Month: November 2025

  • Muazzez Abacı ad günündə vəfat etdi

    Türkiyənin sənət musiqisinin unudulmaz səsi Muazzez Abacı vəfat edib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, ötən həftə qızı Səba Abacıya baş çəkmək üçün ABŞ-yə gedən sənətçi orada infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.

    Bu səhər onunla bağlı kədərli xəbər alınıb. İfaçı öz doğum günündə 78 yaşında dünyasını dəyişib.

  • Azərbaycan karateçisi İslamiadanın qalibi oldu

    Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

    Median.Az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.

    İrina Zaretska finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) məğlub olub.

  • Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nuri: “Narkotik istifadə etdiyi üçün öldürmüşəm”

    Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin hal-hazırda hər hansı bir psixi xəstəliyinin olub-olmaması barədə təkrar psixoloji ekspertizanın təyin olunması ilə bağlı vəsatətlə çıxış edib.

    Prokuror vəsatəti əsassız sayaraq, təmin olunmamasını istəyib. Müşavirədən sonra vəsatət sənədlərin tədqiqi mərhələsinədək baxılmamış saxlanılıb.

    Prosesin növbəti mərhələsində prokuror Eldar Həmzə təqsirləndirilənə ittiham aktını elan edib.

    Amin Nuri qardaşının qətli ilə bağlı özünü qismən təqsirli hesab edib. Hakim onun ittiham olunduğu maddələrin sübuta yetiriləcəyi təqdirdə 20 ilədək azadlıqdan məhrum edilə biləcəyini təqsirləndirilənə xatırladıb.

    Qətlə yetirilən Aslan Nurinin hüquqi varisi olan həyat yoldaşı şahid kimi ifadə verərkən onun müəyyən ifadələri təqsirləndirilən Amin Nurinin etirazına səbəb olub. Amin Nuri qardaşını mülkə görə yox, onun narkotik maddə aludəçisi və digər zərərli vərdişlərinə görə yaranmış narazılıqlar zəminində qətlə yetirdiyini deyib. O, qardaşının həyat yoldaşına onu dəfələrlə ərinin döydüyü zaman əlindən aldığını deyib və şahid də bunu təsdiq edib.

    Növbəti proses dekabrın 10-na təyin olunub.

    Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

    Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri könüllü polisə gedəcəyini deyib.

    Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.

    Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

    Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.

  • Mqer Qriqoryan Şahin Mustafayevlə “Tramp marşrutu”nu müzakirə edib

    “Azərbaycanlı həmkarım (Azərbaycan baş nazirinin müavini – red.) ilə təmaslar davam edir”.

    Median.Az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə parlament saatı sessiyası zamanı deyib.

    O, sentyabr ayında baş tutan qarşılıqlı səfərləri xatırladaraq, onların “Tramp marşrutu” (TRIPP) çərçivəsində mümkün sərhəd delimitasiyası prosesi ilə bağlı olduğunu qeyd edib.

    Bununla yanaşı, sərhədin delimitasiyası prosesinin davam etdirilməsinə dair ayrıca işçi təmaslar da mövcuddur.

    Qriqoryanın sözlərinə görə, bu təmaslar konstruktiv xarakter daşıyır.

    Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.

  • Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub

    Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib. 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən söndürülüb.

    Bildirilib ki, yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb. Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.

  • Azərbaycanın kino sənayesində ikiillik inkişaf dinamikasının qorunması prioritet məsələdir

    “Son iki il ərzində Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılıb və 2023-cü ildən fəaliyyətə başlayaraq, milli kino sektorunun canlanmasına mühüm təkan verib”.

    Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdəki çıxışında bildirib.

    O qeyd edib ki, 2023-2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8-10 tammetrajlı film istehsal olunur:

    “Kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq”.

    Naziri müavininin sözlərinə görə, 2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur:

    “ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” (BCB) platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir. 2025-ci ilin dekabrında keçiriləcək növbəti BCB konqres-festivalında 30-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir”.

    Fərid Cəfərov vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələn “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmi Türk dünyasının ilk ortaq bədii filmi olacaq:

    “2023-2025-ci illərdə ARKA-nın dəstəyi ilə ölkədə çəkilən xarici layihələr nəticəsində 10 milyon ABŞ dolları məbləğində vəsait ölkə iqtisadiyyatına daxil olub. Prezidentin 2025-ci il 29 may tarixli sərəncamı ilə təsdiqlənən “xərclərin qismən geri ödənilməsi (rebate)” mexanizmi xarici istehsalçıların marağını daha da artırıb. Bu sistemin tətbiqi növbəti üç ildə ölkəyə 50 milyon dollara yaxın investisiya cəlb edilməsi ilə nəticələnə bilər.

    ARKA hazırda dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modelləri tətbiq edir və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir”.

    Naziri müavini həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması, əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər:

    “Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən, dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır”.

  • На каких улицах Баку 12 ноября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    2) улице Ниязи, в направлении транспортной развязки “Азнефть”;

    3) улице Бакиханова, от пересечения с проспектом Иншаатчылар в направлении парка “Деде Горгуд”;

    4) улице Аббасгулу аги Бакиханова, от пересечения с улицей Джалила Мамедгулузаде, в направлении круговой развязки “Статистика”;

    5) проспекте Зии Буниятова, от пересечения с улицей Ахмеда Раджабли до пересечения с проспектом Ататюрка;

    6) улице Юсифа Сафарова, в направлении центра столицы;

    7) улице 28 Мая, между пересечениями с улицами Александра Пушкина и Рашида Бейбутова;

    8) 1-я Приозерная дорога, в направлении проспекта Зии Буниятова;

    9) проспекте Бабека, в направлении центра столицы;

    10) аэропортовском шоссе, в направлении станции метро “Кёроглу”;

    11) улице Абдулвахаба Саламзаде, в направлении проспекта Зии Буниятова;

    12) улице Микаила Мушфига, от транспортной развязки в Бадамдаре в направлении школы №20;

    13) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    14) проспекте Гейдара Алиева (второстепенная дорога), в направлении центра столицы;

    15) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    16) улице Рашида Бейбутова, в направлении Центрального банка.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    8. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    9. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

    12. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    13. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    14. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    15. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Pensiya alan 123 min şəxsin rəsmi iş yeri də var

    2025-ci ilin 1 yanvar tarixinə olan statistikaya görə yaşa görə əmək pensiyası alan 123 320 nəfər aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən sığorta haqqı ödəyir. 2024-cü ilin eyni dövründə bu göstərici 135 511 nəfər təşkil edirdi.

    Bu barədə məlumat Hesablama Palatasının işsizlikdən sığorta fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

    Sənəddə bildirilir ki, hazırda yaşa görə əmək pensiyası alan şəxslər işsizlikdən sığorta haqlarını ödəsələr də, işsizlər üçün nəzərdə tutulmuş sosial imkanlardan istifadə edə bilmirlər.

    “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər işsiz kimi qeydiyyata alınmır. Nəticədə, onlar işsizlik sığortası ödənişi, peşə hazırlığı, ictimai işlər və digər məşğulluq proqramlarından yararlana bilmirlər.

    Hesablama Palatası bildirib ki, bu hüquqi ziddiyyətin aradan qaldırılması üçün qanuna açıq norma əlavə edilməli və yaşa görə əmək pensiyası alan şəxslərin işsizlikdən sığorta haqlarına cəlb edilməsindən istisna olunması təmin edilməlidir.

  • Binəqədidə tıxaca səbəb olan kanalizasiya xəttinin çəkilişi işləri nə zaman yekunlaşacaq?

    Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.

    Median.Az xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət tıxacın yaranmasına, sürücü və sərnişinlərin uzun müddət yolda qalmalarına səbəb olur.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib ki, sözügedən ərazidə işlər qısa müddətdə yekunlaşacaq:

    “MİDA-nın növbəti layihəsi olan Binəqədi Yaşayış Kompleksinə xarici məişət-kanalizasiya xəttinin çəkilişi ilə bağlı işlər Binəqədi şosesindəki mövcud kommunikasiya xətləri nəzərə alınmaqla, müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir. İşlərin qısa müddət ərzində tamamlanması nəzərdə tutulur”.