Month: November 2025

  • Türkiyə şəhidlərini qarşılayır – VİDEO

    Gürcüstanda C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin nəşi ölkələrinə çatdırılıb.

    Median.Az xəbər verir ki, hərbçilərin nəşi Türkiyədə əsgər salamı verilərək qarşılanıb. 

    Bununla bağlı görüntülər Türkiyə mediasının sosial şəbəkə hesablarında paylaşılıb. 

  • AFFA Əliyar Ağayevin səhv qərar qəbul etdiyini təsdiqlədi — VİDEO

    AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

    Median.Az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

    O, “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ” (2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

    Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin “Zirə” – “Turan Tovuz” matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin “sarı” ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.//demokrat.az

  • Украина официально остановила мирные переговоры с Россией

    Украина официально остановила мирные переговоры с Россией из-за того, что так и не удалось достичь прогресса.

    Как передает Median.Az, об этом в комментарии The Times заявил заместитель министра иностранных дел Украины Сергей Кислица.
    “Поскольку мирные переговоры в этом году завершились без существенного прогресса, они были прекращены”, – сказал он.

  • Ukrayna Rusiya ilə danışıqları rəsmən dayandırıb

    Ukrayna Rusiya ilə sülh danışıqlarını rəsmən dayandırıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin müavini Serqey Kislitsa açıqlayıb.

    “Bu il sülh danışıqları əhəmiyyətli irəliləyiş olmadan başa çatdığı üçün onlar dayandırılıb”, – deyə nazir bildirib.

  • Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır

    Azərbaycan gələn il idxal rüsumlarının azaldılacağı mal mövqelərinin sayını artırmağı planlaşdırır.
    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ticarət və Xarici İnvestisiya Siyasəti Departamentinin Ticarət siyasəti şöbəsinin rəhbəri Həsən Əliyev Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025″in (ASM 2025) təqdimat seminarında bildirib.
    Onun sözlərinə görə, ötən il hökumət 272 mal mövqeyi üzrə idxal rüsumlarının dərəcələrini azaldıb. Bunların əksəriyyəti istehsal prosesində istifadə olunan xammal və aralıq mallar təşkil edir.
    “2026-cı ildə bu siyahının genişləndirilməsi və şirkətlərə xərcləri azaltmaqda dəstək göstərilməsi ilə bağlı böyük planlarımız var. Bu, onlara məhsulların keyfiyyətini artırmağa və qlobal bazarlarda öz mövqelərini möhkəmləndirməyə imkan verəcək”, – H.Əliyev qeyd edib.

  • Qəzada həlak olan hərbçi xərçəng xəstəsinə donor olubmuş

    Gəncədən Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğrayan “C130” tipli hərbi yük təyyarəsində həlak olan kiçik gizir Ramazan Yağızın həyat hekayəsi sosial şəbəkədə gündəm olub.

    Median.Az xəbər verir ki, iki qız atası olan Ramazan Yağız atasını uşaq yaşlarında itirib və liseyi bitirdikdən sonra orduya qoşulmağa qərar verib.

    Məlum olub ki, o, 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyatdan keçib və illər sonra bir xərçəng xəstəsinə uyğun donor olub.

    O həmin vaxt paylaşdığı yazıda belə qeyd edib:
    “Təxminən 10 il əvvəl kök hüceyrə donoru olmaq istəyirsənmi deyə soruşdular, mən də “bəli” dedim. 10 il sonra mənə xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Testlərdən sonra iyun ayında əməliyyat baş tutdu və bu gün həmin adamın xəstəxanadan buraxıldığını eşitdim. Bu, həyatımın ən böyük xoşbəxtliyidir”.

    Xatırladaq ki, ötən gün Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.

  • Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın davam edir

    Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

    Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.

    Mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

    Qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərə görə, bir neçə gündür ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.

  • Sumqayıtdan Bakıya gələcək yeni marşrutun dayanacaq məntəqələri – FOTOLAR

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt şəhərindən paytaxta təşkil edilən 500 nömrəli müntəzəm avtobus marşrutunun dayanacaq məntəqələrini açıqlayıb.

    Median.Az AYNA-ya istinadən xəbər verir ki, bu marşrut xətti 33 dayanacaq məntəqəsini əhatə edir.

    Noyabrın 12-dən fəaliyyətə başlayan yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.

    Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.

    Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

    500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 manat müəyyən edilib.

  • Türkiyə və Gürcüstan prezidentləri təyyarə qəzası ilə bağlı son durumu müzakirə ediblər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

    Danışıq zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinə dair son vəziyyət müzakirə olunub.

    Gürcüstan Prezidenti qəza nəticəsində şəhid olan hərbçilər üçün Ərdoğana başsağlığı verib.

    Türkiyə Prezidenti başsağlığı diləkləri və dəstəyi üçün Gürcüstan Prezidentinə təşəkkürünü bildirib.

    Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

  • Sakinlər öz evlərinə hasarı aşaraq girməli olurlar

    Lənkəran rayonunun Osakücə kənd sakini Hüseynəli Rzayev Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirir ki, 7 ildir problemlə üz-üzə qalıb.

    O iddia edir ki, pay torpağı kimi istifadə etdiyi həyətyanı sahəsini kənd sakini Natiq Sadıqov hasarlayaraq bağlayıb. Odur ki ailə üzvləri evinə gedib-gəlmək üçün ya 400-500 metr yol qət etməli, ya da hasarı aşmalıdırlar.

    Baku TV yolu bağlamaqda adı hallanan Natiq Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, müsahibə verməyib. Lakin bildirib ki, elektron xəritənin cavabını gözləyir. Əgər sözügedən ərazinin xəritədə yol olduğu təsdiqini taparsa, hasarı sökəcək.

    Osakücə kənd bələdiyyəsinin sədri Həkər Cavadov da bu barədə geniş danışmaq istəməyib. O, şifahi olaraq bildirib ki, sözügedən məsələ ilə əlaqədar həmin əraziyə dəfələrlə baxış keçirilib, hər iki tərəfin fikirləri dinlənilib.
    Bələdiyyə sədri qeyd edib ki, məsələ elektron xəritə dəqiqləşdirildikdən sonra həllini tapacaq.
    Daha ətraflı videomaterialda: