Month: November 2025

  • Yüksək “komendant pulu” narazılıq doğurur: “Milyardlar nəzarətsiz toplanır”

    Paytaxt sakinləri mənzil-tikinti kooperativlərinin (MTK) “komendant pulu”, “kommunal pulu” adı altında onlardan pul almalarından narazıdırlar.

    Onlar bildirirlər ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu isə “lift təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik” və s. bəhanələrlə istəyirlər.

    Maraqlısı da budur ki, birinci mərtəbədə yaşayan şəxslə 16-cı mərtəbədəki eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.

    Bəs görəsən, komendantın mənzil sahibindən, yaxud kirayənişindən istədiyi məbləği təyin edərək pul alması qanunidirmi? Bu məbləğlər nəyə əsasən müəyyən olunur?

    Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlama verib.

    O bildirib ki, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən nəzarət edilməlidir:

    “Bu məsələ hal-hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətəndaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manatdan gedir. Bu maliyyənin nəzarətdənkənar və səmərəsiz istifadəsi ölkə iqtisadiyyatına zərbədir”.

    “İlk növbədə, “kommunal pulu” kimi qeyd olunan ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada müəyyən olunur. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və komendantlıq vaxtaşırı kommunal haqlarını 10-20% qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından sakinlər etiraz edə bilmirlər.

    Məsələyə köklü yanaşmaq lazımdır. Bina tikilib, istifadəyə verildikdən sonra sakinlər özləri onun idarəolunmasını təşkil etməlidirlər. Bu, dünya təcrübəsində uğurlu yanaşmadır. Yaxud professional şirkətlərlə sakinlər müqavilə bağlayaraq, bu və ya digər xidmət haqlarının müəyyən olunması, xidmətin səviyyəsi ilə bağlı məsələ olduqda həmin müqavilə əsasında məsələyə təsir etmə imkanları olsun. Yəni vətəndaşların seçimi önəm kəsb etsin. Məsələnin həlli yalnız bu iki variantda həll oluna bilər.

    İndiki halda tərəflərin məsuliyyəti, hüquqları və vəzifələri müəyyən olunmadığına görə məsələ öz həllini tapmayacaq. Bu, müzakirə olunacaq, lakin nəticəsiz qalacaq. Hazırkı ənənədən imtina etmək lazımdır. Qanuna müvafiq dəyişikliklər edilməlidir. Birmənalı şəkildə proses tənzimlənməlidir”, – V.Oruc deyib.

    Hüquqşünas Şamil Paşayev isə açıqlamasında bildirib ki, komendant pulu adı ilə yığılan pulların məbləğini sakinlər özləri müəyyən etməlidirlər:

    “Mənzil-tikinti kooperativləri (MTK), MMC binanı tikdikdən bir ay sonra onu sakinlərə təhvil verib, çıxmalıdırlar. Azərbaycan reallığında isə binanı tikən şirkətlər ona əbədi “pul yeri” kimi baxırlar, ona görə də tikintidən sonra oranı tərk etmək niyyətində olmurlar. Onlar həm binanı tikməkdən, həm də onu idarə etməkdən pul qazanırlar. Öz MMC-lərini yaradırlar, komendantlarını qoyurlar və ağıllarına gələn miqdarda pulu yığıb, işləyirlər.

    Bu problemin qarşısını almaq üçün vətəndaşlar öz yığıncaqlarını çağıraraq, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar. Özlərinin yaratdığı bu cəmiyyətlə idarəetməni həyata keçirməlidirlər. Binada lift və digər kommunal xidmətlərin yerinə yetirilməsində müvafiq formada sakinlərdən müəyyən məbləğdə pulun yığılması təmin edilməlidir.

    Azərbaycanda vətəndaşlar əllərini daşın altına qoymaq, binanı idarə etmək, məsuliyyət və öhdəlik götürmək istəmirlər. Eyni zamanda, şirkətlər də binanı özləri üçün gəlir yeri gördükləri üçün oradan çıxmır, vətəndaşın “yaxasından düşmürlər”. Bu iki ziddiyyət toqquşduğu üçün 80-100-200 manatlıq “komendant pulları” dövriyyəyə girir. Pulların bu formada yığılması absurddur”.

    Görünən odur ki, sakinlər məsuliyyəti çiyinlərinə götürmədən, qanunda müəyyən dəyişikliklər edilmədən hələ çox MTK-lar MMC-lər yaradıb, onun da başına öz komendantlarını qoyub, insanları soyub-talayacaqlar.

  • İspaniya Çinlə qatarlar yarışına qatılmağa qərar verdi

    İspaniya hökuməti saatda 350 kilometr sürət yığmaq üçün yüksəksürətli dəmir yollarını modernləşdirməyi planlaşdırır.

    Median.Az “Europa Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Oskar Puente bildirib.

    Qeyd olunur ki, bu iddialı layihənin həyata keçirilməsi İspaniyanı Çindən sonra belə yüksəksürətli infrastruktura sahib olan ikinci dövlətə çevirəcək.

    Nazirliyin rəhbəri qeyd edib ki, növbəti dörd il ərzində ölkənin nəqliyyat sisteminə 60 milyard avro yeni investisiya yönəldiləcək. Bu vəsait təkcə dəmir yollarını deyil, həm də avtomobil yollarını, liman və hava limanı komplekslərini əhatə edən infrastrukturun kompleks inkişafına yönəldiləcək.

  • “Stil Mebel” şirkətinin “sahibi”ndən 2000 manatlıq dələduzluq

    “Stil Mebel” şirkətinin adından dələduzluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə olunan Sahil Əliyevə (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Sahil Əliyev bundan əvvəl Abşeron Rayon Məhkəməsinin hökmü ilə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün cəzalar qismən toplanılıb və ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığılnda olduğu cəmi 2 ay 19 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarına görə Sahil Əliyev zərərçəkmişə özünü “Stil Mebel” şirkətinin sahibi kimi təqdim etməklə ondan sifariş götürüb və beh olaraq 2000 manat alıb. Lakin sonradan qarşı tərəf onun yalan danışdığını anlayıb və polisə müraciət edib.

    Sahil Əliyev bir neçə dəfə aidiyyəti üzrə polis bölməsinə çağırılsa da, getməyib. Daha sonra polis əməkdaşları onu saxlayıb.

    Məhkəmə zamanı Sahil Əliyev özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Lakin ibtidai istintaq zamanı bunun əksinə ifadə verib. Deyib ki, verdiyi vədə əməl etəməyib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.

  • 63 yaşlı Tom Kruz nəhayət ilk “Oskar”ını aldı

    Məşhur amerikalı aktyor Tom Kruz Amerikan Kino Akademiyasının “Governors Awards” mərasimi zamanı kino sənəti və elminin inkişafına verdiyi müstəsna töhfəyə, həmçinin həyatı boyu əldə etdiyi uğurlara görə fəxri “Oskar” mükafatına layiq görülüb.

    Median.Az “Variety” nəşrinə istinadla xəbər verir ki, tədbir dünən – noyabrın 16-da Los-Ancelesdə baş tutub. “Mission: Impossible” (“Missiya mümkün deyil”) filmlərinin ulduzu mükafatı meksikalı rejissor Aleksandro Qonsales İnyarritunun əlindən alıb və nitqi ilə izləyiciləri duyğulandırıb.

    “Kino mənim üçün bütün dünyanı açır. O, mənə fərqlilikləri qiymətləndirməyə və hörmət etməyə kömək edir. Kino həm də bizim ortaq insaniliyimizi göstərir, bir çox baxımdan necə oxşar olduğumuzu göstərir. Haradan gəlməyimizdən asılı olmayaraq, biz burada – kinoteatrda birlikdə gülürük, birlikdə hiss edirik, birlikdə ümid edirik. Bu sənət növünün gücü də bundadır. Ona görə də bu mənim üçün çox önəmlidir. Film çəkmək – bu mənim etdiyim iş deyil, bu mənim kim olduğumdur”, – deyə Tom bildirib.

    Kruz həmçinin kino sahəsindəki yolunun necə başladığını xatırlayıb:

    “Kino sevgim çox erkən yaşlarda başladı. Mən qaranlıq bir kinoteatrda balaca bir uşaq idim və işıq şüasının zala düşdüyünü xatırlayıram. Ekrana baxanda sanki hər şey parladı. Birdən-birə dünya mənim bildiyimdən qat-qat böyük oldu. Bütöv mədəniyyətlər, həyat tərzləri və mənzərələr gözümün önündə canlandı və bu, məndə macəraya, biliyə, insanı anlamağa, obraz yaratmağa, hekayə danışmağa, dünyanı görməyə qarşı böyük bir istək oyatdı. Bu, gözlərimi açdı. Xəyal gücümdə həyatın sərhədlərimin çox-çox o tərəfinə qədər uzana biləcəyini göstərdi. Həmin işıq şüası məndə dünyanı kəşf etmək istəyini oyatdı və o gündən bu yana onun ardınca gedirəm”, – deyə aktyor əlavə edib.

    Qeyd edək ki, Tomun aktyor kimi bu, ilk “Oskar”ıdır. O, daha əvvəl dörd dəfə nominasiyaya layiq görülsə də, arzuladığı mükafatı ala bilməmişdi.

    Xatırladaq ki, bundan əvvəl Tom Kruz Ginnesin Rekordlar Kitabına düşmüşdü. CNN-in yazdığına görə, 62 yaşlı kino ulduzu çəkiliş meydançasında yerinə yetirdiyi təhlükəli kaskadyor hərəkətinə görə rəsmi rekordsmen olub. Tom yanacaq hopdurulmuş və havada alışdırılmış paraşütlə vertolyotdan tullanmalı, havada yanmış parçanı kəsib ehtiyat paraşüt açmalı idi. Real görünməsi üçün o, bu səhnəni dublyorsuz 16 dəfə yerinə yetirib. Buna görə Ginnes Komitəsi ona rekord mükafatı verib.
    //qaynar.az

  • Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı

    Yüksək hava çirklənməsi ürəyin qəfil dayanma ehtimalını artırır.

    Qaynarinfo xəbər verir ki, bu nəticəyə Milan Politexnik Universitetinin tədqiqatçıları gəliblər. Nəticələr “Global Challenges” (GC) jurnalında dərc olunub.

    Tədqiqatçılar 2016–2019-cu illər arasında Lombardiyada qeydə alınan 37 613 xəstəxana xaricində ürəyin dayanma hadisəsini analiz ediblər. Hər bir hadisə üçün Avropa “Copernicus” proqramının peyk məlumatlarından istifadə edərək gündəlik çirklənmə konsentrasiyaları müəyyən edilib.

    Araşdırmada PM2.5 və PM10 – diametri müvafiq olaraq 2,5 və 10 mikrometrdən kiçik olan hava hissəciklərinin səviyyələri nəzərə alınıb. Bu hissəciklər dərin tənəffüs yollarına daxil olub iltihabi reaksiyalar yarada bilər. Həmçinin azot dioksidi, ozon və karbon monoksid səviyyələri də izlənilib. Məkan-zaman statistik modelləri hava çirklənməsinin gələcək günlərdə ürəyin dayanması ehtimalı ilə əlaqəsini müəyyən etməyə imkan verib.

    Ən diqqətçəkən əlaqə azot dioksidi ilə müşahidə olunub. Konsentrasiyanın kub metrə 10 mikroqram artması növbəti 96 saat ərzində qəfil ürəyin dayanması riskini 7% artırıb. Sərt hissəciklər də təsir göstərib: PM2.5 üçün riskin artımı 3%, PM10 üçün isə 2,5% təşkil edib.

    Müəlliflər bildirirlər ki, təsir şəhər ərazilərində daha güclü olsa da, tapılan əlaqələr böyük şəhərlərdən kənarda da saxlanılır. Risk əsasən isti dövrlərdə artır, bu da yüksək temperatur ilə çirklənmiş hava maddələri arasında qarşılıqlı təsirin olduğunu göstərə bilər.

    Hətta rəsmi normativləri aşmayan çirklənmə səviyyələrində belə əhəmiyyətli korrelyasiyalar müşahidə olunub ki, bu da mövcud “təhlükəsiz” təsir həddinin mövcudluğunu şübhə altına qoyur.

  • В Ереване совершено вооруженное нападение на филиал банка ВТБ

    В столице Армении Ереване совершено вооруженное нападение на один из филиалов российского банка ВТБ.

    Как передает Median.Az, об этом сообщает shamshyan.com.

    Отмечается, что вооруженный мужчина ворвался в филиал банка по адресу: улица Шинарарнери (Строителей), 25. У него был плакат следующего содержания: “Если не отдадите деньги, взорву все через 20 секунд”.

    До прибытия на место правоохранителей злоумышленник похитил крупную сумму денег и скрылся. По данным издания, похищенная сумма превышает 1 млн драмов (2 500 долларов).

  • İrəvanda banka basqın edildi

    İrəvanda “BTB Bank”ın filiallarından birinə silahlı basqın edilib.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, banka daxil olan silahlı şəxsin üzərində “Əgər pulumu geri verməsəniz, 20 saniyəyə hər şeyi partladacağam” sözləri yazılmış plakat olub.

    Məlumata görə, hüquq-mühafizə orqanları hadisə yerinə çatana qədər cinayətkar pulu götürərək qaçıb.

    Bankdan oğurlanan məbləğin 1 milyon dramdan (təxminən 4 454 manat) çox olduğu bildirilir.

  • Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT – FOTO

    Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

    O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.

  • İranlı narkotacirlər Bakıda kuriyerləri necə tapır? (VİDEO)

    Keçmiş narkotik istifadəçisi, hazırda reabilitasiya mərkəzində mütəxəssis kimi çalışan Qurban Oruc bildirir ki, əvvəllər iranlı narkotacirlər zəmanət kimi azərbaycanlı əlaltılarını şəxsiyyət vəsiqələrinin fotolarını alırdılar. Onların arasında sövdələşmələri baş tutmayanda, aldıqları şəxsiyyət vəsiqəsinin fotolarını və videoçəkilişləri yayırdilar. İndi isə bu üsul dəyişib.

    Şəbəkənin ifşası üçün ARB TV-nin əməkdaşı sosial şəbəkələrdə telefon nömrəsi qeyd olunmuş iranlı narkotacirlə əlaqə saxlayıb. O, zəngə cavab verib və narkotik vasitənin topdan alışı üçün şərtlər irəli sürüb.

    Bəs əgər narkotacirlə əlaqə müsbət nəticələnərsə, narkotik vasitələr ölkəyə necə keçirilir? İranlı qaçaqmalçılar bunun üçün dron kimi müasir vasitələrdən istifadə etməyə çalışırlar. Bəzən isə insanlar özlərinin xəbəri olmadan narkotik vasitə daşıyıcısına çevrilirlər.

    Məsələ ilə bağlı ölkədə geniş maarifləndirmə işləri aparılır. Daxili İşlər Nazirliyi QHT-lərlə sıx əməkdaşlıq edir. Lakin burada vətəndaş həmrəyliyi də əsas şərtlərdəndir.

    Azərbaycan polisi isə təkcə maarifləndirmə deyil, eyni zamanda sosial şəbəkələr üzərindən narkotacirlərin geniş miqyaslı ifşasını həyata keçirir.

    Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

  • В результате атаки РФ в порту Измаила загорелся турецкий танкер со сжиженным газом

    В результате дроновой атаки России в порту города Измаил Одесской области Украины загорелось турецкое судно, загруженное сжиженным газом.

    Как передает Median.Az со ссылкой на УНИАН, из-за этого в Румынии эвакуируют людей из приграничного поселка Плауру, расположенного недалеко от украинской границы. Оттуда уже вывезли 15 местных жителей.

    “Причиной стало возгорание судна, загруженного сжиженным газом, которое вспыхнуло после атаки дронов в районе города Измаил. Существует значительный риск взрыва, поэтому власти решили временно вывезти людей из зоны потенциальной опасности”, – отмечается в публикации.

    Генеральный директорат морских дел правительства Турции сообщает, что экипаж судна, состоявший из 16 членов, был эвакуирован.

    “Танкер со сжиженным газом под турецким флагом ORINDA, на борту которого находились 16 членов турецкого экипажа, был поражен во время маневра эвакуации в порту Измаил в Украине и загорелся. Экипажу удалось безопасно покинуть судно. Пострадавших нет”, – говорится в сообщении.

    Также СМИ сообщает, что глава общины Чаталкиой (коммуна в уезде Тулча в Румынии, – ред.) уже выехал на место происшествия, а префект уезда Тулча направляется в зону инцидента. Службы реагирования приведены в готовность, а румынские власти сейчас анализируют возможные сценарии действий.