Month: November 2025

  • İlham Əliyev: Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir

    Futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

    “Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”, – deyə o qeyd edib.

    Qeyd edək ki, mundial 2027-ci ildə iki ölkədə təşkil olunacaq.

  • Şəhid türk əsgərlərinin nəşləri Türkiyəyə nə vaxt aparılacaq?

    Gürcüstanda baş verən təyyarə qəzasında şəhid olan türk əsgərlərinin nəşləri bu gün Türkiyəyə aparılacaq.

    Median.Az xəbər verir ki, bu barədə jurnalist Fulya Öztürk özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

    “A400M təyyarəmiz Tbilisi hava limanındadır. İyirmi şəhidimiz tezliklə Türkiyəyə göndəriləcək”, – Fulya Öztürk bildirib.

  • Hərbi prokurorluqda yeni təyinat olub

    Hərbi prokurorluqda yeni təyinat olub.

    Median.Az xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

  • Ronaldo 1000-ci qolu vurmasından danışdı

    Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo karyerasında 1000-ci qolunu vurması barədə verilən suala yumorla cavab verib

    Median.Az xəbər verir ki, hazırda onun aktivində 953 qol var. Jurnalist Ronaldoya belə bir səhnəni təsəvvür etməyi xahiş edib: Dünya Çempionatının finalı, həlledici an… və o, 1000-ci qolu vuraraq komandasını çempion edir.

    Ulduz futbolçu mövzuya yumorla yanaşıb və deyib: “Görünür, çox film izləmisiniz (gülür). Bu, həddindən artıq ideal səhnə olardı. Amma dedikləriniz xoş səslənir. Yığma bir oyunçudan asılı deyil, amma bu rəqəmlər əlbəttə ki, xoş göstəricidir”.

    Karyerası ərzində Ronaldo “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi klublarda çıxış edib. Portuqaliya millisinin heyətində isə Avropa Çempionatının qalibi olub.

  • Президент: Азербайджан придает особое значение всестороннему развитию сотрудничества со всеми странами Центральной Азии

    Азербайджан придает особое значение всестороннему развитию сотрудничества со всеми странами Центральной Азии на самом высоком уровне.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в интервью узбекскому агентству УзА.

    “Считаю, что стратегическое партнерство и союзнические отношения, установленные между странами Центральной Азии и Азербайджаном на двусторонней основе, а также наш активный политический диалог и взаимные визиты играют ключевую роль в успешности данного формата сотрудничества”, – отметил глава государства.

  • Prezident: “Azərbaycan Mərkəzi Asiyadakı bütün ölkələrlə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”

    “Azərbaycan regiondakı (Mərkəzi Asiyadakı) bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində söyləyib.

    Dövlətimizin başçısı bildirib: “Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”.

  • В Азербайджане мать отказалась от своего ребенка – Видео

    В Азербайджане няня отвезла младенца в приют, поскольку мать отказалась от него.

    Как передает Oxu.Az, об этом рассказала председатель общественного объединения помощи женщинам и детям Təmiz Dünya Мехрибан Зейналова.

    Она сообщила, что у ребёнка в области ягодиц обнаружены покраснение и опрелости.

    “У младенца отсутствуют какие-либо документы, что усложнит процесс оказания помощи”, – подчеркнула председатель.

  • Ana körpəsindən İMTİNA etdi, dayə Bakıdakı sığınacağa gətirdi – Video

    Azərbaycanda ana övladına sahib çıxmadığı üçün körpəyə baxan dayə onu sığınacağa gətirib.

    Bu barədə “Təmiz Dünya” Qadın və Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

    Azərbaycanda ana övladına sahib çıxmadığı üçün körpəyə baxan dayə onu sığınacağa gətirib.

    Bu barədə “Təmiz Dünya” Qadın və Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
    //oxu.az

  • Тахмина Таги-заде: В этом году в Азербайджане 13 спортсменов наказаны за допинг

    В этом году в Азербайджане 13 спортсменов наказаны за допинг.

    Как передает Oxu.Az, об этом заявила исполнительный директор Национального антидопингового агентства Азербайджана (AMADA) Тахмина Таги-заде на международной конференции “Право и справедливость в спорте: новые антидопинговые рамки”, организованной AMADA.

    Она отметила, что AMADA применило санкции к 13 спортсменам за первые 10 месяцев 2025 года.

    “За этот период были завершены 17 дел, четыре человека по разным причинам не получили санкций”, – сказала она.

  • Təhminə Tağı-zadə: “Bu il Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb”

    “Bu il Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb”.

    Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfransında məlumat verib.

    O bildirib ki, AMADA 2025-ci ilin ilk 10 ayında 13 idmançıya sanksiya tətbiq edib:

    “Bu müddət ərzində 17 iş yekunlaşıb, 4 nəfər müxtəlif səbəblərdən sanksiya almayıb”.