Month: November 2025

  • Стоимость серебра обновила исторический максимум

    Стоимость фьючерса на серебро с поставкой в декабре 2025 года на бирже Comex (подразделение Нью-Йоркской товарной биржи) обновила исторический максимум, превысив 54 доллара за тройскую унцию (примерно 31 г – ред.).

    Это следует из данных торговой площадки.

    По данным на 07:55 по бакинскому времени, цена на драгметалл росла на 6.01% и составляла 54.0350 доллара за тройскую унцию. К 08:20 по Баку стоимость серебра ускорила рост до 54.2 доллара за унцию (+6.34%).

    В то же время фьючерс на золото с поставкой в декабре 2025 года на бирже Comex находился на уровне 4 217.2 доллара (+0.09%).

  • Gümüşün qiyməti tarixi maksimuma yüksəlib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında təhvil veriləcək gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram – red.) 54 dolları ötüb.

    Bunu ticarət məlumatları göstərir.

    Bakı vaxtı ilə 07:55-ə olan məlumatlara görə, qiymətli metalın qiyməti 6.01% artaraq 1 troya unsiyası üçün 54.0350 dollar təşkil edib. Bakı vaxtı ilə 08:20-yə olan məlumata görə isə gümüşün dəyəri bir unsiya üçün 54.2 dollara qədər (+6.34%) artıb.

  • Президент Ильхам Алиев принял делегацию Церкви Иисуса Христа Святых последних дней

    13 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял прибывшую из США делегацию Церкви Иисуса Христа Святых последних дней.

    В состав делегации вошли член “Кворума Двенадцати Апостолов” Дэвид Беднар, член “Кворума Семидесяти” и первый советник Центральноевропейского регионального офиса Джек Джерард, президент и председатель правления Фонда Стирлинга Майлс Хансен и член “Кворума Семидесяти” по Центральной Европе и Евразии Пол Пикард.

    Как сообщает АЗЕРТАДЖ, в ходе беседы с удовлетворением были отмечены предыдущие встречи Президента Ильхама Алиева и делегации Церкви Иисуса Христа Святых последних дней.

    Гости передали поздравления по случаю успехов, достигнутых в Вашингтоне в продвижении мирной повестки между Азербайджаном и Арменией при свидетельстве президента США Дональда Трампа.

    Поблагодарив за поздравления, глава государства сказал, что достигнутые в Вашингтоне договоренности между Азербайджаном и Арменией имеют историческое значение и играют важную роль в развитии региона. Отметив, что после того как Дональд Трамп вновь был избран на пост президента, азербайджано-американские отношения вышли на новый этап, Президент Ильхам Алиев напомнил, что в ходе его визита в Вашингтон в августе текущего года были подписаны важные документы, связанные с развитием двусторонних отношений.

    Гости выразили признательность главе государства за официальную регистрацию Церкви Иисуса Христа Святых последних дней правительством Азербайджана, расценив это как проявление в нашей стране заботы о представителях всех религий, сообщили, что примут участие в открытии бакинского офиса данной церкви.

    На встрече говорилось о проводимой в Азербайджане на государственном уровне работе по содействию межкультурному и межрелигиозному диалогу, подчеркнуто, что в нашей стране организовано много важных международных мероприятий в этой сфере.

    Было отмечено, что толерантность является образом жизни нашего народа, подчеркнуто, что исторически представители разных религий и народов живут в Азербайджане как одна семья в условиях мира и согласия.

  • İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.

    Nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildirlər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

    Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar.

    Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırlayıb.

    Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini deyiblər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndiriblər.

    Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulanıb.

    Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirilib, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edilib.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 2.35 доллара, или 3.47% – до 65.43 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 67.78 доллара.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 2.35 ABŞ dolları və ya 3.47% azalaraq 65.43 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.78 ABŞ dolları təşkil edib.

  • В Гедабейском районе сгорел семикомнатный дом

    В селе Новосаратовка Гедабейского района произошел пожар.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС), сгорели легковоспламеняющиеся конструкции двухэтажного семикомнатного дома общей площадью 240 кв.м, хлева площадью 300 кв.м, шесть тонн сена, сложенного на крыше хлева, а также потолок двух комнат (25 кв.м) на втором этаже и конструкции крыши (50 кв.м) примыкающего двухэтажного десятикомнатного дома общей площадью 400 кв.м.

    Остальные части домов и близлежащие постройки были защищены от огня.

    Пожар был потушен подразделениями пожарной охраны.

  • Gədəbəydə yeddiotaqlı ev yanıb – Video

    Gədəbəy rayonunun Novosaratovka kəndində yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 240 kvadratmetr olan iki mərtəbəli evin və tövlənin yanar konstruksiyaları, həmçinin tövlənin damına yığılmış 6 ton ot bağlaması, bitişik tikilmiş ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsində iki otağın tavanı 25 kvadratmetr və dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

    Evlərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Турции произошла серия землетрясений

    Сегодня утром в районе Сындыргы турецкой провинции Балыкесир зафиксирована серия землетрясений.

    Как передает Median.Az со ссылкой на Управление по борьбе со стихийными бедствиями при правительстве Турции (AFAD), в 07:16 по бакинскому времени произошли подземные толчки магнитудой 4.7. Очаг стихии залегал на глубине 12.31 км.

    Через 4 минуты после этого зафиксированы еще два землетрясения магнитудой 4.3.

  • Türkiyədə səhər saatlarında silsilə zəlzələlər qeydə alındı

    Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda bu gün səhər saatlarında silsilə zəlzələlər qeydə alınıb.

    Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, Bakı vaxtı ilə 07:16-da maqnitudası 4.7 olan yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 12.31 kilometr dərinlikdə yerləşib.

    Bundan 4 dəqiqə sonra 4.3 bal gücündə iki zəlzələ qeydə alınıb.