Month: November 2025

  • Kiber cinayətkarlar yeni şantaj metodları ilə “yaradıcılığın” sərhədlərini aşır

    Kiber təhlükəsizlik firması “Kaspersky” şəxsi məlumatların pozulmasından əldə olunan məlumatların e-poçt əsaslı şantaj fırıldaqlarını daha hədəfli etdiyini bildirib. 

    Qaynarinfo xəbər verir ki, şirkətin xəbərdarlığına görə, kiber cinayətkarlar indi qurbanların tam adı və telefon nömrəsi kimi detalları e-poçt mesajlarına əlavə etməklə daha inandırıcı təəssürat və panika yaratmağa çalışırlar.

    Fırıldaqçılar müxtəlif ssenarilərlə qurbanları hədəfləyir:

    * Haker rolu: Ən geniş yayılan üsulda hücumçular qurbanın cihazlarını “hack etdiklərini” iddia edir. Kamera və mikrofonlara giriş əldə etdiklərini, xüsusi sənədləri ələ keçirdiklərini bildirməklə, xüsusilə yetkin məzmun izlənməsi zamanı əldə edilən görüntüləri yaymaqla təhdid edir və yüzlərlə dollar dəyərində kriptovalyuta tələb edirlər.

    * Muzdlu qatil təhdidi: Bu ssenaridə isə hücumçular kiminsə qurbanın həyatını bitirmək üçün onlara pul ödədiyini, lakin daha yüksək məbləğ qarşılığında qurbanın həyatını bağışlayacaqlarını iddia edir. Bu üsul utanc hissindən çox qorxu yaratmağa yönəlib.

    * Rəsmi qurum təqlidi: Digər geniş yayılmış fırıldaq növündə cinayətkarlar özlərini “Europol” kimi rəsmi qurumların nümayəndəsi kimi təqdim edirlər. Qurbanlara cinsi sui-istifadə, ifşaçılıq kimi ağır ittihamlar ehtiva edən saxta “çağırış” sənədləri göndərilir və məhkəmə təqibindən qaçmaq üçün “cərimə” adı altında kripto ödəniş tələb olunur.

    Təyinatı aşmaq üçün texniki üsullar

    “Kaspersky”nin baş spam analitiki Anna Lazariçeva bu cür hücumların təhlükəsizlik sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirən texniki məqamları açıqlayıb. Fırıldaqçılar əsas mesajı əlavə faylların içinə gizlədir, bədənin mətn taramasından yayınmaq üçün oxşar görünüşlü Latın və Kiril hərflərini qarışdırır. Həmçinin HTML koduna durğu işarələri və ya təsadüfi simvollar əlavə etməklə mətni texniki baxımdan unikal edir. Bu üsullar e-poçtun oxunaqlığını qoruyarkən filtrin aşkarlama qabiliyyətini azaldır.

    Qorunma tövsiyələri

    Şirkət istifadəçilərə bu fırıldaqçılıqlardan qorunmaq üçün göndərənin etibarlılığını diqqətlə yoxlamağı, e-poçt ünvanında uyğunsuzluqlar axtarmağı və tanımadıqları mənbələrdən gələn əlavələrə mütləq ehtiyatla yanaşmağı tövsiyə edir. Bundan əlavə, rəsmi hüquq-mühafizə orqanlarının e-poçt vasitəsilə çağırış göndərmədiyini və kriptovalyuta ilə ödəniş tələb etmədiyini bilmək bu cür təhdidlərə qarşı əsas müdafiə addımı sayılır.

  • Həbsxanada qətliam: 27 məhbusun meyiti tapıldı

    Ekvadorun El Oro əyalətində yerləşən bir həbsxanada 27 məhbusun meyiti tapılıb.

    Rəsmilər hadisənin səbəblərini tam müəyyənləşdirmək üçün araşdırma aparır.

    Azadlıqdan məhrum edilmiş şəxslər və cinayət törətmiş gənclərlə bağlı milli nəzarət qurumu SNAI sosial media hesabında verdiyi açıqlamada El Oro əyalətinin paytaxtı Maçala şəhərindəki cəzaçəkmə müəssisəsində 27 məhbusun həyatını itirdiyini bildirib.

    Açıqlamaya əsasən, ilkin araşdırmalar ölümlərin boğulma nəticəsində baş verdiyini göstərir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün müvafiq dövlət orqanlarının iş apardığı qeyd edilib.
    //qaynar.az

  • İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar? – Video

    Hazırda ölkəmizdə istirahət günləri olduğu üçün insanların bir çoxu rayonlara üz tutur.

    Həmin rayonlardan biri də Qubadır.

    Belə ki, Qubaya gələn qonaqlar qeyd edirlər ki, rayon Bakıya ən yaxın məsafədə yerləşir və bu baxımdan həmin ərazi onlar üçün sərfəlidir.

    Həmçinin Quba ilə yanaşı, Lənkərana gələnlərin sayında da artım müşahidə olunur.

    Cənub zonasının sitrus bağları turistlər üçün olduqca əlverişlidir.

    Öncədən hazırlanan tur-paketlər də gələn qonaqlar üçün rahatlıq yaradıb.

    Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

  • Azərbaycana 9 ayda gələn turistlərin sayı açıqlandı

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib.

    “Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % azdır.

    O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 21,5 % azdır.

    Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib – 27 908 nəfər. Bu, illik müqayisədə 22,8 % azdır.

    Bundan əlavə, Belarusdan 20 937 nəfər (-20,4 %), Polşadan 8 266 nəfər (-19,6 %), Moldovadan 3 581 nəfər (−26,7 %), Macarıstandan 3 508 nəfər (-10,1 %), Rumıniyadan 2 841 nəfər (−18,9 %), Çexiyadan 2 801 nəfər (+4,6 %), Litvadan 2 174 nəfər (−39,7 %), Bolqarıstandan 2 003 nəfər (-25,9 %) Latviyadan 1 861 nəfər (−32,3 %), Serbiyadan 1 590 nəfər (-25,2 %), Slovakiyadan 1 440 nəfər (−32,5 %) Estoniyadan 1 426 nəfər (−20,6) Xorvatiyadan 1 284 nəfər (-4,5 %), , %), Sloveniyadan 664 nəfər (-1,6 %) Kiprdən 571 nəfər (+6 %), Monteneqrodan 413 nəfər (+7,6 %), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7 %), Şimali Makedoniyadan 314 nəfər (-10,5 %), Albaniyadan isə 286 nəfər (−38,1 %) turist gəlib.

    9 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 83 482 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 21,8 % azdır.

    Qərbi Avropa ölkələri arasında ən çox turist 20 308 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 21 % azdır.

    Bundan əlavə, Almaniyadan 18 353 nəfər (-15,5 %), İtaliyadan 11 221 nəfər (-17,4 %), İspaniyadan 5 850 nəfər (−23 %), Fransadan 5 225 nəfər (−29 %), Niderlanddan 4 877 nəfər (-20,4 %), Avstriyadan 2 393 nəfər (17,1), Belçikadan 2 290 nəfər (−22,7 %), Portuqaliyadan 2 055 nəfər (-25 %), İsveçdən 2 020 nəfər (-39,1 %), %), Yunanıstandan 1 909 nəfər (- % 2), İsveçrədən 1 813 nəfər (-28,1 %), İrlandiyadan 1 407 nəfər (-28 %), Norveçdən 1 229 nəfər (-40,2 %), Danimarkadan 1 088 nəfər (−44,5 %), Finlandiyadan 701 nəfər (−40,4 %), Lüksemburqdan 364 nəfər (-18,6 %), Maltadan 198 nəfər (-39,4 %), İslandiyadan 187 nəfər (-56,2 %), Andorradan 14 nəfər (-26,3 % ) turist gəlib.

  • Министр обороны Азербайджана выразил соболезнования турецкому коллеге

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов выразил соболезнование министру национальной обороны Турции Яшару Гюлеру в связи с крушением военно-транспортного самолета на азербайджано-грузинской границе.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство обороны Азербайджана.

    “Меня глубоко опечалило известие о крушении военно-транспортного самолета C130, направлявшегося из Азербайджана в Турцию. Молю Всевышнего об упокоении душ погибших, разделяю горе их близких и с глубокой скорбью выражаю соболезнования их семьям”, – говорится в соболезновании.

  • Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

    Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

    “Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik”, – məlumatda qeyd olunub.

    Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

  • Министр обороны Азербайджана выразил соболезнования турецкому коллеге

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов выразил соболезнование министру национальной обороны Турции Яшару Гюлеру в связи с крушением военно-транспортного самолета на азербайджано-грузинской границе.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство обороны Азербайджана.

    “Меня глубоко опечалило известие о крушении военно-транспортного самолета C130, направлявшегося из Азербайджана в Турцию. Молю Всевышнего об упокоении душ погибших, разделяю горе их близких и с глубокой скорбью выражаю соболезнования их семьям”, – говорится в соболезновании.

  • Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Başsağlığında deyilir:

    “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

  • Azərbaycandan uçan Türkiyə hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı (YENİLƏNİB)

    Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) hadisə ilə bağlı açıqlama yayıb.

    Açıqlamada deyilir:

    “Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan rəsmiləri ilə koordinasiyalı olaraq başlanılıb”.

    Qəzaya uğrayan təyyarənin xüsusiyyətləri:

    “Lockheed C-130 Hercules” ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən dizayn edilən və istehsal olunan, dörd turboprop mühərriklə təchiz edilmiş hərbi nəqliyyat təyyarələridir. Təyyarə, hazırlanmamış və ya yarı hazır hava limanlarına enib qalxa bilmək üçün nəzərdə tutulub və hərbi yük daşıma, əsgər nəqli və təxliyyə funksiyalarına malikdir. 1954-cü ildən bəri 2500-dən çox istehsal edilmiş bu təyyarələr ABŞ, Kanada, Avstraliya daxil olmaqla 60-dan çox ölkədə aktiv istifadə olunur. 74 əsgər daşımaq üçün tam təchizatlı olan bu təyyarələri Türk Hərbi Hava Qüvvələri 1963-cü ildən istifadə edir”.

    * * * * *

    Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

    “Hörmətli cənab Prezident.

    Əziz Qardaşım.

    Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

    Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.