Month: November 2025

  • Azərbaycan vasitəsilə gətirilmiş buğda ilə bağlı iddiaya erməni nazirdən cavab: “Birinci özüm yeyəcəyəm”

    Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan vasitəsilə idxal edilən Qazaxıstan buğdasından hazırlanmış çörəyi ilk dadan şəxs olmaq istəyir.

    Bu barədə nazir sosial mediada yazıb.

    “Əvvəlcə bu buğda çörəyini mən yeyəcəyəm”, – deyə o qeyd edib.

    Xatırladaq ki, Qazaxıstan taxılını daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçdikdən sonra Ermənistana gəlib. Təxminən 1000 ton dördüncü sort buğda tədarük edilib. Çatdırılma Azərbaycanın tranzit yükdaşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

  • Azərbaycan hansı ölkələrdən silah alır? – ADLAR

    Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir.

    Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

    Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

    Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən “Elbit Systems” şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən “Predator Hawk” raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

    “Rafael” şirkətinin “IceBreaker” əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

    Türkiyədən alınan “Roketsan” şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda “Bayraktar TB2” və daha ağır sinif “Akıncı” PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

    Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının “yuxarı qatını” gücləndirir.

    Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

    İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

    Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı “Polonez-M” sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

    Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.

  • Sabah Bakıda 20 dərəcə isti olacaq

    Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.

  • Bakıda müəllim tələbədən ətir istədi, işdən çıxarıldı – Məhkəmə işi

    Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib.

    Qaynarinfo xəbər verir ki, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib.

    İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işinə xitam verildiyi üçün məhkəməyə müraciət edib. O, iddia edir ki, direktor Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbindən əsassız təzyiqlərə məruz qalıb və Həmkarlar İttifaqı Komitəsinin iclasında rüşvətxor adlandırılıb. Müəllimə 10.000 manat mənəvi zərər və işinə bərpa edilməsini tələb edib.

    Direktor Fizuli Talıbov isə bildirib ki, müəllim dəfələrlə xəbərdarlıq və intizam tənbehlərinə baxmayaraq, müəssisəyə ziyan vuran hərəkətlərə yol verdiyi üçün işdən azad olunması əsaslı qərar olub və iddianın rədd edilməsini xahiş edib.

    Məhkəmədə müəllimənin rüşvət istədiyi tələbələr də iştirak edib. D.F. adlı tələbə iddia edib ki, dəfələrlə həmkarlarından İlhamiyyə müəllim üçün pul yığıb. Bir dəfə onda olan ətri İlhamiyyə xanım görüb və onun üçün də həmin ətirdən almasını istəyib. Ətir bahalı olduğu üçün 5 manatlıq “probniklərini” alıb, lakin müəllim onu qəbul etməyib. Ondan pul tələb edilməsi ilə bağlı məktəbin hərbi rəhbər müəllimi Elşənə müraciət edib.

    Digər tələbələr də oxşar hallardan söz açıblar.

    Məhkəmə nəticəsində İlhamiyyə Mehdiyevanın tələbləri əsassız hesab olunub və təmin edilməyib.

  • XƏBƏRDARLIQ – Sizə belə mesajlar gələrsə polisə məlumat verin

    Son dövrlər sosial şəbəkələrdə, mesencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN-kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir:

    “Bu cür məlumatların paylaşılması kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.

    Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal “102” Zəng Mərkəzinə və banka məlumat verin”.

  • В некоторых районах Азербайджана на магистралях будет ограничена видимость

    12 ноября в ряде районов Азербайджана из-за тумана видимость на автомагистралях ожидается от 200 до 700 метров.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

  • Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Noyabrın 12-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

  • Azərbaycan-İslandiya oyununa hakim təyinatları AÇIQLANDI

    Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

    Matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib.

    Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.

    VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar.

    Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan – İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək.

  • Аш-Шараа: Сирия теперь является союзником США

    Сирия вступила в новую эру, которая будет построена на стратегии развития с США.

    Об этом заявил в интервью Fox News президент страны на переходный период Ахмед аш-Шараа.

    “Сирия теперь рассматривается как геополитический союзник США и как территория, куда Вашингтон может направлять инвестиции, особенно в сектор добычи газа”, – отметил аш-Шараа.

    Уточняется, что вопрос о возможном вступлении Сирии в коалицию США по борьбе с террористической организацией “Исламское государство” (ИГИЛ) будет рассмотрен внутри сирийского правительства.

    При этом, по словам аш-Шараа, в ходе встречи с президентом США Дональдом Трампом обсуждались перспективы инвестиций, направленных на экономическое развитие Сирии.

  • Əhməd əş-Şaraa: “Suriya artıq ABŞ-nin müttəfiqidir”

    “Suriya elə bir yeni dövrə qədəm qoyub ki, o, ABŞ ilə münasibətlərin inkişafı strategiyası üzərində qurulacaq”.

    Bunu Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa “Fox News”a müsahibəsində bəyan edib.

    “Suriya artıq təhlükəsizliyə təhdid kimi qəbul edilmir – indi o, geosiyasi müttəfiq və ABŞ-nin böyük investisiya layihələrini birgə həyata keçirə biləcəyi bir ölkədir…” – deyə əş-Şaraa vurğulayıb.

    Prezidentin sözlərinə görə, bu, xüsusilə qaz hasilatı sahəsindəki layihələrə aiddir.

    Əhməd əş-Şaraa noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.