Month: November 2025

  • Yol polisi sürücülərə müraciət edib

    “Yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir”.

    Median.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciətində deyilib.

    “Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur.

    Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, – müraciətdə qeyd edilib.

  • За автохулиганство на Площади флага арестован бизнесмен

    В Баку арестован бизнесмен, совершивший автохулиганство.

    Как сообщает lent.az, инцидент произошел ночью на Площади флага в Сабаильском районе.

    Директор одной из компаний в Баку 37-летний Самир Мурадов (имя и фамилия условные – ред.) совершил хулиганство на своём автомобиле Ford Mustang. В это время к нему подошли находившиеся на службе сотрудники дорожной полиции и сделали замечание. Когда же в его отношении составлялся протокол о совершенном нарушении, водитель вышел из автомобиля и убежал.

    Машина была помещена на стоянку. В отношении С.Мурадова был составлен протокол по статье 511.2.3 (автохулиганство) Кодекса об административных проступках за нарушение правил дорожного движения.

    Решением Сабаильского районного суда он подвергнут административному аресту сроком на 15 дней с ограничением права управления транспортным средством сроком на 1 год.

  • Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen HƏBS OLUNDU

    Bakıda avtoxuliqanlıq edən iş adamı həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Səbail rayonu, Bayraq Meydanında qeydə alınıb.

    Paytaxtda şirkətlərdən birinin direktoru olan 37 yaşlı Samir Muradov (adı və soyadı şərtidir) özünə məxsus “Ford Mustang” avtomobili ilə avtoxuliqanlıq edib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları ona yaxınlaşaraq, irad bildiriblər. Törətdiyi pozuntu ilə bağlı ona protokol tərtib olunduğu zaman isə sürücü avtomobildən düşərək qaçıb.

    Maşın duracağa yerləşdirilib. Törətdiyi yol hərəkəti qaydasının pozuntusuna görə Samir Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.2.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Объявлены оптовые цены на мешки муки в Азербайджане

    Объявлены оптовые цены на муку в торговых пунктах производителей в Азербайджане.

    Как сообщает Median.Az со ссылкой на официальную информацию, цены на 50-килограммовые мешки муки в оптовых пунктах продажи варьируются в основном от 26 манатов 10 гяпиков до 28 манатов 40 гяпиков.

    Самая низкая цена зафиксирована в ООО Dəvəçi-Taxıl и составляет 26.1 маната, в то время как самая высокая цена – 28.4 маната – отмечена в СП Azeri-Arapoğlu U.S. və T. LTD.

  • Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

    Azərbaycanda un istehsalçılarına məxsus topdansatış məntəqələrində 50 kiloqramlıq un kisələrinin satış qiymətləri açıqlanıb.

    Median.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən müəssisələrdə qiymətlər əsasən 26 manat 10 qəpikdən 28 manat 40 qəpik intervalında dəyişir.

    Ən aşağı qiymət 26.1 manat olmaqla “Dəvəçi-Taxıl” MMC-də, ən yüksək qiymət isə 28.4 manat olmaqla “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də qeydə alınıb.

  • В Баку подросток скончался от инфаркта

    В Баку в школьном дворе скончался подросток.

    Как сообщает AПA, инцидент произошел во дворе школы №94, расположенной в поселке Бакиханов Сабунчинского района.

    Житель города Баку Эшгин Рустамов (2008 г.р.) умер от инфаркта.

    По данному факту ведется расследование.

  • Bakıda məktəbli infarktdan ölüb

    Bakıda məktəbin həyətində şagird infarktdan ölüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.

    Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Прогноз погоды в Азербайджане на 30.11.2025

    30 ноября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, в первой половине дня местами ожидается морось, будет дуть юго-восточный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 9-12, днем – 14-17 градусов тепла.

    Атмосферное давление – 764 мм ртутного столба. Относительная влажность ночью – 80-85%, днем – 70-75%.

    В районах Азербайджана осадков не ожидается, однако ночью и утром в некоторых восточных районах возможна морось, местами – туман, будет дуть восточный ветер.

    Температура воздуха ночью 4-9, днем – 13-16 градусов выше нуля, в горах ночью – от 3 градусов мороза до 2 тепла, днем – 5-10 градусов тепла.

  • Bazar gününün hava proqnozu AÇIQLANDI – 30.11.2025

    Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskin olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

  • Bakıda pəncərədən yıxılan uşaq xəstəxanaya yerləşdirilib

    Bakıda evin pəncərəsindən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

    Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.

    Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.