Month: October 2025

  • “Qarabağ” – “Çelsi” oyununa satılan biletlərin sayı məlum olub

    “Qarabağ” – “Çelsi” oyununa 27 250 bilet satılıb.

    Bu barədə Qarabağ Futbol Klubu məlumat yayıb.

    Bildirilib ki, Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manat olaraq təyin edilib.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

  • Türkiyədə 149 hakim futboldan UZAQLAŞDIRILDI

    Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirak edən hakimləri cəzalandırıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 149 hakim 8-12 ay müddətinə futboldan kənarlaşdırılıb.

    Üç hakim barəsində araşdırmalar davam etdirilir. Bunlar Zorbay Küçük, Melih Kurt və Mertcan Tubaydır.

    Xatırladaq ki, Türkiyədə futbol hakimləri ilə bağlı böyük qalmaqal yaşanıb. Aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib. Eyni zamanda, 152 hakimin mərc oyunlarına pul qoyduqları təsdiqlənib.

  • Suriyadan qayıdan azərbaycanlılar DANIŞDILAR: “Keçmişdən gələcəyə dönmüş kimi hiss edirəm” – Video

    Suriyadan qayıdan azərbaycanlılar təəssüratlarını Azərbaycan Televiziyası (AzTV) ilə bölüşüblər.

    Onlar Xarici İşlər Nazirliyi (XİN) xətti ilə ölkəmizə geri döndüklərini deyiblər.

    Vətəndaşlar bildiriblər ki, hazırda əmin-amanlıq içərisindədirlər.

    “Keçmişdən gələcəyə gəlmiş kimi hiss edirəm. Gənclərə məsləhət görürəm ki, İslam dinini yanlış anlamayın, özünüz oxuyub öyrənin”.

    Həmin vətəndaşlara psixoloji və tibbi yardım göstərilib.

    Daha ətraflı videomaterialda:

  • Qafqazda İLK – Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi

    Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.

    Bu barədə Səhiyyə Nazirliyi və Mərkəzi Klinika birgə məlumat yayıb.

    Bildirilib ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub.

    Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.

    Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.

    Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

  • Hazırda Xocalının 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır

    Oktyabrın 31-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

    Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Məlumata görə, tədbirdən əvvəl Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

    Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin açılışında çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədr İnam Kərimov bildirib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

    Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

    Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.

    Daha sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, Xankəndi və digər azad edilmiş ərazilər bu gün Azərbaycanın vahid hüquqi, sosial və iqtisadi məkanının ayrılmaz hissəsi kimi yenidən formalaşır. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında aparılan genişmiqyaslı bərpa, tikinti və quruculuq işləri nəticəsində artıq minlərlə ailə doğma yurduna qayıdıb və bu proses davam edir.

    E.Yusubov vurğulayıb ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərkicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.

    Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. O əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasir klinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləri əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir.

    Konfransda məhkəmə sisteminin inkişafında konstitusiya təminatlarının rolu, ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar və müasir çağırışlara uyğun hüquqi mexanizmlər də müzakirə olunub.

  • Ermənistan Naxçıvana gedən dəmir yolu üçün maliyyə ayırmadı

    Ermənistanın 2026-cı il üçün dövlət büdcəsi layihəsində Yerasx kəndindən Naxçıvan sərhədinə qədər uzanan dəmir yolunun təmiri üçün vəsait nəzərdə tutulmayıb.

    Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan açıqlayıb.

    Nazir dəmir yolu infrastrukturunun nəqliyyat kommunikasiyalarının mümkün blokadasının aradan qaldırılması üçün hazırlanması üçün heç bir maliyyələşdirmənin nəzərdə tutulmadığını deyib: “Meğri əyalətində infrastrukturun idarə olunmasında ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsi ilə bağlı məsələlər Baş nazirin müavini Mher Qriqoryanın ofisinin səlahiyyətindədir”.
    //unikal.az

  • Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI

    Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb.

    Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb.

    Bildirilib ki, hadisə Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib.

    Qeyd edilib ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib.

    Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

    “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə, məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.

  • В США фиксируют серьезные перебои в авиасообщении

    На Восточном побережье США возникли значительные перебои в работе авиасообщения из-за нехватки персонала, вызванной приостановкой финансирования федерального правительства.

    Об этом сообщает The New York Times.

    В стране задерживаются рейсы и приостанавливают работу аэропорты.

    “Нехватка авиадиспетчеров приводит к задержкам в Орландо и других крупных аэропортах и может привести к проблемам по всему Восточному побережью”, – говорится в материале.

    Согласно данным издания, в Международном аэропорту Орландо средняя задержка рейсов достигла двух часов 40 минут. При этом некоторые авиарейсы были отложены на 12 часов, а часть – полностью отменена. Аэропорт имени Джона Кеннеди в Нью-Йорке ввел ограничения на вылеты из-за нехватки авиадиспетчеров. В вашингтонском аэропорту имени Рональда Рейгана также зафиксированы приостановки авиарейсов в вечернее время.

  • ABŞ-nin hava nəqliyyatında ciddi problemlər qeydə alınır

    ABŞ-də federal hökumət tərəfindən maliyyələşdirmənin dayandırılması (şatdaun) səbəbindən şərq sahilində hava nəqliyyatı sistemində işçi çatışmazlığına görə xeyli fasilələr yaranıb.

    Bu barədə “The New York Times” nəşri yazıb.

    Bildirilir ki, ölkədə reyslərin gecikməsi və hava limanlarının işinin dayandırılması halları müşahidə olunur.

    Aviasiya dispetçerlərinin çatışmazlığı Orlandoda və digər böyük hava limanlarında ləngimələrə və bütün Şərq sahili boyunca problemlərə gətirib çıxara bilər. Belə ki, Orlando beynəlxalq hava limanında reyslərin gecikməsi ortalama iki saat qırx dəqiqəyə çatıb. Eyni zamanda, bəzi reyslərin 12 saata qədər gecikdiyi, bir qisminin isə tamamilə ləğv edildiyi bildirilir.

    Nyu-Yorkdakı Con F.Kennedi adına aeroport aviadispetçerlərin çatışmaması səbəbindən uçuşlara məhdudiyyətlər tətbiq edib. Ronald Reyqan adına aeroportda (Vaşinqton) da axşam saatlarında aviareyslərin dayandırıldığı qeydə alınıb.

  • Azərbaycanda məktəblilərin intim videoları yayıldı

    Azərbaycanda rayonların birində bir qrup yeniyetmənin çəkdiyi intim xarakterli görüntülər yayılıb.

    Sözügedən video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə bir neçə oğlan və bir qız yer alıb. Qız məktəbli formasında olub.

    Qeyd edək ki, onların bu görüntüsü “WhatsApp” qruplarında paylaşılıb.

    Baş vermiş hadisə ilə bağlı aidiyyəti Rayon Polis Şöbəsində cinayət işi açılıb və artıq bir neçə nəfər saxlanılıb.