Month: November 2025

  • 9 ildir axtarılan Xəyalənin qalıqlarının tapıldığı yerdən FOTOLAR

    Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməlyyiat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb.

    2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın əvvəllər məhkum olunmuş Elnur Nizami oğlu Eynullayev tərəfindən qətlə yetirilməsi məlum olub.

    X.Xəlilovanın meyiti Göytəpə qəsəbəsində istifadəsiz tikilidə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


  • Fransa Pavel Durovun ölkədən çıxma qadağasını aradan qaldırdı

    Fransa hökuməti “Telegram” mesencerinin təsisiçisi Pavel Durovun hərəkət məhdudiyyətlərini tamamilə ləğv edib.

    Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

    Bu qərardan sonra P.Durov sərbəst şəkildə Fransa ərazisini tərk edə bilər. O, daha yerli polis məntəqəsində mütəmadi olaraq qeydiyyatdan keçmək məcburiyyətində deyil.

    Qeyd edək ki, Pavel Durov keçən ilin avqustunda Paris hava limanında saxlanılıb. O, “Telegram”da dərc olunan kontentin yetərincə moderasiya edilməməsi və Fransanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməsi ilə əlaqədar saxlanılmışdı.

  • Türkiyədə mərc oyunları qalmaqalı – 102 futbolçu…

    Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) mərc qalmaqalı ilə bağlı qərarları açıqlanıb.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa və 1-ci Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştirak etdiyinə görə diskvalifikasiya edilib.

    Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da yer alıb. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.

    Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.

  • Запрет Пашиняна на развод: Лимит партии исчерпан

    Премьер-министр Армении Никол Пашинян, контролирует не только политическую жизнь своих соратников, но и их личные дела.

    Как сообщает Median.Az со ссылкой на армянские СМИ, один из членов его команды сообщил Пашиняну о намерении развестись и начать новую жизнь. Однако премьер категорически запретил ему это, заявив, что в партии “Гражданский договор” уже исчерпан лимит разводов, и никто больше не имеет права разводиться, чтобы не портить имидж власти в глазах общества.

    Пресс-секретарь спикера парламента Армении Ален Симонян в июле сообщил изданию Armenia Today, что он и его жена готовятся к разводу и подали заявление в Центр по вопросам гражданских прав и свобод при Министерстве юстиции. Им предоставили несколько месяцев на размышления.

  • Paşinyandan boşanma qadağası: “Partiyanın limiti dolub”

    Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının nümayəndələrinə boşanmağı qadağan edib.

    Bu barədə Ermənistan mediası yazıb.

    Bildirilir ki, Paşinyanın komandasının üzvlərindən biri arvadından boşanmaq və yeni həyata başlamaq istədiyini bildirib.

    Baş nazir bunu ona qəti qadağan edib. O bildirib ki, partiyada boşanma limiti artıq bitib və partiyanı cəmiyyətin gözündən salmamaq üçün heç kəsin boşanmaq haqqı yoxdur.

    Ermənistan parlamentinin sədri Alen Simonyanın mətbuat katibi iyul ayında “Armenia Today”ə bildirib ki, Simonyan və arvadı boşanmağa hazırlaşırlar və bunun üçün Ədliyyə Nazirliyinin VVAQ mərkəzinə ərizə təqdim ediblər. Onlara düşünmələri üçün bir neçə ay vaxt verilib.

  • Sabirabadda çoban fermeri döydü

    Sabirabad rayonunda çoban fermeri döyüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Moranlı kəndində baş verib.

    Kənd sakini Elxan Məmmədov Moranlı ərazisində xırdabuynuzlu heyvanlarını otararkən həmkəndlisi, fərdi təsərrüfatla məşğul olan Əflan adlı fermerlə rastlaşıb. Əflan ona bildirib ki, yaxınlıqda onun pambıq və yonca sahəsi var və qoyunları həmin istiqamətə aparmasın. Elxan isə ona məhəl qoymayaraq, heyvanları həmin istiqamətdə olan otlaq sahəsinə aparıb. Bu vaxt Əflan əsəbiləşərək heyvanların qarşısını kəsib və qoyunları geri qaytarıb. Nəticədə Elxanla Əflan arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elxan əlindəki çomaqla Əflana zərbələr endirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və Elxan saxlanılıb. Faktla bağlı cinayət işi başlandıqdan sonra iş məhkəməyə göndərilir.

    Sabirabad Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edilib və işə xitam verilib.

  • Həbsdəki hakimə güzəşt edildi – Şikayəti özü yazmışdı

    Rüşvət müqabilində qanunsuz qərardad çıxardığı üçün məhkum edilmiş keçmiş məhkəmə hakimi İlyas Mahmudovun cəzası azaldılıb.

    Median.Az qafqazinfo-yua istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar çıxarıb.

    Məhkəmə keçmiş hakimin kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 9 ildən 6 ilə endirilib.

    Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov 9 il azadlıqdan məhrum edilmişdi.

  • Bakıda eston qızın çantası oğurlandı – “Yellov bag” dedi, oğru tutuldu

    Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ay İşığı” çimərliyində Estoniya vətəndaşının çantasını oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Göyçay rayonunda rayonunda doğulmuş R.T.-nın Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs həmin çimərliyə Nicat adlı dostu ilə istirahətə gedib. Dənizdən çıxan zaman xarici ölkənin xanım vətəndaşının dənizə gəlib özünə yer tutduğunu və əlində olan çantanı yerə qoyub dənizə girdiyini görüb. Qadın dənizdə çimən zaman o, çantanı götürərək, qaçıb. Hadisədən bir neçə dəqiqə sonra isə polis tərəfindən saxlanılıb.

    Çantası oğurlanan Estoniya vətəndaşı S.E. polisə yaxınlaşaraq, ingilis dilində “yellov bag”, yəni “sarı çanta” ifadəsini işlədib. Onlar vaxt itirmədən xarici vətəndaşın göstərdiyi istiqamətə qaçıblar. Həmin şəxsin yol kənarında dayandığını və əlində sarı rəngli çantanın olduğunu görüblər. R.T. dərhal polis tərəfindən saxlanılıb.

    Çantadakı şəxsiyyət vəsiqəsi, həmçinin içərisindəki 40 manat və həmin tarixin məzənnəsi ilə 102,74 manat təşkil edən 55 avro məbləğində pul, 20 manat dəyərində cüzdan zərəçəkmişə qaytarılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

  • Toyuq fermasında fəhlə “iPhone” oğurladı, həbs edildi

    Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Xəmsə” Məhdud Məhsuliyətli Cəmiyətində (MMC) fəhlə oğurluq etdiyi üçün həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Heydər Həsənovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, Heydər fəhlə kimi çalışdığı “Xəmsə” MMC-nin Zirə qəsəbəsində yerləşən toyuq fermasında qaynaqçı işləyən Ağakərim adlı şəxsin “iPhone 15 Pro Black” markalı, 128 GB yaddaşa malik telefonunu oğurlayıb.

    MMC-yə məxsus istixananın ərazisində fəhlələrin dincəlməsi və evi uzaqda olanların gecələməsi üçün tikilmiş binanın 2-ci mərtəbəsində yerləşən yataq otağına plastik materialdan olan qapının kilidini sındırmaqla daxil olub və çarpayının yanında qoyulmuş tumbanın üstündəki Ağakərimə məxsus telefonu götürüb.

    Məlum olub ki, zərərçəkmiş şəxs 2025-ci ilin aprel ayının 14-də mağazadan oğlu Sübhanın adına 2 549 manat 98 qəpiyə “iPhone 15 Pro Black” markalı mobil telefonu alıb və hadisə gününədək istifadə edib.

    Məhkəmənin hökmü ilə Heydərə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Ekspert: “İbtidai pillədəki boşluqlar şagirdin bütün təhsil yoluna mənfi təsir göstərir”

    “İbtidai təhsildən sonra şagirdlərin təxminən 40–50 %-nin təhsilini davam etdirməkdə çətinlik çəkməsi, başlanğıc siniflərdə yığılan struktur problemlərin uzun illər ərzində həll edilmədən qalmasının nəticəsidir. Bu rəqəm təsadüfi deyil”.

    Bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov, elm və təhsil naziri Emin Əmrullayevin “təxminən 40–50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir” fikrinə münasibət bildirərkən deyib.

    Ekspertin sözlərinə görə, nazirin bu etirafı həm ölkə daxilində aparılan monitorinqlərin, həm beynəlxalq qiymətləndirmələrin, həm də məktəblər üzrə nəticə fərqlərinin göstərdiyi mənzərə ilə tam uzlaşır:

    “Əldə etdiyim nəticələrə görə, IV sinif monitorinqlərində oxu-anlama üzrə nəticələr məktəblər arasında 3 dəfədən artıq fərqlənir. “Ümumi Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində ibtidai təhsilin əsas vəzifəsi kimi göstərilən “şagirdin davamlı öyrənmə bacarıqlarının formalaşdırılması” geniş miqyasda təmin olunmur. Bu isə o deməkdir ki, qanunun nəzərdə tutduğu baza standartı ilə real nəticələr arasında ciddi boşluq var. Nazirliyin bu problemi açıq şəkildə etiraf etməsi sistemin düzgün istiqamətə yönəldiyini göstərir. Statistik analizlər də təsdiqləyir ki, zəif ibtidai baza şagirdin təhsil yolunun bütün mərhələlərində geriləmələrə səbəb olur. Buraxılış və qəbul imtahanlarının, eləcə də monitorinq nəticələrinin təhlili göstərir ki, ibtidai səviyyədə oxu bacarıqları zəif olan şagirdlərin 71 faizi V–VI sinifdə riyaziyyat üzrə minimum standartlara belə çata bilmir”.

    Ekspert əlavə edib ki, Nazirliyin səsləndirdiyi 40–50 faizlik göstərici həm də sosial-iqtisadi fərqlərin təhsildəki təsirini açıq şəkildə üzə çıxarır:

    “Bakı şəhərinin mərkəzi məktəblərində ibtidai nəticələr 65–75 faiz səviyyəsində qənaətbəxş olduğu halda, bəzi rayon məktəblərində bu göstərici 35–40 faizi keçmir. Bu uçurumun səbəbləri qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin praktikada eyni səviyyədə icra olunmaması ilə bağlıdır. “Təhsil haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, dövlət təhsildə bərabər imkanları təmin etməlidir. Amma siniflərin say həddinin çox olduğu, kitabxanası, resurs otağı və psixoloji xidməti olmayan ibtidai məktəblərdə bu bərabərlik reallıqda tam təmin olunmur. Müsbət məqam isə ondadır ki, Elm və Təhsil Nazirliyi problemi gizlətmir, əksinə, açıq şəkildə ibtidai təhsilin sistemin mərkəzində dayandığını qəbul edir. Bu, köklü islahatlar üçün ən vacib ilkin şərtdir”.

    Kamran Əsədov hesab edir ki, ibtidai təhsilə prioritet yanaşma nəticə etibarilə orta və tam orta təhsildə də keyfiyyət artımına gətirib çıxaracaq:

    “Çünki ibtidai pillədə şagirdin oxu, məntiq və idarəetmə bacarıqları formalaşdıqda, sonrakı mərhələlərdə kurikulum yüklənməsi azalır, məktəb fərdi təhsilə daha çox vaxt ayıra bilir. Müəllim şagirdin lisey və kollec seçiminə daha effektiv istiqamət verə bilir. Bu mexanizm işlədikcə, qanunvericilikdə nəzərdə tutulan keyfiyyət tələbləri real nəticələrlə üst-üstə düşəcək. Əsas dəyişiklik odur ki, sistemin resursları pərakəndə və görüntülü layihələrə deyil, təhsilin təməli olan ibtidai mərhələyə yönələcək. Amma problem ondadır ki, mövcud müəllim kadrı bu tələblərə birdən-birə uyğunlaşa bilmir, sinifdə fərdiləşdirilmiş tədris bacarıqları hələ tam yayılmayıb, valideynlərin dəstəyi isə regiondan-regiona kəskin fərqlənir. Buna baxmayaraq, Nazirliyin şəffaf mövqeyi, problemi statistik faktlarla göstərməsi və sosial-iqtisadi kontekstdə bərabərlik prinsipini gücləndirməsi təhsildə islahat mədəniyyətini formalaşdırır – bu isə ən mühüm addımdır”.

    Ekspertin fikrincə, dəyişməsi vacib olan sahələr ibtidai müəllim hazırlığının kəmiyyət yox, keyfiyyət əsasında qurulması, məktəblər arasında resurs fərqlərinin azaldılması, ibtidai psixoloji xidmətin gücləndirilməsi və valideyn–məktəb əməkdaşlığının rəqəmsal alətlərlə sistemləşdirilməsidir.

    Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ibtidai təhsili düzəltmədən orta və ali təhsildə keyfiyyətə nail olmaq mümkün deyil: “Təxminən 40–50 faiz uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. Düz yol budur”.