Month: November 2025

  • “Google Photo”da YENİ FUNKSİYA

    “Google Photos” tətbiqində “Nano Banana” adlı süni intellekt modeli əsasında işləyən yeni fotoredaktə funksiyası təqdim edilib.

    Bu barədə “Google” şirkətinin rəsmi bloqunda məlumat verilib.

    Ən diqqətçəkən yeniliklərdən biri şəxsi redaktə rejimidir. İstifadəçilər “Mənə redaktədə kömək et” funksiyasından istifadə edərək konkret dəyişikliklər tələb edə biləcəklər. Məsələn, gün eynəyini çıxarmaq, üz ifadəsini yaxşılaşdırmaq və ya fotoda gözləri daha açıq göstərmək mümkündür.

    Bundan əlavə, əvvəllər yalnız “Android” versiyasında mövcud olan dialoq pəncərələrinin redaktə interfeysi artıq tətbiqin “iOS” versiyasında da istifadəyə verilib.

    Yaradıcılıq üçün əlavə imkanlar arasında tematik filtrlərin tətbiqi də yer alır. Məsələn, Renessans üslubu, mozaika kompozisiyaları və uşaq kitabı illüstrasiyalarını xatırladan stilizə edilmiş effektlər.

    Şirkət həmçinin “Fotodan soruş” (Ask Photos) funksiyasının qlobal miqyasda genişləndirilməsini elan edib. Bu funksiya artıq 100-dən çox ölkədə və 17 dildə əlçatan olacaq. “Fotodan soruş” istifadəçilərə hadisələr, tarixlər və obyektlər üzrə şəkil axtarmağa, eləcə də sorğularına süni intellekt tərəfindən ətraflı cavablar almağa imkan verir.

  • СМИ: Около миллиарда баррелей нефти скопилось на танкерах в мировом океане

    На танкерах в морях и океанах с августа накопилось около 1 млрд баррелей нефти.

    Об этом сообщает Bloomberg со ссылкой на данные компаний Vortexa, Kpler и OilX.

    Согласно информации, существенная часть этого объема приходится на нефть из стран, находящихся под санкциями. Из всего количества нефти от 20% до 40%, по разным данным, приходится на топливо из России, Ирана и Венесуэлы.

    В общемировом производстве на эти страны приходится лишь 17%, а значит, запасы их нефти накапливаются на танкерах быстрее, чем нефть из других регионов. Как отмечает издание, накопление связано как с ростом производства, в том числе в России, так и с воздействием санкций, из-за чего многие порты по всему миру отказываются принимать такую нефть.

    “Частично этот рост объясняется более суровыми западными санкциями, из-за которых российская нефть накапливается на судах и не может быть разгружена”, – считают аналитики компании Clarksons Securities.

    При этом Bloomberg пишет, что накапливается и нефть, не затронутая какими-либо санкциями. Прежде всего речь идет о Саудовской Аравии, которая в последние месяцы наращивает производство и экспорт.

  • Dünya okeanındakı tankerlərdə təxminən bir milyard barel neft yığılıb

    Avqust ayından etibarən dəniz və okeanlardakı tankerlərdə təxminən 1 milyard barel neft toplanıb.

    Bu barədə “Bloomberg” agentliyi “Vortexa”, “Kpler” və “OilX” şirkətlərinin məlumatlarına istinadən xəbər verir.

    Məlumata görə, bu həcmin əhəmiyyətli hissəsi sanksiya altında olan ölkələrin neftinə aiddir. Ümumi neft miqdarının 20%-dən 40%-dək hissəsi Rusiya, İran və Venesueladan olan yanacağın payına düşür.

    Qeyd edilir ki, bu yığılma hasilatın Rusiyada artması və sanksiyaların təsiri ilə bağlıdır, çünki dünyanın bir çox limanı belə nefti qəbul etməkdən imtina edir.

  • Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov Türkiyədə həlak olub

    Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həlak olub.

    Bu barədə “Trend”ə jurnalistin yaxınları məlumat veriblər.

    Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.

    Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

  • Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? – “Azəristiliktəchizat”dan AÇIQLAMA

    Noyabrın 15-dən etibarən Bakı şəhəri və regionlarda istilik mövsümü başlayır.

    “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Oxu.Az-a açıqlamasında bildirilib ki, ölkə ərazisində ümümilikdə 449 məktəb və bağça, 3800 bina (təqribən 185 min mənzil), 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyektləri istilik ilə təmin olunacaq.

    Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? – Azəristiliktəchizatdan AÇIQLAMA

    “Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da – Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Xaçmaz, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Bu doqquz rayonda “Azəristiliktəchizat” ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.

    Bakı şəhəri və regionlarımızda ümumilikdə “Azəristiliktəchizat” ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var, noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq”.

    O əlavə edib ki, işğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb:

    “Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub”.

  • Dönüş tarixləri bəlli oldu

    İspaniyanın “Barselona” klubunun zədələnmiş futbolçularının bərpa prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Barça Universal” nəşri məlumat yayıb.

    Bildirilib ki, qapıçı Joan Qarsiya və hücumçu Rafinya La Liqanın növbəti turunda – noyabrın 22-də baş tutacaq “Atletik Bilbao” ilə oyuna qədər sağalaraq komandanın sərəncamında olacaq.

    Gənc ulduz Lamin Yamal isə təxminən 8-10 gün meydana çıxa bilməyəcək. Pedrinin dekabrın ortalarında, Mark-Andre ter Ştegenin yanvarda, Qavinin isə yalnız fevralda bərpa olunaraq oynamağa başlaması gözlənilir.
    Qeyd edək ki, hazırda “Barselona” turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real Madrid”dən 3 xal geri qalır.

  • Bu ölkədə “Bluetooth”a məhdudiyyətlər qoyuldu

    Yaponiya hökuməti qadınlara qarşı zorakılıq və təqib hallarının qarşısını almaq məqsədilə “Bluetooth” texnologiyasının istifadəsinə məhdudiyyətlər tətbiq edib.

    Median.Az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, polis orqanları artıq potensial qurbanın şikayəti olmadan da müdaxilə edə biləcək.

    Qanun layihəsi dekabr ayında parlamentdə müzakirəyə çıxarılacaq və yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir.

    Qeyd edək ki, bu qərar Kanoqava bölgəsində baş vermiş faciəli hadisədən sonra hazırlanıb. Belə ki, bir kişi keçmiş sevgilisini “Bluetooth” vasitəsilə izləyərək öldürüb.

    Xatırladaq ki, Yaponiyada 2021-ci ildə GPS izləmə cihazlarından istifadəyə də qadağa qoyulmuşdu. Statistikalara görə, 2023-cü ildə “Bluetooth” vasitəsilə 196, 2024-cü ildə isə 370 cinayət hadisəsi qeydə alınıb.

  • Saakaşvili 3 il sonra həbsxanaya qaytarıldı

    Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.

    Bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

    Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur. Bu səbəbdən eks-prezident xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.

    Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı.

    Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə iki müddətə Gürcüstan prezidenti vəzifəsini tutub. 2013-cü il parlament seçkilərində məğlubiyyətdən sonra ölkəni tərk edib.

    Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana qayıdıb və oktyabrın 1-də həbs olunub. Həbsxanada olduğu müddətdə bir neçə dəfə aclıq elan edib. Səhhəti pisləşdiyi üçün öncə həbsxananın klinikasına, daha sonra 2022-ci ilin mayında isə “Vivamed” özəl klinikasına yerləşdirilib.

    Saakaşvili hakimiyyətdən sui-istifadədə, büdcə vəsaitlərinin israfçılığında, etiraz aksiyasının zorakılıq yolu ilə dağıdılmasında və siyasi opponentlərinin təqibində ittiham olunur.

    Sabiq dövlət başçısı barəsində bir neçə cinayət işi açılıb. O, 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edilib.

    Eks-prezident dövlət sərhədini qanunsuz keçməyə görə 4 il 6 ay, büdcə vəsaitlərinin israf olunmasına görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Onunla bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam etdirilir.

  • Şamaxıda ev yandı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Kiçik Xınıslı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Median.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50kv.m, bir otağın tavanı 25 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

  • “Neçə arvadınız var?” – Video

    Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb.

    Median.Az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb.

    Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.

    Ağ Ev rəhbəri bir şüşə ətiri Suriya prezidentinə, digərini isə onun həyat yoldaşına hədiyyə edib və “Neçə arvadınız var?”, – gülümsəyərək soruşub.
    Əhməd əl-Şaraa isə “Bir?” , – cavabını verib.