Month: November 2025

  • Azərbaycandakı suvenir mağazalarına qarşı tələblər sərtləşdirilir

    Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın təşviqi məqsədilə suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir.

    Bunu “Report”un Basqala ezam olunmuş müxbirinə Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

    Onun sözlərinə görə, son illər xaricdən gətirilən ucuz suvenirlərin mağazalarda üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir.

    “Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışını artırmaqda maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən şərtlər qoyuruq və yerli ustaları daha kiçik ölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik”, – M.Ağabəyli qeyd edib.

  • Fransa Azərbaycandan neft alışını 3 dəfədən çox artırıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib.

    “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dolları təşkil edib.

    İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,1 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

    Fransaya ixrac edilən xam neftin Azərbaycanının ümumi neft ixracında payı 1,35 % olub.

    Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

    Hesabat ayında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.

  • Abşeronda 61 yaşlı kişi yıxılaraq ölüb

    Abşeronda 61 yaşlı kişi yıxılaraq ölüb.

    1964-cü il təvəllüdlü Əzbər Qafur oğlu Novruzov yaşadığı Ceyranbatan qəsəbəsindəki evdə yıxılaraq xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilmiş Ə.Novruzov ölüb.

    Araşdırmalar aparılır.

  • Naxçıvan şəhərinə istilik verilib

    Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi abonentlərin istiliklə təchizatına start verib.

    2025-2026-cı illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenilənib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib.

    Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb. Artıq bütün obyektlərin istiliklə təminatına start verilib.

    Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 39 fərdi qazanxana vasitəsilə 172 yaşayış binası, eləcə də 7 min 300-ə yaxın mənzil və 400-ə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Mövcud inzibati və çoxmənzilli yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar istifadəyə verilibdir.

  • В Азербайджане за 9 месяцев 2025 года произошло более 900 ДТП

    В Азербайджане в январе-сентябре этого года произошло 905 дорожно-транспортных происшествий, что на 12,2% меньше по сравнению с соответствующим периодом 2024 года.

    Об этом сообщили в Государственном комитете статистики.

    Число пострадавших уменьшилось на 11,9% и составило 1264 человека. В результате дорожно-транспортных происшествий погибли 507 человек, а 757 получили ранения.

    44,5% ДТП произошли днем, 42,6% – ночью, 12,9% – в сумерках, 30,6% – в выходные.

    85% ДТП произошли в населенных пунктах, число погибших в этих происшествиях уменьшилось на 7,3% по сравнению с соответствующим периодом прошлого года и составило 353 человека, а число раненых уменьшилось на 16,8%, составив 708 человек.

  • İlin ilk 9 ayındakı yol qəzalarının təxminən üçdə biri şənbə və bazar günləri olub

    Bu ilin yanvar-sentyabr aylarında 905 yol qəzası baş verib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

    Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub.

    Onlardan 507-si həlak olub, 757-si isə yaralanıb.

    Hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş vermiş, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olub.

  • Завтра в Азербайджане воздух прогреется до 22°

    19 ноября в Азербайджане воздух прогреется до 22°.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами будет пасмурно, преимущественно без осадков. Будет преобладать умеренный юго-западный ветер.

    Ночью температура воздуха составит 10-14, днем – 17-22° тепла. Атмосферное давление будет выше нормы – 768 мм ртутного столба, относительная влажность воздуха ночью составит 80-85, днем – 70-75%.

    В регионах Азербайджана преимущественно без осадков, местами возможен туман. Будет дуть восточный ветер.

    Температура воздуха ночью составит 7-11, днем – 17-21, в горах ночью 0-4, днем – 7-12° тепла.

  • Sabah 22 dərəcə isti olacaq

    Azərbaycanda noyabrın 19-da havanın 22 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

  • Зеленский завтра отправится в Турцию

    Президент Украины Владимир Зеленский сообщил, что 19 ноября совершит визит в Турцию, где пройдут ключевые переговоры, направленные на усиление международной поддержки и приближение окончания войны.

    Об этом он написал в соцсети Х.

    “Украина должна каждый день добиваться результатов в отношениях с партнерами. Мы готовимся к возобновлению переговоров и разработали решения, которые предложим нашим партнерам. Сделать все возможное для приближения окончания войны – главный приоритет Украины”, – написал он.

    Зеленский добавил, что Украина работает над восстановлением обмена военнопленными и “возвращением наших военнопленных домой”.

  • Zelenski sabah Türkiyəyə gedəcək

    Ukraynanın Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.

    Bu barədə o, “X” hesabında bildirib.

    O qeyd edib ki, Türkiyədə beynəlxalq dəstəyin gücləndirilməsinə və müharibəyə son qoyulmasına yönəlmiş danışıqlar aparılacaq.

    “Ukrayna hər gün tərəfdaşlarla münasibətlərdə nəticələr əldə etməlidir. Biz danışıqların bərpasına hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həllər işləyib hazırlamışıq. Müharibənin bitməsini yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək Ukraynanın əsas prioritetidir”, – o yazıb.

    V.Zelenski əlavə edib ki, Ukrayna hərbi əsirlərin mübadiləsinin bərpası və “hərbi əsirlərimizin evə qaytarılması” üzərində işləyir.