Month: November 2025

  • Ukraynada korrupsiya qalmaqalı sülh danışıqlarını poza bilər

    “Ukraynadakı korrupsiya qalmaqalı qartopu kimi böyüyür”.

    Median.Az
    xəbər verir ki, bu misraları “The Telegraph” yazır.

    Məlumata görə, belə vəziyyət Kiyevin danışıqlardakı mövqeyini zəiflədir.

    Qəzet iddia edir ki, məhz bu qalmaqala görə ABŞ Ukraynaya sülh müqaviləsi imzalaması üçün təzyiqi artırır.

    “The Telegraph” hesab edir ki, Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermakın korrupsiya sxemlərində iştirakı təsdiqlənərsə, bu, sülh danışıqlarını tamamilə poza bilər.

    Qeyd edək ki, korrupsiya qalmaqalı fonunda bu gün evində axtarış aparılan Yermak artıq öz vəzifəsindən istefa verib.

  • Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

    Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır

  • Kəlbəcərdə açıq ərazidə yanğın baş verib

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Şri-Lankada daşqınlar və torpaq sürüşmələri: 56 ölü

    Şri-Lankada torpaq sürüşmələri və daşqınlar 56 nəfərin ölümünə səbəb olub. Yüzlərlə ev dağılıb.

    Median.Az xəbər verir ki, bu barədə “Associated Press” və “New York Times” xəbər yayıb.

    Güclü yağışlar hələ ötən həftə başlayıb, lakin ən böyük ziyan 27 noyabr cümə axşamı günü ölkə daxilindəki leysan nəticəsində dəyib.

    Yağışlar evləri, yolları və tarlaları su altında qoyub. Hakimiyyət orqanları 600-dən çox yaşayış binasının zədələndiyini bildirib.

    Hazırda 3600-dən çox insan müvəqqəti sığınacaqlardadır. Meteorologiya Departamenti yaxın günlərdə ölkədə yağışların davam edəcəyi, küləyin sürətinin saatda 64 km/saata çatacağını bildirib.

  • Ucarda fərdi yaşayış evi yanıb

    Ucarda fərdi yaşayış evində yanğın olub.

    APA- nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Həsən bəy Zərdabi küçəsində baş verib.

    Belə ki, rayon sakini, 1964-cü il təvəllüdlü Kamil Əhməd oğlu Əhmədova məxsus ümumi sahəsi 80 m² olan, 2 otaq, zal və mətbəxdən ibarət yaşayış evində güclü yanğın baş verib.

    Yanğın zamanı evin bir hissəsi yanıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

    Hadisə zamanı evdə kirayə qalan Şahnaz Əliyevanın halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qara dənizdə Rusiyaya məxsus gəmidə partlayış olub

    Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.

    APA-nın Türkiyə bürosu yerli mətbuata istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.

    Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

    Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlb edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.

    “Yanğının səbəbi ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Lakin 25 nəfərlik heyətin hamısı sahil mühafizə və dəniz təhlükəsizliyi briqadaları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Əldə etdiyimiz ilkin məlumatlara görə, heyətin vəziyyəti yaxşıdır və hər hansı xəsarət faktı qeydə alınmayıb”, – Kocaeli valisi İlhami Aktaş bildirib. O həmçinin yanğının davam etdiyini deyib.

    Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.

    Açıqlamada, Rusiyanın Novorossiysk limanına gedən boş KAIROS tankerinin Türkiyə sahillərindən 28 mil aralıda xarici faktor səbəbindən alovlandığı, gəmidə olan 25 nəfərlik heyət üzvünün hamısı gəmidən təxliyə edildiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.

    “Dənizçilərin təxliyəsi üçün bölgəyə xilasedicilər göndərilib, proses nəzarət altında saxlanılır”, – deyə açıqlamada qeyd olunub.

    “Reuters“ agentliyi isə gəminin batma təhlükəsinin olduğu haqda məlumat yayıb.

  • Bu ölkələrdən Azərbaycana ət idxalı dayandırıldı

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Biləcik vilayətində dabaq xəstəliyi, Kipr Respublikasının Larnaka rayonunda blutanq xəstəliyi, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, İrlandiya Respublikasının Monahan, Liş kantonlarında, Belçika Krallığının Valoniya regionunda, Niderland Krallığının Zelandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bu barədə qaynarinfo-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Elton Con sürətlə görmə qabiliyyətini itirir: “Mənim üçün çətindir”

    Britaniyalı musiqiçi Elton Con “Variety” jurnalına verdiyi müsahibədə son bir il yarım ərzində sağ gözündə görmə qabiliyyətini itirdiyini və sol gözü olduqca zəif olduğunu etiraf edib.

    Median.Az xəbər verir ki, sənətçi oxumaq, video izləmək və ya vizual məlumatları qavramaq qabiliyyətini praktik olaraq itirdiyini, lakin nikbin olduğunu bildirib.

    “İnanılmaz bir həyat yaşadım və ümidim var. Sadəcə səbirli olmalıyam: bir gün elm mənə kömək edəcək”, deyə sənətçi bildirib.

    Musiqiçinin partnyoru Devid Furnişin sözlərinə görə, müğənninin müalicəsi ilkin müsbət irəliləyişlər göstərib. Prosedurlar onun sol gözünün vəziyyətini yaxşılaşdırıb.

    “Gülümsəməli və dözməliyəm. Bəzən mənim üçün həqiqətən çətindir. Amma ümumilikdə gözəl bir ailəm, iki gözəl övladım və o var”, deyə Con Furnişə işarə edərək əlavə edir.

    “Pol Makkartni mənimlə əlaqə saxlamaq üçün FaceTime-da mənə zəng edir. Bu, çox təsirlidir!”, deyə sənətçi bildirib.

    Con həmçinin görmə problemləri səbəbindən ünsiyyət qurmağın alternativ bir yolunu – insanları yaxından görməyə imkan verən “iPad” vasitəsilə tapdığını bildirir.

    Ser Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb. Onun 52 Böyük Britaniyanın Top-40 sinqlı və 23 ABŞ-ın Top-40 hiti var, bunlardan 16-sı Top-10-luğa, altısı isə Birinci Nömrəyə çatıb. Onun ən məşhurlardan olan və 1997-ci ildə çıxan “Candle in the Wind” 37 milyon nüsxə satılıb.

  • Alış-veriş deyil, kütlə psixologiyası: “Qara cümə”də izdihamın səbəbləri..

    “Qara cümə”də ən vacib məqam təhlükəsizlik və idarəetmənin gücləndirilməsidir”.

    Bunu qaynarinfo-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov 3 günlük “Qara Cümə”də (Black Friday) “Zara” mağazalar şəbəkəsinin qarşısında yaşanan izdihamın köklü səbəblərindən danışarkən deyib.

    Sədr vurğualyıb ki, ticarət mərkəzlərinin birində yaşanan izdiham, əslində bir mağazaya marağın artması ilə bağlı deyil:

    “Bu, daha geniş psixoloji və sosial proseslərin nəticəsidir. “Black Friday” kimi qlobal alış-veriş günlərində belə mənzərələrin təkrarlanması, insanların davranış modellərində müşahidə olunan kütlə psixologiyası, sosial təsir və istehlak yönümlü motivasiya ilə bağlıdır. İnsanlar kütlə halında hərəkət edərkən fərdi qərarvermə mexanizmləri zəifləyir. Sosial təsir “hamı gedirsə, mən də getməliyəm” düşüncəsi, həyəcanı və davranış impulslarını artırır. Bu zaman bir mağazanın qapıları açılanda yaranan sıxlıq artıq planlı davranışın deyil, instinktiv reaksiya və “itirmə qorxusu”nun (FOMO) nəticəsi olur”.

    Elnur Rüstəmovun fikrincə, endirimdən geri qalmaq qorxusu, xüsusi bir fürsəti qaçırmaq hissi insanlarda impulsiv hərəkətləri artırır və nəticədə mağaza qarşısında nəzarətsiz axın yaranır:

    “Bununla yanaşı, sosial şəbəkələrdə yayılan görüntülər də insanların davranışına ciddi təsir göstərir. Vizual təsdiq yəni orada izdihamın olması kütləyə “burada xüsusi bir şey var” mesajı verir və daha çox insanı ora cəlb edir. Bu da davranışın domino effekti ilə genişlənməsinə səbəb olur. Bu kimi halların hər il təkrarlanması da təsadüfi deyil. Dünyanın bir çox ölkələrində “Black Friday” günlərində eyni davranış mexanizmləri müşahidə olunur. Bu, həm marketinq strategiyalarının gücü, həm də istehlakçı psixologiyasının mahiyyəti ilə bağlıdır. İnsan beynində endirim və qənaət anlayışı hətta real ehtiyac olmadığı halda belə alış-verişi stimullaşdıran güclü motivasiya yaradır”.

    Psixoloq hesab edir ki, burada ən vacib məqam təhlükəsizlik və idarəetmənin gücləndirilməsidir:

    “Ticarət mərkəzləri və mağazalar belə günlərdə insanların psixoloji reaksiyalarını nəzərə alaraq giriş-çıxışın tənzimlənməsi, növbəlilik sistemlərinin qurulması və izdiham idarəçiliyinin təmin olunması üçün qabaqlayıcı addımlar atmalıdır. Çünki kütlə psixologiyası düzgün idarə olunmadıqda həm psixoloji gərginlik, həm də fiziki təhlükə riskini artırır. Müşahidə etdiyimiz bu hadisə təkcə alış-veriş mədəniyyəti ilə bağlı deyil. Bu, insanların sosial davranış modellərini, emosional reaksiyalarını və impulsiv qərarvermə mexanizmlərini göstərən bir sosial-psixoloji fenomendir. Bu fenomeni düzgün anlamaq və idarəetmə mexanizmlərini təkmilləşdirmək isə həm ictimai təhlükəsizliyi, həm də sağlam sosial mühitin qorunmasını təmin edir”.

    Sosioloq Mail Yaqub bunun səbəbini son 100 ildə insanlarda bilərəkdən məntiq gücünün zəiflədilməsi ilə əlaqələndirib:

    “Hiss emosional cəhəti inkişaf etdirdilər ki, məhsul çox satılsın. İnsan nə qədər məntiqlidirsə, bir o dədər alış-verişi zəifliyir. Amma insanda məntiq zəifləyəndə və emosional cəhət güclənəndə o daha çox alış-veriş edir. İstehlakçı müasir marketinq sistemi daha çox məhsul satmaq üçün məntiqi zəif olan müştərilərə ehtiyac duyur ki, daha çox məhsil satsın. Bunu da bacardılar. İndi təkcə geyimdə deyil, bu müxtəlif məhsullarda belədir. Məsələn, telefon, avtomobil və s. bütün əmtəələrdə bu proses yaşanır. Marketə gedirik, bizə lazım olmayan məhsulları da alırıq. Ona görə ki, gözəl vitirinlərə düzülüb və emosional hisslərimizi ovlayır. Məntiq deyir ki, sən marketə bu məhsulu almağa gəlməmisən, amma o düzülüş yalançı ehtiyac yaradır. Beləcə yalançı ehtiyac ucbatından insanlar dah çox alış-veriş edir. Heç şübhəsiz ağlı-məntiqi güclü olan insan səhər saat 07:00-dan mağaza qarşısında gözləməz. Məsələn, 50-100 manat daha ucuz məhsul alacaq”.

    Sosioloq bütün dünyada bu prosesin getdiyini qeyd edib:

    “İnsanların əksəriyyəti həmin bu hisslərinə tabedilər və məntiqlə qərar verə bilmirlər”.

    Qeyd edək ki, Bakıda ticarət mərkəzlərinin birində izdiham yaşanıb. Sosial şəbəkədə yayılan görüntüdən məlum olur ki, “Zara” mağazasının qarşısına toplaşan şəxslər qapılar açılan kimi içəriyə axın ediblər. Hətta bəzi alıcılar səhər saat 07:00-dan gəldiyini də gizlətməyib.

  • Prokurorluq orqanlarında qulluqla bağlı imtahan mərhələsinin nəticələri açıqlandı

    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.

    Median.Az xəbər verir ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

    Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

    Namizədlər tibbi müayinədən keçmək üçün 2 dekabr 2025-ci il tarixdən 5 dekabr 2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 16/18).

    Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəilə müraciət etmək olar.

    Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.