Month: November 2025

  • Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vuruldu

    Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vurulub.

    Median.Az bu barədə “Sabah” nəşrinə istinadən xəbər verir.

    Bildirilir ki, Ukraynanın Odessa bölgəsindəki İzmail limanında lövbər salan və təxminən 4 000 ton mayeləşdirilmiş qaz (LPG) daşıyan Türkiyə gəmisi ORINDA vurulub.

  • Azərbaycan XİN: 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub

    44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub.

    Bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X”də etdiyi paylaşımda bildirilib.
    Paylaşımda qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:
    “Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir”.

  • Bakıda dəhşət: 14 yaşlı qız faciəvi şəkildə öldü

    Bakıda çoxmərtəbəli binadan yıxılan yeniyetmə qız həlak olub.

    Hadisə noyabrın 16-sı saat 23:00 radələrində Nəsimi rayonu Abay döngəsi 360 ünvanındakı binada qeydə alınıb.
    Belə ki, 2011-ci il təvəllüdlü N.Qocayeva yaşadığı 16-cı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.
    O, hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.
     
    ///Qafqazinfo.az

  • Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapıldı

    Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab olunan Ağdam sakininin nəşi tapılıb.

    Bu barədə APA-nın Qarabağ bürosuna sözügedən şəxsin yaşadığı Ağdam rayon Bənövşələr qəsəbə sakinləri məlumat verib.
    Məlumata görə, bir ildən artıq müddətdir ki, taleyindən xəbər olmayan 1994-cü il təvəllüdlü Quliyev Nicat Telman oğlunun döyüş bölgəsindən nəşinin tapılıb. Onun cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi ehtimal olunur.
    Qeyd edək ki, N.Quluyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, sonradan Rusiya ordusu tərəfindən Ukraynada gedən döyüşlərə qoşulub.

  • Yadigar Muradovun beyninə qan sızdı

    “Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik”.

    Bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
    O bildirib ki, atası Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülüb.
    “İndi ilk iş insultun nəticələrini aradan qaldırmaqdır. Atamın bədəni bərpa olunmalıdır ki, onu ikinci dəfə əməliyyat edə bilsinlər. Vəziyyəti çox ağırdır, nə danışa, nə də hərəkət edə bilir. Gözlərini açıb ətrafa baxır, amma reaksiya verə bilmir. Atam bu gün Allahın ümidinə qalıb, yalnız onun lütfü ilə həyata qayıda bilər. Həkimlər əllərindən gələni edirlər”.
    Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurdu. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.

  • Bakıda “Lukoil” YDM-lərində nağdsız ödəniş dayandırıldı

    Bakıda sürücülər “Lukoil” yanacaqdolurma məntəqələrində (YDM) kartla ödəniş edə bilmədiklərini bildirirlər.

    Median.Az -in məlumatına görə, Modern.az-a müraciət edən vətəndaşlar qeyd edir ki, məntəqələrdə yalnız nağd ödəniş qəbul olunur, POS-terminallar işləmir.

    YDM-lərdə probemin səbəbi açıqlanmayıb. Məsələ ilə əlaqədar “Lukoil” Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin əməkdaşı saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

    Bildirilib ki, nağdsız ödənişlərdə texniki problem yaşanıb: “Banklarla olan müvəqqəti problemdir. Terminal hələki işləməyəcək. Nə vaxtdan bu problemin aradan qalxacağını bilmirik. Amma bilirik ki, bu hal müvəqqətidir”.

    Ekspertlər isə problemin ABŞ-nin tətbiq etdiyi sanksiyalar olduğunu bildirir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə “Lukoil” və onun 34 törəmə şirkətini sanksiya siyahısına salıb. Bu qərardan sonra şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və amerikalı təşkilatlarla əməkdaşlıq qadağan edilib. Sanksiyalar nəticəsində şirkətin beynəlxalq bank əməliyyatlarında ciddi çətinliklər yarandığı bildirilir.

    Sanksiyaların təsiri təkcə qlobal əməliyyatlarla məhdudlaşmır. Bankların xarici ödənişləri qəbul etməkdən imtinası səbəbindən “Lukoil”in xaricdəki strukturları, o cümlədən Azərbaycan üzrə əməliyyatları da risk altına düşüb. Şirkət 27 oktyabrda xarici aktivlərini Avstriya üzərindən satışa çıxardığını açıqlamış, 5 noyabrda isə bu aktivlərin 100 faizinin “Gunvor” şirkətinə satılması üçün ilkin razılıq əldə etmişdi. Amma ABŞ sanksiyaları sövdələşmənin icrasını çətinləşdirir.

    Qeyd edək ki, “Lukoil Azərbaycan” birbaşa ABŞ-ın sanksiya siyahısında yer almasa da, beynəlxalq bank kanallarında məhdudiyyətlər səbəbindən kart ödənişlərinin qəbulu ilə bağlı çətinliklər yaşandığı bildirilir.

  • Kürdəmirdə 8 400 abonent susuz qalıb

    Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su boru xəttinin partlaması nəticəsində 8 400 abonent susuz qalıb.

    Hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də, xəttin Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində, diametri 500 mm olan polietilen boruda baş verib.

    Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.

    Külüllü –Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına çəkilib, rayonun mərkəzində və 6 kəndində 21 000 nəfər əhaliyə xidmət edir. İdarənin rəis müavini Rəfael Hacıyevin sözlərinə görə, hadisəyə səbəb politelin borularda baş verən deformasiyadır. Qəzanın nəticələri günün sonuna qədər aradan qaldırılacaq və əhali içməli su ilə tam təmin olunacaq.

  • Глава МИД Армении и замгоссекретаря США обсудили “Маршрут Трампа”

    Министр иностранных дел Армении Арарат Мирзоян и замгоссекретаря США по политическим вопросам Элисон Хукер на встрече в Ереване обсудили подготовку к реализации проекта “Маршрут Трампа” (TRIPP, Зангезурский коридор – ред.).

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МИД Армении, стороны подчеркнули важность этого проекта для развития более масштабной сети транспортных и иных коммуникаций.

    Они рассмотрели вопросы развития стратегического партнерства между Арменией и США.

    Собеседники подтвердили готовность углублять сотрудничество в сферах, представляющих взаимный интерес, включая энергетику, инфраструктуру, искусственный интеллект и стимулирование инвестиций.

    Мирзоян указал на активную динамику политического диалога, направленного на расширение армяно-американской двусторонней повестки.

    Стороны отметили работу, проделанную для реализации договоренностей, достигнутых 8 августа на вашингтонском саммите.

  • Ararat Mirzoyan və Elison Huker “Tramp marşrutu”nu müzakirə ediblər

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda “Tramp marşrutu” layihəsinin reallaşdırılmasına hazırlığın gedişatını müzakirə ediblər.

    Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

    Bildirilir ki, tərəflər layihənin daha geniş nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

    Onlar Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

    Tərəflər energetika, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması da daxil olmaqla, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyiblər.

    Mirzoyan Ermənistan-ABŞ ikitərəfli gündəliyinin genişləndirilməsinə yönəlmiş siyasi dialoqda dinamikanın fəal olduğunu vurğulayıb.

    Tərəflər avqustun 8-də Vaşinqton sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün görülən işlərdən danışıblar.

  • Всемирно известного футболиста выписали из больницы

    Бывший игрок лондонского “Челси”, ныне выступающий за бразильский клуб “Сан-Паулу”, Оскар выписан из медицинского учреждения.

    Об этом сообщил ФК в своем аккаунте в социальной сети X.

    Футболиста госпитализировали 12 ноября после того, как медицинское обследование выявило проблемы с сердцем.

    Оскара выписали из больницы в воскресенье – спустя четыре дня. Его пребывание в стационаре было связано с кардиологическими осложнениями, возникшими после прохождения обследования, уточнил ФК. Комплексное медицинское обследование подтвердило, что у игрока произошел эпизод вазовагального обморока.

    В течение всего периода госпитализации его состояние оставалось стабильным, и сам футболист чувствовал себя хорошо. В настоящее время спортсмен будет следовать предписанному врачами режиму отдыха в ближайшие дни, уточнили в клубе.

    Оскару 34 года, а в декабре 2024-го он присоединился к команде “Сан-Паулу”. В составе “Челси”, он дважды становился чемпионом Англии. За национальную сборную Бразилии Оскар провел 48 игр, забив 12 голов.