Month: November 2025

  • Azərbaycanda onlayn cərimə ödənişi zamanı komissiya tutulacaq – MƏBLƏĞ

    Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komissiya tutmağa başlayıb.

    Median.Az “Operativ Media”ya istinadən xəbər verir ki, cərimədən tutulan komissiya məbləği 0.40 AZN təşkil edir.

    Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, 01.11.2025-ci il tarixindən etibarən, cərimə ödənişlərini təmin edən provayderin (xidmət təminatçısının) tələblərinə əsasən, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur.

    Qeyd olunur ki, yeni qaydalara əsasən, cərimə məbləğindən asılı olmayaraq, ödəniş zamanı 0.40 qəpik komissiya haqqı tutulur.

    Komissiya məbləği ödəniş zamanı avtomatik olaraq cərimə məbləği ilə birlikdə hesablanır.

    Xatırladaq ki, Azərbaycanda inzibati cərimələri 10 gün ərzində ödəyənlərə 10 faiz güzəşt tətbiq edilir.

  • В Бейлаганском районе обнаружено расчленённое тело пропавшей женщины

    В селе Гарадаглы Бейлаганского района обнаружены человеческие останки, предположительно принадлежащие женщине, пропавшей без вести месяц назад.

    Как сообщает Oxu.Az, останки, которые были найдены в изрядно поврежденном состоянии из-за нападения диких животных, предположительно принадлежат Шуджаат Ислам гызы Исмайыловой, числившейся пропавшей без вести на протяжении месяца.

    Расчлененное тело было найдено в кустах на территории села.

    Собранные останки были переданы правоохранительными органами на экспертизу. После экспертизы останки тела были переданы семье.

  • Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı

    Beyləqan rayonunun Qaradağlı kəndində qadın meyitinin qalıqları aşkarlanıb.

    Oxu.Az-ın məlumatına görə, vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə olan meyit qalıqlarının bir ay öncə itkin düşmüş Şücaət Müslüm qızı İsmayılovanın meyiti olduğu ehtimal edilir.

    Qalıqlar kənd ərazisindəki kolluqda aşkar edilib.

    Qalıqlar yığılaraq hüquq-mühafizə orqanları tərəfindən ekspertizaya təqdim edilib. Ekspertizadan sonra meyitin qalıqları ailəsinə təhvil verilib.

  • Обнародован средний размер пособия на погребение в следующем году

    В 2026 году в Азербайджане на пособия на погребение будет выделено 37.6 млн манатов. В бюджете текущего года эта сумма предусмотрена в размере 40 млн манатов.

    Эта информация отражена в отзыве Счетной палаты на проект бюджета Государственного фонда социальной защиты при Министерстве труда и социальной защиты населения на 2026 год.

    Согласно документам, в следующем году прогнозируется выплата этого пособия 39 821 человеку. На текущий год эта цифра составляет 40 673 человека. Средний размер пособия на погребение в следующем году составит 944 маната.

    С 1 июля 2025 года пособие на погребение, выплачиваемое работающим застрахованным лицам, установлено в размере 600 манатов, а пособие, выплачиваемое семье умершего трудового пенсионера, – в размере трехкратной минимальной пенсии по возрасту – 960 манатов.

  • Gələn il üçün dəfn müavinətlərinin orta məbləği AÇIQLANDI

    2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə 37.6 milyon manat vəsait ayrılacaq. Cari ilin büdcəsində bu məbləğ 40 milyon nəzərdə tutulub.

    Bu barədə məlumat Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

    Büdcə sənədlərinə görə, növbəti ildə 39 821 nəfərə bu müavinətin verilməsi proqnozlaşdırılır. Cari il üçün bu rəqəm 40 673 nəfərdir. Gələn il dəfn üçün müavinətin orta məbləğ isə 944 manat olacaq.

    2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manat, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın üç misli – 960 manat müəyyən edilib.

  • Prezidentdən məmurlara xəbərdarlıq: “Əks təqdirdə lazımi ölçülər götürüləcək”

    “İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz”.

    Bu fikirləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

    Dövlət başçısı çıxışında qeyd edib:

    “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.

    İlham Əliyev bildirib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər:

    “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək”.

  • İlham Əliyev: “Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub”

    “Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub”.

    Bu fikirləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

    Dövlət başçısı yeni təyin olunan şəxslərin etimadı doğruldacaqlarına əminliyini ifadə edib:

    “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.

    İlham Əliyev bildirib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər:

    “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

    “Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”, – dövlət başçısı vurğulayıb.

  • Prezident: “Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər”

    “Bəzi məmurlar göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər”.

    Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

    Dövlət başçısı qeyd edib ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır:

    “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada – kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir”.

    Azərbaycan Prezidenti əlavə edib ki, hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, onlara təlimatları bunlardan ibarətdir:

    “Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.

  • İlham Əliyev: “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər”

    “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”.

    Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

    Dövlət başçısı qeyd edib ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın:

    “Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”.

  • В России создали войска беспилотных систем

    Создание войск беспилотных систем в Вооруженных силах РФ состоялось, определена структура нового рода войск, сформированы штатные полки и другие подразделения.

    Об этом “Комсомольской правде” сообщил замначальника войск беспилотных систем, полковник Сергей Иштуганов.

    “Войска беспилотных систем в Вооруженных силах Российской Федерации созданы. Определена структура нового рода войск, назначен начальник войск беспилотных систем, созданы органы военного управления на всех уровнях. Сформированы штатные полки и другие подразделения. Боевая работа беспилотных подразделений беспилотных систем ведется по единому плану и во взаимодействии с другими подразделениями группировок войск”, – сказал он.