Month: November 2025

  • В Баку в подвале здания обнаружено тело мужчины

    В Насиминском районе Баку обнаружено тело мужчины.

    Как сообщает Median.Az со ссылкой на lent.az, уроженец Ярдымлинского района, 40-летний Амид Кюрд оглу Асадов, найден мёртвым в подвале одного из зданий, расположенных на улице А.Магеррамова.

    Следов насилия на теле не обнаружено. Причины смерти неизвестны.

    По данному факту ведётся расследование.

  • Bakıda binanın zirzəmisindən kişi meyiti tapıldı

    Bakıda binanın zirzəmisindən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində qeydə alınıb.

    Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti bu küçədəki binalardan birinin zirzəmisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı verib

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Sədr,

    Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

  • Иран бойкотирует жеребьевку ЧМ по футболу из-за визовых ограничений США

    Иранская делегация отказалась от участия в церемонии жеребьевки чемпионата мира по футболу 2026 года из-за визовых ограничений США, затронувших спортсменов из исламской республики.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил представитель Федерации футбола Ирана Амир Мехди Алави.

    “В связи с поведением американской стороны, которое было расценено как неспортивное, иранская делегация приняла решение не участвовать в жеребьевке, которая пройдет 5 декабря”, – сказал он.

    В чемпионате мира 2026 года впервые примут участие 48 сборных. Турнир пройдет в США, Канаде и Мексике с 11 июня по 19 июля. Жеребьевка состоится 5 декабря 2025 года в Вашингтоне.

  • İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək

    İran nümayəndə heyəti 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirakdan ABŞ-nin İrandan olan idmançılara qarşı tətbiq etdiyi viza məhdudiyyətlərinə görə rədd cavabı verib.

    Median.Az-ın “TASS”a istinadən xəbərinə görə, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi məlumat verib.

    “ABŞ tərəfinin idmana zidd hesab edilən davranışı ilə əlaqədar, İran nümayəndə heyəti dekabrın 5-də keçiriləcək püşkatmada iştirak etməməyi qərara alıb”, – deyə o bildirib.

    Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.

  • Qaradağda narkokuryerin saxlanılma GÖRÜNTÜLƏRİ (Video)

    Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son olaraq paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.

    E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

    Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

  • Арзу Алиева поделилась великолепными кадрами Ханбулана – Видео

    Руководитель Baku Media Center Арзу Алиева совершила поездку в Лянкяранский район.

    В своём Instagram-аккаунте она опубликовала великолепные кадры из села Ханбулан.

    Представляем данный пост:

  • Arzu Əliyeva Xanbulanın möhtəşəm görüntülərini paylaşdı – Video

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran rayonuna səfər edib.

    A.Əliyeva rayondakı Xanbulan kəndindən möhtəşəm görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • В Азербайджане могут объединить обязательное и добровольное медицинское страхование

    В Азербайджане разрабатывается модель, объединяющая обязательное и добровольное медицинское страхование.

    Как сообщает Report, об этом заявил директор Департамента устойчивого развития финансового сектора Центрального банка Азербайджана (ЦБА) Рустам Таиров на мероприятии на тему “Интеграция банковского и страхового секторов”, организованном в Баку Американской торговой палатой в Азербайджане (AmCham).

    Он отметил, что подобная модель уже существует в ряде стран.

    “В настоящее время мы работаем над ее применением.

    Наша цель заключается в том, чтобы используя возможности обязательного медицинского страхования в соответствии с успешным опытом других стран, снизить риски страховых компаний и повысить доступность медицинского страхования”, – отметил он.

    Таиров добавил, что у ЦБА есть проект по повышению доступности стоимости медицинского страхования, который также позволит достичь определенных результатов.

  • Azərbaycanda icbari və könüllü tibbi sığorta birləşdirilə bilər

    “Azərbaycanda icbari və könüllü tibbi sığortanı birləşdirəcək model hazırlanır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib.

    “Bu model bir sıra ölkələrdə mövcuddur. Hazırda biz onun tətbiqi üzərində çalışırıq. Məqsədimiz digər ölkələrin uğurlu təcrübəsinə uyğun olaraq icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq, tibbi sığortaya əlçatanlığı artırmaqdır. Eyni zamanda, tibbi sığorta haqqının daha əlçatan olması istiqamətində layihəmiz var. Düşünürük ki, bu layihə ilə də müəyyən nəticələrə gələ biləcəyik”, – deyə o qeyd edib.