Month: November 2025

  • “9990” və “7770” qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA

    “9990” və “7770” qısa nömrələrindən gələn zənglər zamanı bank kartlarına müdaxilə halı, pul oğurlanması halı aşkarlanmayıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli açıqlama verib.

    O, bildirib ki, məsələ DİN-in aidiyyəti baş idarəsində araşdırılır. Hər hansı təhlükəli xüsus müəyyən olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəkdir.

  • Altay Göyüşov Baş Prokurorluğa çağırılıb

    Altay Göyüşov Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

    Bu barədə İctimai Televiziya məlumat yayıb.

    Bildirilib ki, 1965-ci il təvəllüdlü Altay Rəşid oğlu Göyüşov bu il noyabrın 21-də, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

  • “ARB TV”nin fəaliyyətində dəyişiklik edildi

    “ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bununla da MMC “Stream-Info” MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.

    Qeyd edək ki, “ARB TV” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.

  • Ключевой игрок “Наполи” из-за серьезной травмы не сможет участвовать в матче с “Карабахом”

    Полузащитник итальянского футбольного клуба “Наполи” Андре Замбо-Ангисса получил серьёзную травму в расположении сборной Камеруна.

    Как сообщает Median.Az со ссылкой на зарубежные СМИ, у игрока диагностирован разрыв двуглавой мышцы левого бедра.

    По прогнозам, 29-летний футболист сможет выйти на поле лишь через 3-4 месяца.

    В этом сезоне Ангисса забил четыре гола и сделал две результативные передачи в 15 матчах Серии А и Лиги чемпионов.

    В текущем сезоне на счету камерунского хавбека 4 гола и 2 ассиста в 15 матчах Серии А и Лиги чемпионов за “Наполи”.

    Отметим, что полузащитник “Наполи” Кевин де Брёйне и центральный нападающий Ромелу Лукаку выбыли из строя из-за схожих травм. Ожидается, что ни один из игроков не вернётся на поле до начала нового сезона.

    Напомним, 26 ноября в рамках V тура основного этапа Лиги чемпионов УЕФА “Наполи” примет “Карабах”.

  • “Napoli”nin heyətində CİDDİ İTKİ – “Qarabağ”a qarşı oyunda olmayacaq

    “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo-Anqissa zədələnib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Anqissa Kamerun millisinin heyətində zədələnib. Onun sol dizaltı əzələsində ciddi zədə aşkarlandığı qeyd olunub.

    29 yaşlı yarımmüdafiəçinin üç-dörd ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

    Anqissa bu mövsüm A Seriyası və Çempionlar Liqasında 15 matçda dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

    Qeyd edək ki, “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne və mərkəz hücumçusu Romelu Lukaku oxşar zədələrə görə sıradan çıxıblar, futbolçuların heç birinin yeni mövsümə qədər yaşıl meydanlara qayıtması gözlənilmir.

    Xatırladaq ki, “Napoli” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda noyabrın 26-da öz meydanında “Qarabağ”la qarşılaşacaq.

  • Volodimir Zelenski İlham Əliyevə zəng edib

    Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

    Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

    Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

    Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

  • Азербайджан направил России ноту

    Чрезвычайный и полномочный посол России в Азербайджане Михаил Евдокимов был вызван в Министерство иностранных дел, ему была вручена нота.

    Как сообщает Median.Az со ссылкой на информацию МИД Азербайджана, во время встречи была выражена резкая позиция в связи с падением ракеты типа “Искандер” на территорию посольства в Киеве в результате ракетно-дронового удара по украинской столице, произошедшего около 1:00 ночи 14 ноября.

    В результате последнего взрыва часть ограждения территории посольства полностью разрушена, повреждены конструкции, служебные автомобили, административное здание и консульский отдел дипломатической миссии. Территории посольства нанесен серьезный ущерб. К счастью, как было отмечено, человеческих жертв удалось избежать.

    Азербайджанская сторона напомнила, что подобные ракетные удары, противоречащие нормам и принципам международного права, происходили и ранее. В частности, 10 марта 2022 года в результате авиаудара по зданию почетного консульства Азербайджанской Республики в Харькове административное здание подверглось серьезным разрушениям, а служебный автомобиль стал непригодным для использования.

    Кроме того, 2 января 2024 года в результате воздушного удара, нанесенного российской стороной ракетой “Кинжал”, на расстоянии примерно 35 шагов от административного здания посольства образовался кратер диаметром около 3 метров, а на глубине 8 метров от поверхности земли был обнаружен неразорвавшийся боеприпас.

    28 августа 2025 года в результате воздушного удара, нанесенного на расстоянии примерно 50 метров от посольства Азербайджанской Республики в Украине, были повреждены административное здание и консульский отдел посольства, резиденция посла, а также нанесен серьезный ущерб территории дипломатического представительства.

    Также было отмечено, что 8 и 18 августа 2025 года на нефтебазу компании Государственной нефтяной компании АР (SOCAR) в Одесской области были совершены атаки с использованием дронов, в результате чего пострадали сотрудники и был нанесен значительный ущерб инфраструктуре.

    Азербайджанская сторона подчеркнула, что все эти факты вызывают вопросы о преднамеренности ракетных ударов.

    В то же время дипломату напомнили, что обо всех этих фактах российская сторона ранее была проинформирована официальными нотами, а координаты зданий, в которых расположены дипломатические представительства Азербайджана в Украине, были предоставлены российской стороне еще в апреле 2022 года. Тогда Министерство обороны России заверило, что эти координаты будут приняты во внимание.

    На встрече было подчеркнуто, что подобные нападения на дипломатические представительства недопустимы, и от российской стороны потребовали провести соответствующее расследование и предоставить подробные разъяснения по данному вопросу.

  • Azərbaycan Rusiyaya nota verib

    Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

    Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan itkisinə səbəb olmadığı qarşı tərəfə bildirilib.

    Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

    Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

    2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

    Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

    Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

    Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

    Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

  • 171 milyonluq CİNAYƏT İŞİ: “Qumar kralı” hakim qarşısına çıxarılır

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, “Qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.

    Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

    Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

    İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Pərviz Məmmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığı, digər şəxslər – Ramin Saadov və Samir Nəsibov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.

  • Xəstə uşağın adı ilə pul yığan şəxsi polis saxladı, 10 min manat ailəyə verildi

    Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.

    Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.