Month: November 2025

  • Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi

    Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edərək Elşən Rzayevin 14 il azadlıqdan məhrum edilməsini istəyib.

    Müşavirədən sonra hökm oxunub, Elşən Rzayev 13 il azadlıqdan məhrum edilib.

    O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Təqsirləndirilənin məhkəmədə deyindən belə məlum olub ki, Elşən Rzayevə məxsus avtomobili qonşusu Bəyiş Quliyev idarə edərkən qayda pozuntusuna yol verib. Onlar arasında mübahisəyə səbəb qayda pozuntusuna görə avtomobilin sahibinin cərimələnməsi olub. Bundan bir neçə gün sonra qonşular görüşüb aralarında yaranan mübahisəni həll etməyə çalışsalar da, bu, mümkün olmayıb. Təqsirləndirilənin dediyinə görə qarşı tərəf nalayiq söyüş söydüyündən ona iki bıçaq zərbəsi vurub.

    Yaralını yaxınları xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub.

    Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə ) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • В Бейлаганском районе задушена 67-летняя женщина

    В селе Болсулу Бейлаганского района местная жительница найдена мертвой в своем доме.

    Следствие установило, что Назиля Гусейн гызы Мустафаева (1958 г.р.) была задушена.

    По данному факту ведется расследование.

  • Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı – Boğularaq öldürülüb

    Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində baş verib.

    Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Hüseyin qızı Mustafayeva yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.

    Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.

    Faktla bağlı araşdırma başlanıb.

  • Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq

    Bu ilin dekabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

    Qeyd edilib ki, birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 6-11 şaxta, gündüzlər 6-11 dərəcə, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-48 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 5-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, dağlarda gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

  • Суд ФРГ распорядился арестовать подозреваемого в подрыве “Северных потоков”

    Следственный судья Верховного суда ФРГ распорядился взять под стражу подозреваемого в причастности к подрыву газопроводов “Северный поток” и “Северный поток – 2”.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении Генпрокуратуры Германии.

    “Следственный судья Верховного суда ФРГ привел сегодня в исполнение ордер на арест гражданина Украины Сергея К.”, – сообщило ведомство.

    27 ноября Италия через три с лишним месяца выдала германской стороне подозреваемого в причастности к подрыву газопроводов Сергея Кузнецова. Судебный процесс по делу, скорее всего, будет проходить в Гамбурге. Защищать Кузнецова будет адвокатское бюро Menaker.

    В Германии украинцу предъявлено обвинение в антиконституционной диверсии и осуществлении взрыва.

  • Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib

    Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən Ukrayna vətəndaşı həbs edilib.

    Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

    Bildirilir ki, Ukrayna vətəndaşı Sergey K. “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılmasında təqsirləndirilir.

  • AYNA-ya yeni səlahiyyət verildi

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.

    Bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə” Fərmanında əksini tapıb.

    Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək AYNA-ya həvalə edilib.

    Şuşada isə bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.

    İndiyə qədər AYNA-nın vəzifələri sırasına yalnız Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək daxil olub.

  • Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib

    Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.

    O, dünən axşam saatlarında vəfat edib.

    Məlumat üçün bildirək ki, N.Salmanov Lerikin Göydərə kəndində dünyaya göz açıb. BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında işləsə də, poetik istedadı onu poeziyaya gətirib.

    Şairin ilk şeirlər kitabı “Durnalar harayı” 1987-ci ildə çapdan çıxıb. Daha sonra onun “Mən bir payız mahnısıyam”, “Mən də uçacağam tanrıya sarı”, “Ömür kitabı” və s. adda şeir və nəsr əsərləri işıq üzü görüb.

    Qeyd edək ki, şair ədəbiyyat qarşısındakı xidmətlərinə görə “Prezident mükafatı”na layiq görülüb.

  • Yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı bir sıra qanunlara dəyişiklik edildi

    Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Azərbaycan Respublikası Ailə Məcəlləsinə edilmiş dəyişikliklə uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı nəzarət edir.

    Azərbaycan Respublikası Mülki Məcəlləsinə edilən dəyişikliklə qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

    “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunununa edilən dəyişikliklə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır.

    Həmçinin “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:

    – yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsini;

    – tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

    – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və bu maddədə nəzərdə tutulmayan digər intizam təsir tədbirlərinin tətbiq edilməsini təmin etməlidirlər.

    “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

    “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

    – yetkinlik yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə qəyyumluq və himayəçilik orqanının razılığı ilə aparıla bilər;

    – İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə, onun valideynlərinə və ya qəyyumlarına və yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş qəyyumluq və himayəçilik orqanının səlahiyyətli nümayəndəsinə verilir.

    “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

    – uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır;

    – əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər;

    – mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur.

  • Ağdaş sakinləri Şirvan kanalının yenidən qurulması ilə bağlı kompensasiya alacaqlar

    Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

    Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.

    Bundan başqa, Ağdaşda 32 tikili və 71496 ədəd ağac qiymətləndiriləcək.