Month: November 2025

  • Авария на водопроводе во дворе жилого комплекса MİDA устранена

    Авария на водопроводе в жилом комплексе MİDA на улице Мустагиллик устранена Управлением водоканала Ясамальского района.

    Об этом Oxu.Az сообщили в Объединенной службе водоснабжения крупных городов.

    Напомним, что 17 ноября в результате прорыва водопровода по вышеуказанному адресу вода, вытекшая на улицу, образовала лужу, что затруднило движение автомобилей и пешеходов.

  • MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILIB

    Yasamal rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb.

    Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Yasamal rayonu, Müstəqillik küçəsində, MİDA yaşayış kompleksində su xəttində baş verən qəza Yasamal Rayon Sukanal İdarəsi tərəfindən aradan qaldırılıb. Problem həll olunub.

    Xatırladaq ki, noyabrın 17-si sözügedən ünvanda su xəttinin partlaması nəticəsində küçəyə axan su gölməçə yaradaraq avtomobillərin və piyadaların hərəkətini çətinləşdirmişdi.

  • Moskvada azərbaycanlı kafedə yanaraq öldü

    Ötən gün Rusiyanın paytaxtı Moskvada kafelərdən birində yanğın baş verib, hadisə nəticəsində iki nəfər həlak olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ölənlərdən biri Azərbaycan vətəndaşı olub.

    Onun Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib.

    Uzun müddət Rusiyada yaşayan Elbrus Qasımovun hansı şəraitdə yanması ilə bağlı dəqiq məlumat olmasa da, onun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub.

    Onun nəşi Azərbaycana yola salınması üçün morqdan çıxarılıb.

    Elbrus Qasımovun yoldaşı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

  • Bakıda 15 yaşlı yeniyətmə öldürülüb, 14 yaşlı şübhəli saxlanılıb

    Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

    DİN-in Mətbuat Xidmətindən apa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Daha 2 meyit tapıldı – bu dəfə zibillikdən – YENİLƏNİB – FOTO

    Məişət tullantıları poliqonunda meyiti tapılan iki nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri – 55 yaşlı Sərraf Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduğu bildirilib.
    Mərhum Əmrah Bədirovun qardaşı bildirib ki, hər iki şəxs vaqonda yanıb:

    “İkisi də burada həm işləyirdi, həm də yaşayırdı. Çox ağır hadisədir. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb. Sakit adam idi”.

    Qeyd olunur ki, ölən şəxslər məişət tullantıları
    poliqonunun yaxınlığında yerləşən fermada gözətçi işləyirmiş. Fermanın sahibi Namik Əhmədov isə bildirib ki, hadisənin fermaya heç bir aidiyyəti yoxdur.

    Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçirib və hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olub, orada isinmək üçün od qalayıblar. Yəqin ki, faciə bundan sonra baş verib.

    Namik Əhmədov əlavə edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb, gündəlik qazanc əldə ediblər. (baku.tv)
    ———–

    Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
    Milli.Az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
    Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.
    Faktla bağlı araşdırma aparılır./ APA

    Məqaləyə dair fotomateriallar:

  • Böyükşor gölü ətrafında havada nə problem var? – Nazirlik vəziyyəti araşdıracaq – VİDEO

    Paytaxtın Böyükşor gölünün yaxınlığında yerləşən parkda havada müşahidə olunan qəribə vəziyyət sakinlərin narahatlığına səbəb olub.

    Median.Az Baku.ws-ə istinadla xəbər verir ki, bu iddia ilə sakinlərdən biri çıxış edib.

    O qeyd edib ki, parkda idman edərkən havada gözləri yandıran, nəfəs almağı çətinləşdirən kəskin vəziyyət müşahidə edib. Nəticədə burnu tutulub və gözləri yaşarıb.

    Mövcud iddia ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki, ərazidəki vəziyyət araşdırılacaq.

  • Яшар Гюлер: Процесс расшифровки “черного ящика” разбившегося C-130 займет два месяца

    Расшифровка “черного ящика” потерпевшего крушение в Грузии турецкого самолета C-130 займет два месяца

    Как передает report со ссылкой на Habertürk, об этом заявил министр национальной обороны Турции Яшар Гюлер.

    Он отметил, что процесс получения предварительных результатов занимает не менее двух месяцев.

  • Yaşar Gülər: Təyyarənin “qara qutu”sunun oxunması iki ay vaxt aparacaq

    Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin “qara qutu”sunun oxunması iki ay vaxt aparacaq.

    Report “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
    O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.

    Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

  • Paşinyan Qazaxıstana səfər edəcək

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya dövlət səfəri edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

    Səfər proqramına iki ölkənin nümayəndə heyətlərinin danışıqları daxildir.

    Görüşlər zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

  • Türkiyə MN: Qara qutunun nəticələri 2 aya bilinəcək

    Türkiyə milli müdafiə naziri Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qəza səbəbinin açıqlanacağı vaxtıa bağlı məlumat verib.

    Median.Az xəbər verir ki, nazir qara qutunun nəticələrinin 2 aya məlum olacağını deyib.