Month: November 2025

  • Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar

    Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

    Bu barədə DİN-in Mətbuat Xidmətindəm məlumat verilib.

    Qeyd olunub ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

  • В Азербайджане зафиксирован рост денежной массы в манатах

    В октябре текущего года широкая денежная масса (M2) в манатах увеличилась на 1% по сравнению с началом года и достигла 37 миллиардов 27.4 миллиона манатов.

    Как передаёт Median.Az со ссылкой на Центральный банк Азербайджана, внешние обязательства банковского сектора также выросли – по сравнению с началом года они увеличились на 374.2 миллиона манатов и составили 2 миллиарда 959.6 миллиона манатов.

    Указанное изменение внешних обязательств обусловлено в основном ростом объема краткосрочных кредитов, полученных от банков-нерезидентов.

  • Manatla pul kütləsində artım qeydə alınıb

    Bu ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəli ilə müqayisədə 1 faiz artaraq 37 milyard 27.4 milyon manata çatıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri isə ilin əvvəlinə nəzərən 374.2 milyon manat artaraq 2 milyard 959.6 milyon manat təşkil edib.

    Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınan qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

  • Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edəcək

    Milli Məclisin payız sessiyasının dekabrın 2-də və 3-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

    İclasın gündəliyinə 6 məsələ daxil edilib:

    1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    3. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    4. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    5. “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

  • СМИ: В Гонконге арестовали восемь человек по делу о пожаре в жилом комплексе

    Независимая комиссия по борьбе с коррупцией Гонконга арестовала 28 ноября восемь человек в рамках расследования дела о пожаре в жилом комплексе, унесшем не менее 128 жизней.

    Как передает Median.Az, об этом сообщила газета South China Morning Post (SCMP).

    По ее данным, утром были арестованы двое директоров консалтинговой компании Will Power Architects Company, которые курировали работы в комплексе Wang Fuk Court, где произошел пожар. Затем арестовали еще шесть человек, в том числе двух владельцев субподрядной компании, занимавшейся установкой строительных лесов. Сотрудники комиссии также провели обыски в 13 офисах, в том числе консалтинговой компании и субподрядчика, изъяв техническую документацию и банковские выписки.

    27 ноября были арестованы трое сотрудников строительной компании Prestige Construction & Engineering Co Limited, проводившей ремонт в загоревшемся комплексе. Двух директоров и инженера-консультанта компании обвиняют в непреднамеренном убийстве. По информации следствия, предварительное расследование показало, что защитные сетки, брезент и пластиковые листы, используемые для проведения ремонтных работ, “вероятно, не соответствовали стандартам пожарной безопасности”.

    Пожар в Wang Fuk Court стал самым смертоносным в жилом здании за всю историю города. До этого самым большим по числу жертв был пожар в комплексе Garley Building в 1996 году, в результате которого 41 человек погиб и 81 пострадал. Самый смертоносный в истории мегаполиса пожар датируется 27 февраля 1918 года. Тогда более 600 человек погибли после того, как на ипподроме Хэппи-Вэлли рухнула временная трибуна и началось возгорание.

  • Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib

    Honkonqda ən azı 128 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı araşdırma çərçivəsində 8 nəfər həbs edilib.

    Median.Az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, daha əvvəl yanğının baş verdiyi kompleksə nəzarət edən “Will Power Architects Company” konsaltinq şirkətinin iki rəhbər şəxsi həbs olunub. Sonra tutulan altı nəfər arasında binaya məsul subpodratçı qurumun iki rəhbər şəxsi də olub.

    İşi araşdıran komissiya 13 ofisdə axtarış aparıb, texniki sənədləri və bank çıxarışlarını ələ keçirib.

    Xatırladaq ki, noyabrın 26-da Honkonqun təxminən 4 min sakinin yaşadığı Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib.

  • Anar Əsədliyə ittiham aktı elan edildi

    Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Anar Əsədli yüksək gəlir əldə etmək adı ilə tanışı Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. Söhbət, ümumilikdə 255 min manatın alınmasından gedir. Həmin puldan 23 manatı geri qaytarıb.

    Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb. Tamara Allahverdiyevadan isə ümumilikdə 78500 manat alıb. Dəyən ziyandan 17 min manat geri ödəniş edib.

    Anar Əsədli özünü ittihamla təqsirli bilməyib.

    Növbəti proses dekabrın 19-na təyin edilib.

    Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    10. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    16. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

    17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Впервые курс маната превысил 25 турецких лир

    Сегодня впервые в истории зафиксирован рекордный обменный курс азербайджанского маната (AZN) к турецкой лире (TRY).

    Как сообщает Median.Az со ссылкой на данные Центральных банков Азербайджана и Турции, один манат теперь продаётся за 25 лир.

    Отметим, что по обменному курсу, объявленному Центробанком, одна турецкая лира стоит 0.04 маната. Согласно данным Центрального банка Турции, стоимость покупки маната составляет 24 лиры 77 курушей, а продажи – 25 лир 9 курушей.

    До сих пор максимальный обменный курс маната по отношению к лире составлял 24.8 маната.

  • İlk dəfə manatın məzənnəsi 25 Türkiyə lirəsini keçdi

    Bu gün tarixdə ilk dəfə olaraq Azərbaycan manatı (AZN) ilə Türkiyə lirəsinin (TRY) arasında rekord məzənnə qeydə alınıb.

    Median.Az Azərbaycan və Türkiyə Mərkəzi banklarının açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bir manat artıq 25 lirəyə satılır.

    Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı məzənnədə bir Türkiyə lirəsi 0.04 manat edir. Türkiyə Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə, manatın alış qiyməti 24 lirə 77 quruş, satışı isə 25 lirə 9 quruşdur.

    İndiyə kimi manatın lirəyə qarşı ən yüksək məzənnəsi 24.8 lirə olmuşdu.