Month: November 2025

  • Ильхам Алиев поздравил Байрама Бегая

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев направил поздравительное письмо президенту Республики Албания (РА) Байраму Бегаю.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа АР сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ по случаю национального праздника РА.

    Мы придаем большое значение отношениям между Азербайджаном и Албанией. Нас радуют развитие по восходящей линии двусторонних межгосударственных отношений, основанных на прочном фундаменте, расширение сферы охвата нашего сотрудничества.

    Интенсивность наших встреч и визитов свидетельствует об уровне дружбы между Азербайджаном и Албанией, динамике наших взаимосвязей. С самыми приятными впечатлениями вспоминаю свой визит в мае текущего года в Тирану для участия в 6-м Саммите Европейского политического сообщества.

    Уверен, что в соответствии с волей наших народов мы и впредь будем последовательно продолжать совместные усилия, направленные на укрепление азербайджано-албанских дружественных отношений, дальнейшее углубление сотрудничества в ряде сфер, вызывающих взаимный интерес.

    В этот радостный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, а дружественному народу Албании – постоянного мира и благополучия”.

  • Azərbaycan Prezidenti albaniyalı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.

    Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram.

    Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Daha 33 ailə doğma yurda qayıdır

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

     Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə – 177 nəfər köçürülüb.
    Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • İkinci kurs tələbəsi xərçəngdən vəfat etdi

    Azərbaycan İdman Akademiyasının II kurs tələbəsi Tural Əzimli vəfat edib.  

    Onun xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdiyi bildirilir.
    Qeyd edək ki, T.Əzimli Ümumi Fiziki Hazırlıq ixtisası üzrə təhsil alırdı.

  • Yanğın 3 gündən sonra söndürüldü

    Çinin xüsusi inzibati bölgəsi (SAR) Honq-Konqda yaşayış kompleksində 90-dan çox insanın həyatına son qoyan yanğın tamamilə söndürülüb.

    Bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 
    “Yanğın söndürülüb, xilasetmə əməliyyatları davam etdirilir və bütün mənzillərə baxış keçirilir”, – deyə məlumatda bildirilir.
    Son məlumatlara görə, yanğın zamanı 94 nəfər həlak olub.
    Məlumata görə, yanğın kompleksin abadlaşdırılması planı çərçivəsində binaların ətrafına ucaldılmış bambuk iskelelərdən başlayıb və yayılıb.

  • Lerikin bəzi kəndlərində işıq olmayacaq

    Bu gün Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.
    Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində noyabrın 28-də 35 kV-luq “Lerik-1” və “Lerik-2” hava xəttində təmir və ağac budanması işləri aparılacaq.
    Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Bakıda yeniyetmə qız itkin düşdü

    Bakıda yeniyetmə qız itkin düşüb.

    Noyabrın 26-da saat 21 radələrində Pirşağı qəsəbəsində nömrəsiz evdə yaşayan 2013-cü il təvəllüdlü M.Ağaəliyeva yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
    M.Ağaəliyevanın yaxınları onun fotosunu polisə təqdim edib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.

  • Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (Video)

    Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətdə qoyub. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.

    Sakinlər problemlə bağlı “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət ediblər.

    Xezerxeber.az-ın məlumatına görə, onlar deyirlər ki, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də qalır.

    Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda da çayın kənarları uçaraq evlərə yaxınlaşır.

    Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.

    Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub, işlər aparılır.

    Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • Krım körpüsünü partladan ermənilər ömürlük həbs edildilər

    ​​​​

    Cənub Hərbi Dairə Məhkəməsi 2022-ci ildə Krım körpüsündə baş vermiş terror aktı işi üzrə mühakimə olunan səkkiz nəfəri ömürlük həbs cəzasına məhkum edib.

    Bu barədə TASS məlumat yayıb.

    Qeyd olunur ki, Artem və Qriqori Azatyan, eyni zamanda, Artur Terçanyan digər beş müttəhimlə birlikdə Krım körpüsündə terror aktı ilə bağlı ömürlük həbs cəzasına məhkum edilib.

    Məhkəmədə müəyyən edilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sədrinin birinci müavini Vasili Malyuk və müəyyən olunmamış şəxslər 2022-ci ildə Krım körpüsündəki terror aktını həyata keçirmək üçün bir təşkil edilmiş cinayətkar qrup yaradıb. Bu qrupa ittiham olunanlar və digər şəxslər daxil olub.

    Malyuk və tərəfdaşları Ukrayna ərazisində polietilen tikinti plyonkası yükü kimi maskalanmış partlayıcı maddənin hazırlanmasını təşkil ediblər. Daha sonra cinayətkar qrupun üzvləri həmin maddəni Odessa limanından Bolqarıstan, Gürcüstan, daha sonra Ermənistan vasitəsilə Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində Gömrük İttifaqının sərhədindən keçirərək, planlardan xəbərsiz yük maşını sürücüsünün idarə etdiyi avtomobillə Krım körpüsünə çatdırıblar.

    2022-ci il 8 oktyabrda yük maşını körpüdən keçərkən şəriklər partlayıcı qurğunu işə salıblar. Partlayış nəticəsində sürücü və yük maşınının yanında hərəkət edən yüngül avtomobildə olan daha dörd nəfər həlak olub.
    //unikal.az

  • Bu şəhərdə 42 milyon insan yaşayır

    Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən çox əhalisi olan şəhərinin adını açıqlayıb.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin hesabatına görə, İndoneziyanın paytaxtı Cakarta dünyanın ən sıx məskunlaşdığı şəhərlərin reytinqində birinci yeri tutub.

    Araşdırmaya görə, Cakartada 42 milyon insan yaşayır. Banqladeşin paytaxtı Dəkkə 37 milyon əhalisi ilə BMT reytinqində ikinci yerdədir. Üçüncü yerdə 33 milyon əhalisi olan Yaponiyanın Tokio şəhəri qərarlaşıb.