəmadi təkanlar baş verir. Bu proseslər dayanmayacaq, çünki plitələr hərəkətdədir və ildə təxminən 2–3 santimetr irəliləyirlər. Bu da davamlı zəlzələlərin əsas səbəbidir. Onların nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki bu proseslər minilliklər ərzində formalaşır. Gələcəkdə də bölgədə zəlzələlərin davam edəcəyi və fəsadlara səbəb ola biləcəyi istisna deyil”.

    Seysmoloq bildirib ki, Türkiyədə zəlzələlərin faciəvi nəticələrinin əsas səbəblərindən biri tikinti sektorundakı problemlərdir:

    “Ölkədə çox sayda bina standartlara uyğun tikilmədiyi üçün hər təkan böyük dağıntılar yaradır. Buna görə də seysmik təhlükə baxımından Türkiyə hazırda əsas risk zonasında qalır.
    Azərbaycanda isə hələlik güclü zəlzələlər gözlənilmir. Bununla belə, tikinti sektorunda təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Xüsusilə paytaxtda sıxlıq, planlaşdırma və şəhərdən çıxış məsələləri problemlidir. Güclü təkanlar baş verməsə belə, insanların təhlükəsiz ərazilərə vaxtında çıxışı çətin ola bilər. Bu səbəbdən məsələni indidən ciddi şəkildə nəzarətdə saxlamaq vacibdir”.//demokrat.az

  • Şirvanda yol qəzası: ölən və xəsarət alanlar var – FOTO

    Şirvanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • “Uşaqlar arasında yayılan rotavirus qıcolmaya qədər gətirib çıxara bilər” — AÇIQLAMA

    Son vaxtlar uşaqlar arasında ən çox yayılan xəstəliklər rotaviruslardır. Hazırda “blip” virusu, koronavirus və digər infeksiyalar da müşahidə olunur, amma ən geniş yayılan məhz rotaviruslardır.

    Bu viruslar yüksək hərarət, qusma, bəzi hallarda ishal və bədəndə səpkilərlə özünü göstərir. Ümumiyyətlə, xəstə uşaqların məktəbə göndərilməsi digər uşaqların da yoluxmasına səbəb olur. Ona görə də xəstə uşaqların evdə qalması vacibdir”.

    Bu sözləri açıqlamasında professor Adil Qeybulla deyib.

    O bildirib ki, ishal və qusma nəticəsində orqanizmdə maye itkisi baş verir, bu da uşağın vəziyyətini ağırlaşdırır, hətta qıcolmaya qədər gətirib çıxara bilər:

    “Buna görə belə hallarda uşaqlar ev şəraitində saxlanmalı, bol maye verilməli, zərurət yarandıqda isə həkim nəzarəti altında maye köçürülməlidir.
    Xəstə uşaqların kollektivdə olması həm sağlamlıqları, həm də infeksiyanın yayılması baxımından düzgün deyil. Çünki rotavirus ilk təmas zamanı digər uşaqlara asanlıqla keçə bilir”.

  • Qadınlar hansı hallarda aliment ödəyirlər? — Vəkildən AÇIQLAMA

    Qadınlar yalnız uşaq atada qaldığı halda və ya uşaq başqa bir şəxs, məsələn baba və ya nənə yanında yaşadığı zaman aliment ödəyir. Aliment uşağa görə ödənilən məbləğdir və əsas məqsədi uşağın saxlanmasıdır”.

    Bu sözləri açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

    O bildirib ki, bəzi hallarda valideynə də aliment ödənilə bilər:

    “Məsələn qız öz atasına və ya anasına aliment ödəyə bilər. Qanunvericiliyə, yəni Ailə Məcəlləsinə əsasən hər bir valideyn övladını 18 yaşına qədər saxlamaqla məsuldur. Əgər valideynlər boşanıblarsa uşaq kimdə qalırsa digər valideyn həmin uşağın saxlanılması üçün aliment ödəməlidir”.

    Vəkil deyib ki, adətən uşaq anada qalır və kişi aliment ödəyir, lakin bəzi hallarda bunun əksi də mümkündür:

    “Bundan başqa əgər uşaq valideynlərindən heç birinin yanında qalmır və babası nənəsi tərəfindən saxlanılırsa aliment onlara ödənilə bilər.
    Eyni zamanda əgər valideynin özünü dolandırmağa imkanı yoxdursa övlad məhkəmə qərarı ilə və ya qarşılıqlı razılaşma əsasında valideyninə aliment ödəyə bilər”.

    Qeyd edək ki, statistikaya əsasən ölkəmizdən 2000-dən çox qadın aliment ödəyir.

  • Nazirlik: Hərbi qulluqçuların pensiya təyinatı yeni qaydada aparılacaq

    Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.

    Report xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.

    Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli işlər müxtəlif qaydalar əsasında aparılırdı.

    Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları” əsasında aparılacaq.

    Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.