Month: November 2025

  • “Euronews”: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

    “Euronews” telekanalı Daşkənddə (Özbəkistan) keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü haqqında material hazırlayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, reportajda Azərbaycanın bu formata qoşulması qərarına xüsusi diqqət yetirilib.

    “Məşvərət görüşü əlamətdar nəticə ilə başa çatdı: liderlər yekdilliklə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqlədi”, – materialda qeyd olunur.

    Telekanal vurğulayıb ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri bu qərarı tarixi adlandırıblar. Dövlət başçıları qeyd ediblər ki, bu qərar Cənubi Qafqazı rəsmi olaraq Mərkəzi Asiya əməkdaşlığı çərçivəsinə daxil edir və Xəzərdən dünya bazarlarına qədər daha geniş qarşılıqlı əlaqələr məkanı üçün əsas formalaşdırır.

    “Azərbaycanın iştirakı formata yeni impuls verəcək, iki strateji əhəmiyyətli region arasında ticarəti, investisiyaları, mədəni əlaqələri və razılaşdırılmış inkişafı genişləndirəcək”, – reportajda deyilir.

    Reportajda xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevə yönəldilib. “Euronews” qeyd edib ki, İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin aktiv siyasi dialoq və iqtisadi, mədəni və humanitar əməkdaşlığın artması ilə möhkəmlənən strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb:

    “İlham Əliyev Azərbaycanın regional əməkdaşlığın təmin edilməsində artan rolunu vurğulayaraq, iri infrastruktur layihələri, orta dəhliz boyunca tranzit daşımalarının sürətli artımı, həmçinin yeni təşəbbüsləri – Rəqəmsal İpək Yolu və Xəzər enerji layihələrini qeyd edib”.

    Reportajda həmçinin Azərbaycan liderinin Mərkəzi Asiya ölkələrinə Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında dəstəyə görə təşəkkürü də qeyd olunub.

    “İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya formatına tam hüquqlu iştirakçı kimi qoşulmasını alqışlayıb və bunu əməkdaşlığı və həmrəyliyi daha da möhkəmləndirəcək tarixi addım adlandırıb”, – reportajda vurğulanır.

    Daşkənddəki sammit regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra əsas sənədlərin imzalanması ilə başa çatıb.

    Telekanal xatırladıb ki, dövlət başçıları ümumi prioritetləri müəyyən edən birgə bəyanat qəbul ediblər, Azərbaycanın məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını təsdiqləyiblər, həmçinin Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyiblər.

  • Президент Ильхам Алиев направил обращение участникам WTDC-25

    Президент Азербайджана Ильхам Алиев направил обращение участникам Всемирной конференции по развитию телекоммуникаций (WTDC-25) в Баку.

    Обращение зачитал министр цифрового развития и транспорта АР Рашад Набиев.

  • Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb (Yenilənib)

    Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli tədbir iştirakçıları!

    Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

    Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir – Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda, ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.

    Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.

    Dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoyub. Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir.

    Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanıb. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.

    İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.

    Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. SİMA adlı biometrik rəqəmsal imza sistemi artıq 3.6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

    Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək.

    Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.

    Sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr, tədbirin işinə uğurlar arzulayıram”.

    * * * * *

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oxuyub.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Дня национального возрождения

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в социальной сети Instagram публикацией по случаю 17 Ноября – Дня национального возрождения.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Ильхам Алиев поделился публикацией по случаю Дня национального возрождения – ФОТО

    Президент Азербайджана Ильхам Алиев поделился в своих соцсетях публикацией по случаю 17 Ноября – Дня национального возрождения.

    Median.Az представляет данную публикацию:

  • İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “X” sosial hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş

    Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri, baş leytenant cinayət məsuliyyətinə cəlb edilib.

    İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb.

    Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib.

    Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib.

    Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda, hadisə üzrə digər hərbçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər.

    Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin arqumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

    Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib.

    Ata, həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib:

    “Bizə xəstələndiyini demədi. Yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim. Amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndik ki, qolu da qırılmayıbmış”.

  • Azərbaycanda boşanmaların ən çox və ən az olduğu iqtisadi rayonlar

    2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

    İqtisadi rayonlar üzrə nikah və boşanma göstəriciləri belə olub:

    Bakı şəhərində 8 430 nikah (4.8) və 4 753 boşanma (2.7) qeydə alınıb, Naxçıvan Muxtar Respublikasında 1 538 nikah (4.4) və 644 boşanma (1.8), Abşeron-Xızı iqtisadi rayonunda 1 964 nikah (3.0) və 1 134 boşanma (1.7), Dağlıq Şirvan iqtisadi rayonunda 1 253 nikah (5.2) və 428 boşanma (1.8), Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 917 nikah (4.3) və 1 049 boşanma (2.3), Qarabağ iqtisadi rayonunda 3 199 nikah (5.7) və 1 163 boşanma (2.1), Qazax-Tovuz iqtisadi rayonunda 2 372 nikah (4.7) və 922 boşanma (1.8), Quba-Xaçmaz iqtisadi rayonunda 1 981 nikah (4.8) və 671 boşanma (1.6), Lənkəran-Astara iqtisadi rayonunda 3 678 nikah (5.2) və 974 boşanma (1.4), Mərkəzi Aran iqtisadi rayonunda 2 585 nikah (4.8) və 1 075 boşanma (2.0), Mil-Muğan iqtisadi rayonunda 2 060 nikah (5.2) və 646 boşanma (1.6), Şəki-Zaqatala iqtisadi rayonunda 2 122 nikah (4.5) və 836 boşanma (1.8), Şərqi Zəngəzur iqtisadi rayonunda 1 304 nikah (5.8) və 520 boşanma (2.3), Şirvan-Salyan iqtisadi rayonunda isə 1 929 nikah (5.2) və 665 boşanma (1.8) qeydə alınıb.

    Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır.

  • Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?

    İctimai iaşə sektorunda 19%-dən çox artım qeydə alınıb.

    Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin ümumi dövriyyəsi 2 milyard 239 milyon 272,7 min manat təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 362 milyon 258,5 min manat və ya 19,30% artım deməkdir. 2024-cü ilin müvafiq dövründə dövriyyə 1 milyard 877 milyon 14,2 min manat olub.

    Dövriyyənin 18 milyon 480,5 min manatı dövlət, 2 milyard 220 milyon 792,2 min manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

    Ötən ilin eyni dövründə bu göstəricilər dövlət sektoru üzrə 17 milyon 67,3 min manat, qeyri-dövlət sektoru üzrə isə 1 milyard 859 milyon 946,9 min manat təşkil edib.

    Beləliklə, dövlət mülkiyyəti üzrə dövriyyə 1 milyon 413,2 min manat və ya 8,28%, qeyri-dövlət sektoru üzrə isə 360 milyon 845,3 min manat və ya 19,40% artıb.