Month: November 2025

  • Ulduz futbolçu xəstəxanadan evə buraxıldı

    “Çelsi” klubunun sabiq futbolçusu, hazırda Braziliyanın “San-Paulu” klubunda çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.

    Bu barədə klubun “X” hesabında məlumat verilib.

    Futbolçu noyabrın 12-də tibbi müayinə nəticəsində ürəklə bağlı problemlər aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilmişdi.

    Oskar dörd gündən sonra xəstəxanadan evə buraxılıb. Onun xəstəxanada bu qədər müddət qalması müayinədən sonra yaranan kardioloji ağırlaşmalarla bağlı olub.

    Xəstəxanada qaldığı bütün müddət ərzində onun vəziyyəti stabil olub və futbolçu özünü yaxşı hiss edib. Məlumata görə, Oskar növbəti günlərdə həkimlərin təyin etdiyi istirahət rejiminə davam edəcək.

    Xatırladaq ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçin 2024-cü ilin dekabrında “San-Paulu” komandasına qoşulub. “Çelsi” ilə iki dəfə İngiltərə çempionluğu yaşayan Oskar Braziliya milli komandasında 48 oyun keçirib və 12 qol vurub.

  • Иран начал операцию по посеву облаков для вызова осадков

    В Иране, который переживает самый тяжелый период засухи за последние годы, начались работы по облачному сеянию для создания осадков.

    Как передает Median.Az со ссылкой на агентство IRNA, первая операция по облачной сеялке была проведена в районе озера Урмия (крупнейшее озеро Ирана), которое в значительной степени обмелело и превратилось в соляную пустыню из-за длительной засухи.

    Сообщается, что работы по повышению уровня воды в озере Урмия будут продолжены и в других провинциях. Дальнейшие операции планируется провести в провинциях Восточный и Западный Азербайджан.

    Ранее Иранская метеорологическая служба объявила, что в стране наблюдается “самая засушливая осень за последние 50 лет”. Уровень осадков по сравнению со средним многолетним значением снизился на 89%.

    Снижение водных ресурсов на Ближнем Востоке и последствия изменения климата становятся предметом напряженности между странами в вопросах методов создания осадков. Иранские власти в прошлом обвиняли Израиль и ОАЭ в “вмешательстве в дождь” с помощью облачной сеялки, утверждая, что облака оставляют осадки до того, как достигают Ирана.

  • İran buludların əkini əməliyyatına başlayıb

    İran son illərin ən ağır quraqlıq dövrünü yaşayır və buna görə də ölkədə yağıntıların yağması üçün bulud əkini işlərinə başlanılıb.

    Median.Az IRNA agentliyinə istinadən xəbər verir ki, ilk bulud əkini əməliyyatı uzunmüddətli quraqlıq səbəbindən əhəmiyyətli dərəcədə dayazlaşan və duz səhrasına çevrilən Urmiya gölü (İranın ən böyük gölü) ərazisində həyata keçirilib.

    Bildirilir ki, Urmiya gölündə suyun səviyyəsinin artırılması üzrə işlər digər əyalətlərdə də davam etdiriləcək. Növbəti əməliyyatların Şərqi və Qərbi Azərbaycan əyalətlərində keçirilməsi planlaşdırılır.

    Daha əvvəl İran Meteorologiya Xidməti ölkədə son 50 ilin ən quraqlıq payızının müşahidə olunduğunu açıqlamışdı. Yağıntıların səviyyəsi çoxillik orta göstərici ilə müqayisədə 89% azalıb.

    Yaxın Şərqdə su ehtiyatlarının azalması və iqlim dəyişikliyinin nəticələri yağıntı yaratma metodları məsələsində ölkələr arasında gərginlik mövzusuna çevrilir. İran rəhbərliyi keçmişdə İsrail və BƏƏ-ni bulud əkini vasitəsilə yağışa müdaxilədə ittiham edib və buludların İrana çatmazdan əvvəl yağıntı buraxdığını iddia edib.

  • Müşfiq Abbasov Qurban Qurbanovun tənqid edilməsinə münasibət bildirdi: “Boş söhbətdir”

    “Bu şəhərdə” komandasının Heydər Əliyev Sarayında baş tutan “Ev Dar” adlı konsertində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.

    “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasov “Teleqraf”a açıqlamasında məsələyə münasibət bildirib:

    “Bu, Qurban Qurbanovla bağlı səhnəni tənqid edənlərin öz problemidir. İndiyə qədər verdiyimiz 400-ə yaxın konsertdə Aygün Kazımovanı beş dəfə, Röya Ayxanı bir neçə dəfə parodiya etmişik. Başqa məşhurları yalnız bir dəfə parodiya edirik. Öncə Qurban Qurbanovun səhnəsinə tam baxıb, sonra fikir bildirsinlər.

    Çəkilişə icazə verilmədiyi halda çəkiliş edib paylaşmaqla bizim haqqımıza giriblər. Ümumi konsertin tam versiyası hazır olandan sonra onu Qurban Qurbanova göstərmək və sual ünvanlamaq lazımdır ki, necədir? Xoşuna gələ də bilər, gəlməyə də. Bizi boşuna tənqid edirlər, boş söhbətlərdir”.

    Qeyd edək ki, “Bu şəhərdə” komandası noyabrın 14 və 15-də ikigünlük konsert proqramı ilə çıxış edib.

  • Sosial şəbəkələrdə dələduzluqla yüzlərlə şəxsi aldadan dörd nəfər SAXLANILDI

    Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

    Bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər – Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar.

    Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə “WhatsApp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər.

    “Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib.

    Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb”, – deyə məlumatda qeyd olunub.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.

    “Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik”, – deyə sonda vurğulanıb.

  • “Карабах” обратился к болельщикам перед матчем с “Наполи”

    “Карабах” выступил с обращением к своим болельщикам перед выездным матчем V тура общего этапа Лиги чемпионов УЕФА против итальянского “Наполи”.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу клуба, из-за обстоятельств, не зависящих от “скакунов”, продажа ваучеров, выделенных для гостевых болельщиков, будет приостановлена с 21 ноября.

    В настоящее время фанаты, желающие поддержать представителей Агдама, могут приобрести билеты онлайн через портал iTicket.az.

    Напомним, матч “Наполи” – “Карабах” состоится в ночь с 25 на 26 ноября. Стартовый свисток прозвучит в 00:00 по бакинскому времени.

  • “Napoli” – “Qarabağ” oyununa bilet satışı dayandırılır – TARİX AÇIQLANDI

    “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, klubdan asılı olmayan səbəblərə görə, qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

    Hazırda “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər biletləri onlayn qaydada əldə edə bilərlər.

    Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 26-da “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.

  • Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

    Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla müvafiq müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə xidmət göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri müəyyən edir.

    Belə ki, avtomobil nəqliyyatı vasitələri əsasən aşağıdakı tələblərə cavab verməlidir:

    – Gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır;

    – Sərnişin sayğacına (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu) malik olmalıdır.

    – Sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır;

    – Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir;

    – Elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.

    Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

    Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • “Range Rover”lə qəza törədib qaçan gənc “makler”lə bağlı QƏRAR

    Ali Məhkəmədə ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən Elgün Kərimovun barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kasasiya şikayəti geri götürülüb.

    Məhkəmə buna müvafiq qərar qəbul edib.

    İttihama görə, ötən il 29 sentyabrda saat 23 radələrində baş verən qəza Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnib. Hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimov saxlanılıb və o, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.

    Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə (“makler” fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, “makler” dostları ilə birgə Pirşağıdakı məşhur restoranlardan birinə yollanıblar. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü “Range Rover Sport” markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobillə geri qayıdarkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı Raqif Abbasovu vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq. Onun apellyasiya şikayəti təmin edilməyib.

  • Определились 32 из 48 участников ЧМ-2026 в США, Канаде и Мексике

    Стали известны 31-й и 32-й по счёту участники чемпионата мира – 2026, который пройдёт в странах Северной Америки – США, Канаде и Мексике. Ими стали сборные Норвегии и Португалии.

    Норвежцы в гостях разгромили Италию (4:1), обеспечив себе первое место в отборочной группе I УЕФА, а португальцы были сильнее Армении (9:1), заняв первую строчку группы F.

    Полный список известных участников ЧМ-2026 теперь выглядит так: США, Канада, Мексика, Япония, Новая Зеландия, Иран, Аргентина, Узбекистан, Южная Корея, Иордания, Австралия, Бразилия, Эквадор, Уругвай, Колумбия, Парагвай, Марокко, Тунис, Египет, Алжир, Гана, Кабо-Верде, ЮАР, Катар, Саудовская Аравия, Англия, Сенегал, Кот-д’Ивуар, Франция, Хорватия, Норвегия и Португалия.

    В розыгрыше остаётся ещё 16 путёвок на мундиаль.