Month: November 2025

  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, noyabrın 11-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  • Əkrəm İmamoğluna həbs istəndi

    İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sabiq sədri Əkrəm İmamoğlu ilə bağlı cinayət işi üzrə 402 nəfər şübhəli kimi ittiham olunur.

    Median.Az “TRT Haber”in məlumatına görə, “İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı”na qarşı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən 105-i hazırda həbsdə olan ümumilikdə 402 nəfər barəsində ittiham aktı hazırlanıb.

    İttiham aktında 143 müxtəlif əməl üzrə İstanbul Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Sənəddə göstərilib ki, 99 nəfər təşkilatın üzvü, bir nəfər isə onun qurucusu və rəhbəri – Əkrəm İmamoğlu kimi qeyd olunub.

    Məlumata əsasən, İmamoğlu üçün 2 min 352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.

  • Bakıda 15 yaşlı qızı qaçıran gəncə HÖKM OXUNDU

    Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc Ağstafada saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Şəlalə Qasımova (ad və soyad şərtidir) Bakının Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda 25 yaşlı Orxan Xəlilovla (ad və soyad şərtidir) tanış olub. Orxan həmin salonda tatu vurur və saç kəsirmiş. Şəlalə isə salona dırnaq ustasının yanına öyrənməyə gəlirmiş. Get-gedə onların tanışlığı sevgiyə çevrilib, Orxan Şəlaləni oxuduğu peşə məktəbinə aparıb ötürürmüş.

    Günlərin bir günü Orxan Şəlaləni razılıq əsasında evlənmək üçün qaçırır. Zərərçəkənin sözlərinə görə, onlar əvvəlcə Sabunçu qəsəbəsi, “bit bazarı” yaxınlığında Orxanın ailəsi ilə kirayədə qaldığı birotaqlı evə gediblər:

    “Burada Orxanın atası ayrı çarpayıda, mən Orxan və anası isə bir çarpayıda yatırdıq”.

    Bir müddət sonra cütlük Qazax şəhərinə gedərək, orada kirayə evdə qalıb. Həmin evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olublar. Sonra isə Tovuz və Bakıda müxtəlif ünvanlarda qalıblar. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində, Orxanın qohumunun evində qalan zaman təqsirləndirilən şəxs saxlanılıb.

    Orxan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, amma 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq) maddəsi ilə cinayət işi açılıb. Orxan istintaq zamanı ifadəsində Şəlaləni öz həyat yoldaşı kimi qəbul etdiyini və onunla barışmaq istədiyini deyib.

    Zərərçəkən hər şeyin öz razılığı əsasında baş verdiyini desə də, Orxanla barışmadığını və ondan şikayətçi olduğunu bildirərək, onun ağır cəzalandırılmasını istəyib.

    Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Orxan Xəlilov barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • İranda bənd qurudu, 70-dən çox cəsəd üzə çıxdı

    İranın Əlborz əyalətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.

    Bu barədə “Azad İran” məlumat yayıb.

    Məlumata görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan, xalça və ya kovrolitə bükülmüş halda bəndə atıldığı müəyyən edilib.

    Məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.

    Məlumat yayımlandıqdan bir neçə saat sonra xəbər İran resurslarından silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.

    Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarla şəxs itkin düşüb. Dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.

  • Mahir Emreli zədələndi – 3 ay oynamayacaq

    Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Kayzerslautern” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ciddi zədə alıb.

    Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

    Bildirilib ki, futbolçu “Herta” ilə görüşdə xəsarət alıb və ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

    Qarşılaşmada Mahir 63-cü dəqiqədə – hesab açıldıqdan sonra oyuna daxil olub. Bu, onun avqustun sonunda baş tutan üçüncü turdan sonra “Kayzerslautern”də ilk rəsmi çıxışı idi. Lakin Emreli 77-ci dəqiqədə zədələnərək, cəmi bir dəqiqə sonra – 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.

  • В Баку произошел пожар в жилом доме: есть погибший

    В Сураханском районе столицы произошёл пожар в жилом доме.

    По информации Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям Азербайджана (МЧС), огонь охватил одну из комнат трёхкомнатной квартиры площадью 75 кв.м на пятом этаже. Площадь возгорания составила 15 кв.м, сгорел также обшитый ламбрином потолок кухни площадью 4 кв.м

    При осмотре места происшествия было обнаружено тело одного человека, которое передано соответствующим органам.

    Остальная часть квартиры была защищена от огня, пожар ликвидировали подразделения службы пожарной охраны.

  • Bakıda yaşayış binasında yanğın olub: ÖLƏN var

    Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Погибший в аварии в Губе оказался участником 44-дневной Отечественной войны

    Вчера в Губе во время движения свадебного кортежа автомобиль ВАЗ-2107 врезался в дерево на обочине дороги, водитель погиб.

    Как сообщает Median.Az со ссылкой на Unikal, им оказался 23-летний Шахбала Мехдиев, участник 44-дневной Отечественной войны.

  • Qubadakı qəzada ölən şəxs Vətən müharibəsi iştirakçısı olub

    Ötən gün Qubada toy karvanında VAZ-2107 markalı avtomobilin ağaca çırpılması nəticəsində həlak olan sürücü barədə daha bir detal üzə çıxıb.

    Median.Az “Unikal”a istinadən bildirir ki, qəzada həyatını itirən sürücü, 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev Vətən müharibəsi iştirakçısı olub.

  • Министр экономики Армении готов первым попробовать хлеб из пшеницы, ввезенной через Азербайджан

    Министр экономики Армении Геворг Папоян заявил, что готов первым попробовать хлеб из казахстанской пшеницы, ввезенной транзитом через Азербайджан.

    Об этом он сообщил в соцсетях.

    “Сначала я съем этот пшеничный хлеб”, – написал министр.

    Напомним, ранее в Армению прибыл поезд с казахстанским зерном, проследовав через территорию Казахстана, России, Азербайджана и Грузии. Было доставлено около 1 000 тонн пшеницы четвертого класса. Поставка стала возможной благодаря снятию со стороны Азербайджана ограничений на транзитные грузоперевозки.